Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1016/2025 14.10.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi,məhkəmə iclasının katibi X4, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1995-ci ildə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan,orta təhsilli, Bərdə rayonu, Qəhrəmanlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Bərdə Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM) 528.1-ci maddəsinə əsasən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İXM) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair, Bərdə Rayon İcra və Probasiya Şöbəsi tərəfindən 14 oktyabr 2025-ci il tarixli MN №2327074 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər tərtib edilərək baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2 göstərdi ki, Bərdə Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 2(021)-456/2023 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 12000 mnata məbləğində pul və ödənilmiş 126 manat dövlət rüsumu alınaraq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Məcbur icra tədbiri kimi borclunun ölkədən çıxmaq hüququ məhdudlaşdırılmışdır. Borclunun tələbin yönəldilə biləcək gəlir və əmlakının olub olmaması üçün müvafiq oqranlara sorğular verilmiş. Borclunun vətən müharibəsi iştirakıçısı kimi 80 manat müavinət aldığı müəyyən olunmuş, 2025-ci ilin sentyabr ayından həmin məbləğin 50%-nə yönəltmə edilmişdir. 14.oktyabr 2025-ci il tarixdə borclu Şəxs borclu ollduğu məbləğdən 4900 manat pulu Bərdə Rayon İcra və Probasiya Şöbəsinin depozit hesabına köçürmüşdür. Bu barədə tələbkara məlumat verilmiş, lakihn tələbkar borcun tam ödənilməsini tələb etmiş buna görədə borclu barəsində inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bərdə rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu müdafiə edərək borclu X5 inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu göstərdi ki, icra səədi üzrə tələbkara heç bir borcu yoxdur. Belə ki, 2019-cu ildə əmək haqqı kartı tələbkarda olmuş, tələbkar 6 ay borcun əvəzində onun əmək haqqısını alıbdır. Borc məbləği tam ödəndikdən sonra kartın qarşısını bağlatdırmışdır. Daha sonra tələbkar məhkəmədə iddia qladırmış, məhkəmə qətnaməsi ilə ondan 12000 manat borcun tutulması tələb olunmuşdur. Bundan sonra atası və əmisi dəfələrlə tələbkarın yaşadığı ünvana gedərək borcu ödəmək istədiklərini bildirsə də tələbkarın böyük oğlu atasının və əmisinin qarşısına çıxaraq onun heç bir boru olmadığını bildirmişdir. İcra məmuru onu borcun ödənilməsi üçün Şöbəyə dəvət etmiş, orada 8000 manat ödəyə biləcəyini bildirmiş, tələbkarla söhbət aparılmış tələbkar 8000 manat ödənilməsinə razı olduğunu bildirmiş, o həmin pulu tələbkarın kart hesabına ödəmək istəsədə tələbkarın adı ilə hesab nömrəsi düz gəlməmiş, buna görədə pulu ödəməmişdir. Daha sonra tələbkar azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, bu səbəbdəndə icra sənədi üzrə tələbin bitdiyini başa düşmüşdür. Hazırda borcunu ödəməkdən imtina etmir, 4900 manatı ödəmək istəsə də tələbkar borcun tam ödənilməsini tələb etdiyindən həmin məbləği İcra və Probasiya Şöbəsinin depozitinə ödəmiş, borcunu ödəməkdən imtina etmir, lakin hazırda həmin borcu birdəfəyə ödəmək imkanı yoxdur. Odur ki məhkəmə tərəfindən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclası zamanı telefon vasitəsilə əlaqə saxlanılmış Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, borclu Şəxs göstərdikləri yalandır. Belə ki, borclunun atası və əmisi onun yaşadığı evə gəlməmişdir. Boclu ilə borcun 8000 manat ödənilməsinə razılaşmamışdır. Hazırda ödənilmiş məbləği qəbul etməmişdir. Borcun tam ödənilməsini tələb edir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs müdafiəçidən imtina etməsi, bu halın onun maddi vəziyyəti ilə bağlı olmaması, hüquqlarını özünün müdafiə edəcəyi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İnzibati işin materiallarına istinad: İnzibati iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Elektron icra” informasiya sistemindən çıxarışdan görünür ki, Şəxs 23 avqust 1995-ci ildə doğulmuşdur. İnzibati iş materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 2(021)-456/2023 nömrəli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 12000 manat məbləğində pul və ödənilmiş 126 manat dövlət rüsumu alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. İnzibati iş materiallarına əlavə edilmiş aktdan görünür ki, Bərdə Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 2(021)-456/2023 nömrəli icra sənədinin icrasını təmin etmək üçün borclunun yaşadığı ünvana baxış keçirilməsi, baxış zamanı ailənin zəruri istifadəsindən artıq həbs qoyula biləcək əmlakının aşkar edilməməsi aktlaşdırılmışdır. İnzibati iş materiallarına əlavə edilmiş 03 aprel 2023-cü il tarixli icraata başala haqqında qərardan və “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Bərdə Rayon Məhkəməsinin Bərdə Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 2(021)- 456/2023 nömrəli icra sənədi üzrə icranı 10 gün müddətində könüllü icra etmək borclu Şəxs xahiş olunmuşdur. İnzibati iş materiallarına əlavə edilmiş xəbərdarlıq məktublarından görünür ki, Şəxs borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. İnzibati iş materiallarına əlavə edilmiş Bərdə Rayon məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 8(021)-332/2024 nömrəli qərardadından görünür ki, Şəxs ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. İnzibati iş materiallarına əlavə edilmiş 14 avqust 2025-ci il tarixli inkasso sərəncamından görünür ki, Şəxs hesabından borc məbləği tam ödənilədən hər ay 40 manat tutulmasına dair inkasso sərəncamı verilmişdir. İnzibati iş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, Şəxs tərəfindən 4900 manat ödəniş edilmişdir. İnzibati iş materiallarında olan 14 oktyabr 2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bərdə rayon Məhkəməsinin icra sənədi üzrə borcun ödənilməsini təmin etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin maddəyə görə, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olur. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, borclu Şəxs 18 yanvar 2023-cü il tarixli, 2(021)-456/2025 saylı icra sənədi üzrə tələbkara olan borcunu heç bir üzrlü səbəb göstərmədən ödəməmiş və bu barədə icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə, İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarından görünür ki, borclu məhkəmənin icra sənədlərini icra etmək barədə icra məmurunun qanuni tələbini yerinə yetirməməkdə davam edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun: 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 12.1-ci maddəsinə görə Bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. 3.1-ci mаddəsinin tələbinə görə, Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 3.2-ci mаddəsinin tələbinə görə, Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İş materiallarından aydın olur ki, sözügedən icra sənədinin tələbləri yerinə yetirilmədiyindən icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, adı çəkilən Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmənin mövqeyi: Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. İş materiallarında borc məbləğinin tam ödənildiyini təsdiq edən heç bir sənədin olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs təqsirlidir və ona inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Lakin Şəxs tərəfindən yayındırılan məbləğin həcmi onun təbii və konstitusion hüququ olan azadlıq hüququnun məhdudlaşdırılmasına hüquqi müəyyənlik prinsipi baxımından rəvac vermir. Məhkəmə qəbul edir ki, yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq tam şəkildə icra olunmadan qalması şəxsin məhkəməyə müraciət hüququnu xəyali hüquqa çevirərdi. Bununla yanaşı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlinin səmimi etiraf etməsi, əməlindən peşman olması, himayəsində azyaşlı uşağının olması, mütəmadi şəkildə tam olmasa da aliment öhdəliklərini icra etməsini, inzibati məsuliyyətini yüngülləşdirici hal kimi qiymətləndirilməlidir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini, yaranmış aliment üzrə borc məbləğinin yarısının qətnamə üzrə sabit pul şəklində tutulan alimentin indeksasiya olunduqdan sonra artması nəticəsində yarandığını, habelə iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 14 oktyabr 2025-ci il tarixli MN №2327074 saylı inzibati xəta haqqında protokola əsasən təqsirli bilinməli, barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Şəxs bаrəsində 500 (beş yüz) manat məbləğində inzibаti cərimə tənbehi tətbiq edilməsi оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Göstərilənlərə əsаsən və İXM-in 112, 114, 128-130-cu mаddələrini rəhbər tutаrаq məhkəmə, Q Ə R A R A A L D İ: Şəxs 14 oktyabr 2025-ci il tarixli MN №2327074 saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Bərdə Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №3(021)-1016/2025
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1016/2025
14.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver