Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1018/2025 14.10.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Aypara Adil qızı Məmmədovanın katibliyi, Bərdə RPŞ İTB, polis sahə rəisi X4, Zərərçəkmiş şəxs X5, Barəsində inzibati icraat aparılan Şəxs və müdafiəçisi-vəkili X1 iştirakları ilə, xx.xx.1964-cü il tarixdə Bərdə rayonu, Təzəkənd kəndində anadan olmuş, Azəbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, işsiz, evli, Bərdə rayonu Uğurbəyli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ Bərdə rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Qarabağ Regional Təhsil İdarəsinin inzibati inasında səs-küy salaraq X2 ünvanına yüksək səslə nalayiq ifadələr işlətmişdir. İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında Bərdə RPŞ-nin polis sahə rəisi X7 bildirdi ki, protokolu müdafiə edir. Şəxsin barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərdi ki, Fəridə xanım qızının ərizəsini cırıb atıb, o da gedib ona iradını bildirib, qızının haqqını tələb edib. Lakin onun tərəfindən nalayiq ifadələrə yol verilməmişdir. Əksinə, Fəridə xanım onu otaqdan qovmuşdur. Hesab edir ki, onun tərəfindən Qarabağ Regional Təhsil idarəsinin iş rejimi pozulmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş aparılan Şəxs vəkili X6 bildirdi ki Şəxs hərəkətlərində xırda xuliqanlıq hərəkətləri yoxdur, barəsində olan protokola xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 bildirdi ki, Şəlalə işlə bağlı müraciət edib, nalayiq ifadələr işlədiblər, sonra bir də yenidən gəlmiş, bu hal bir daha təkrarlanmışdır, üçüncü dəfə gəldikdə yüksək səslə danışaraq ictimai qaydanı pozmuşdur. Qanunamüvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan sənədləri və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək belə qənaətə gəlir ki, tərtib edilmiş protokol qanuni və əsaslı deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər-hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunsa da, onun əməlində inzibati xəta tərkibi müəyyən olunmur. Belə ki, tərəflərin izahatına və iş materiallarına əsasən müəyyən olunur ki, Şəxs qızı X3 Qarabağ Regional Təhsil idarəsinə həqiqətən müraciəti olmuş, bununla bağlı o və qızı idarəyə yaxınlaşmış, müraciətin nəticəsi barədə məlumat almaq istəmişlər. Lakin tərəflər arasında yaranmış sözlü mübahisə və xoşagəlməz rəftar nəticəsində şəxsin əməlində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə ehtiva edilən ictimai qaydanın pozulması müəyyən olunmur. Qeyd olunanlara əsasən, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinməyərək, əməlində inzibati xəta tərkibi olmadığından icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Ziya Abdullayev
Məhkəmə qərarları › İş №3(021)-1018/2025
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1018/2025
14.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver