Məhkəmə qərarları › İş №3(021)-102/2025

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-102/2025

25.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-102/2025 25.02.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X7, Bərdə Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X3, Zərərçəkmiş şəxs, barəsində X13 protokol tərtib edilmiş X4 iştirakı ilə, xx xxxxxxx 1989-cu ildə Bərdə rayonunda doğulmuş, orta təhsilli, subay, mağazada satıcı işləyən, ünvan 1 ünvanında yaşayan X4 barəsində X8 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan X13 materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş 25 fevral 2025-ci il tarixli MN ******* saylı X13 protokoldan görünür ki, X8 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bərdə Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X9 izahatında bildirdi ki, hazırkiinzibati material onun icraatına cianyət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edildikdən sonra daxil olmuşdur. Araşdırma aparmış və müəyyən etmişdir ki, Şəxs və Zərərçəkmiş şəxs arasında münaqişə baş vermiş, münaqişə zamanı bir-birlərinə xəsarət yetirmişlər. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan X8 izahatında göstərdi ki, 2024cü ilin dekabr ayında həyat yoldaşı ilə arasında olan nikah məhkəmə qaydasında pozulmuşdur, məhkəmə qətnaməsi ilə birgə nikahdan olan uşaqlarının onun himayəsində saxlanılması qət edilmişdir. Uşaqlardan Rəvan adlı oğlu həyat yoldaşının yanında qalmış, lakin məhkəmə qətnaməsi ilə həmin övladının da alınıb ona verilməsi qət edilmişdir. Həmişə onunla gedib görüşmüş, hadisə baş verən gün oğlu ilə görüşmək istəmiş, buna görə də zəng etmiş, zənginə cavab verilməmiş, o, digər oğlu ilə birlikdə qaynatasının evinə getmişdir. Əsas məqsədi oğlu ilə görüşmək olmuşdur. Qaynatasının evinə çatanda oğlu Rəvan qapının qarşısına çıxmışdır. Rəvanla danışarkən Zərərçəkmiş şəxs qapıya çıxmış, ona çıxıb getməsini bildirmişdir. Uşaq ona demişdir ki, dişi ağrıdığına görə diş həkiminə gedəcəklər, Xətai Zərərçəkmiş şəxs uşağın başına həkimdə nəsə gələ biləcəyini, buna görə özünün uşağı həkimə aparacağını demişdir. Zərərçəkmiş şəxs isə buna icazə verməmişdir. Buna görə də oğlu Rəvanı apararmaq istəyərkən Zərərçəkmiş şəxs arxadan onun saçısını yolmuş, barmağını dişləyərək üzməyə çalışmışdır. Barmağı Zərərçəkmiş şəxs ağzında olduğundan qaça bilməmiş, buna görə o, Zərərçəkmiş şəxs saçından tutmuşdur, küçədə olan iki nəfər onları sakitiyə dəvət etmiş, bundan sonra o, əlini Arzunun saçından çəksə də Arzu onun saçını buraxmamışdır. Onun fikri uşağı öyrədib aparmaq olmamışdır, istəsə çoxdan aparardı. Hazırda uşaq Arzugillə birlikdə yaşayır, ona uşağı ilə görüşməyə imkan vermirlər. Hadisə Zərərçəkmiş şəxs evinin qarşısında küçədə baş vermişdir, övladı ilə görüşməyə getmişdir, dava etməyə getməmişdir. Özünü qismən təqsirli bilir, barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs yalan ifadə vermişdir, oğlunun yanında qalan övladı Rəvanın Şəxs nifrəti var, çünki Xətayi uşağın yanında nalayiq hərəkətlər etmişdir. Hadisə baş verən gün oğlu evdə olmamışdır, Xətayi onlara gəlmişdir. Oğlu evdə olmadığından Xətaiyə Rəvanı aparmamasını, oğlunun uşağı ona tapşırdığın, uşağın da onunla getmək istəmədiyini bildirmişdir. Uşaq anasının padvalda nə işlər gördüyünü gözləri ilə görüb, buna görə də heç vaxt Xətayini istəməmişdir, o, etirazını bildirdiyinə görə Xətayi ilə dalaşmışlar, əlbə-yaxa olmuşlar, Rəvan onların dalaşdığını görmüş, Polis Şöbəsinə zəng edərək, Xətayinin onunla dava etməsi barədə məlumat vermişdir. Xətayi digər oğlu ilə birlikdə ona əl-qaldırmışdır, oğlu idmançıdır, onu itələmişdir, itələdiyi vaxt turbanın arasına sıxışmışdır. Xətayinin onun evinə gəlməsinə razı deyil, əgər uşağı istəyirsə icra nümayəndəsi ilə gəlsin. Xətayi ilə barışmır, onu bağışlamır. Barəsində tədbir görülməsini xahiş etmişdir. İnzibati işin materiallarına istinad: 25 fevral 2025-ci il tarixli MN ******* nömrəli X13 Protokoldan görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157--ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. 16 yanvar 2025-ci il tarixli 1027 nömrəli canlı şəxsin ekspertizası barədə aktdan görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlərsolgözətrafı nahiyədə-hər iki qapağı əhatə olunmaqla, alının sol yarısında tüklü hissəyə keçməklə qaçırları, sol göz almasının bayır yarısının kiçik ölçülü qansızması küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikası vətəndaşının AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Şəxs xx xxxxxxx 1989-cu ildə doğulmuşdur. 25 fevral 2025-ci il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs inzibati iş üzrə icraat materialı üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Bərdə Rayon Polis Şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru X10 16 yanvar 2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, əməli cinayət tərkibi olmaması əsası ilə Zərərçəkmiş şəxs və X8 barəsində cinayət işinin başanılmasının rədd edilməsi və barələrində Azərbaycan Respublikası İXMnin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Bərdə RPŞ-nin X1 göndərilməsi, qərarın surəti Zərərçəkmiş şəxs və X6 göndərilməsi və onlara qərardan ibatidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bərdə rayon prokuroruna və məhkəmə nəzarəti funksiyasını həyata keçirən Bərdə şəhər Məhkəməsinə şikayət etmək hüququnun olmasının izah edilməsi qərara alınmışdır. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs X4, Zərərçəkmiş şəxs və X13 protokolu tərtib etmiş şəxs Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi polis leytenantı X3 ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Zərərçəkmiş şəxs əməlini qismən etiraf etsə də onun İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi zərərçəkmiş şəxsin ifadəsi, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 16 yanvar 2025-ci il tarixli qərar, X13 25 fevral 2025-ci il tarixli MN ******* nömrəli protokol və digər sübutlarla təsdiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: İXM-in 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində X13 iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, X13 protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmçinin, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 5 mart tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, inzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə repressiv (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. Çünki səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterli məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati xətalar qanunvericiliyi (inzibati-delikt hüququ) təbiətinə görə cinayət qanunvericiliyinə daha yaxındır. Bu hüquq sahələri müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəliliyi dərəcəsinə görə fərqlənir. İnzibati-delikt normalarının cinayət qanunvericiliyi normalarından fərqi birincinin nisbətən yüngül ictimai təhlükəli əməlləri qadağan etməsi ilə əlaqədardır. 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Bundan başqa, məhkəmə cəza təyin edən zaman inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin qeyd olunan əməlin cəmiyyətdə yaratdığı mənfi rezonansı da nəzərə alır. Məhkəmə barəsində X13 iş üzrə icraat aparılan şəxs X5 məsuliyyətini ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə həmçinin bildirir ki, İXM-in 31.4-cü maddəsinə qeyd edilmişdir ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən səmimi peşman olmasını və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, X11Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206, 360,362-365,425,430-432-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, barəsində 300 ( üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti inzibati xəta törətmiş və protokol tərtib edən şəxsə göndərilsin. Qərarın icrası Bərdə Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar