Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-1020/2024 13.09.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Babək Vaqif oğlu Tağıyevin katibliyi, ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1ci maddəsi ilə tərtib edilmiş İXP ******* saylı, 12 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə M ü ə y yə n e t d i: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1ci maddəsi ilə tərtib edilmiş İXP ******* saylı 12 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol Bərdə Rayon Məhkəməsinə daxil olmuşdur. Belə ki, iş materiallarından müəyyən olunur ki, barəsində inzibati icraat aparılan Şəxs inzibati xətanı Mingəçevir şəhərində törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şikayətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Məhkəmə hesab edir ki, Şəxs dair hazırki inzibati xəta haqqında işin baxılması qaydalarına uyğun olaraq ərazi aidiyyəti üzrə Mingəçevir şəhər Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Həmin Məcəllənin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs Mingəçevir şəhəri Yol Patrul Xidmətinin İXP ******* saylı, 12 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol aidiyyəti üzrə Mingəçevir şəhər Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.7-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qərarа aldı: Şəxs Mingəçevir şəhəri Yol Patrul Xidmətinin İXP ******* saylı, 12 sentyabr 2024cü il tarixli inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti üzrə Mingəçevir şəhər Məhkəməsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Ziya Abdullayev
Məhkəmə qərarları › İş №3(021)-1020/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-1020/2024
13.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver