Məhkəmə qərarları › İş №3(021)-1022/2024

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1022/2024

24.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1022/2024 24.09.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Babək Vaqif oğlu Tağıyevin katibliyi, X3 iştirakı ilə, Bərdə rayonu DYPB YPX tərəfindən qəbul edilmiş 06 sentyabr 2024-cü il tarixli TP ******* tarixli qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında qaydasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ X5 şikayət ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (yüz manat) məbləğində cərimə edilməsi haqqında tənbeh növü tətbiq edilməsinə dair Bərdə Rayon Polis Şöbəsinin DYPB-nin yol patrul xidməti inspektoru, polis serjantı X2 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunsuz olduğuna görə onun ləğv edilməsi və inzibati işin icraatına xitam verilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmaqla özünə məxsus olan HYUNDAİ SANTAFE minik markalı **-BB-*** dövlət nömrə nişanlı avtomobillə 06 sentyabr 2024-cü il tarixdə saat 18 radələrində Bərdə şəhəri H.Əliyev prospektində hərəkətdə olarkən Bərdə Rayon Polis X9 Polisi Bölməsini yol patrul xidmətinin inspektoru, polis serjantı X2 tərəfindən saxlanılaraq barəsində guya yol hərəkəti qaydalarını pozduğuna görə və ona xx.xx.2024-cü il tarixli, inzibti xəta haqqında İXP ******* nömrəli protokol tərtib edilmişdir. Protokoldakı qeydlərə əsasən o həmin hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Daha sonra isə Bərdə RPŞ DYPB-nin yol patrul xidməti inspektoru, polis serjantı X2 tərəfindən həmin protokol əsasında Azərbaycan Respublikası İXM-nin 327-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı (yolayrıcını keçmə qaydalarının pozulması) törətməsi sübuta yetirilmiş hesab edilərək inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarla ona 100 (yüz) manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İnzibati protokolun və qərarın surətlərini xx.xx.2024-cü il tarixdə əldə etmişdir. Aşağıda şərh etdiyi səbəblərdən sözügedən xx.xx.2024-cü il tarixli TP6732607 nömrəli qərarı əsassız və qanunsuz hesab edir, özünü isə İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilmir. Onun xx.xx.2024-cü il tarixdə saat 18:13-də avtomobililə Bərdə şəhəri H.Əliyev prospektində yolayrıcını keçmə qaydalarını pozduğunun bildirildiyi yer prospektin “Sarayın qarşısı” adlanan hissədir. Həmin hissədə yol ayrıcı 4 tərəflidir və tərəflərin kəsildiyi yerdəortada dairə vardır. Həmin vaxt o avtomobiliilə Ağdam şəhəri istiqamətindən üzü Bərdə şəhəri istiqamətində hərəkətdə idi və yolayrıcı boş olduğu üçün dayanıb-durmaya, yaxud gözləməyə zərurət olmadığından hərəkətini davam etdirərək yolayrıcını (yəni dairəni) ötüb keçmişdir. Hesab edir ki, bu zaman o heç bir yol hərəkəti qaydası pozuntusuna, o cümlədən də yolayrıcı keçmə qaydalarının pozulmasına yol verməmişdir. Lakin yolayrıcının Bərdə RMX istiqamətində xidməti maşınla görünmə məhdudiyyəti yerdə dayanmış yol patrul xidməti inspektoru Bahadur Bərxudarov arxasınca gələrək avtomobilini saxladıb heç bir əsas olmadan onu yolayrıcını keçmə qaydalarını pozmaqda günahlandırmışdır. O ona yolayrıcının həmin vaxt boş olduğunu, həmin yerdə gözləmə işarəsinin olmadığını, odur ki, digər yol hərəkət iştirakçısı olan nəqliyyat vasitələrinin keçməsini gözləmək üçün dayanmağada zərurət olmadığını bildirsə də, inspektor Bahadur Barxudarov onun etirazlarını qəbul etmədi, sözügedən qanunsuz protokol tərtib edilməklə, həmin protokol əsasında isə qanunsuz qərarla 100 manat məbləğində inzibati cərimə olunmuşdur. Məhkəmənin diqqətinə çatdırır ki, həmin yol ayrıcında hər tərəfi müşahidə edən müşahidə kamerası da vardır və o yolayrıcını keçmə qaydalarını pozmuş olsaydı həmin kameranın görüntüləri bu pozuntunu qeydə almış olardı. Eləcə də Bahadur Barxudarovun xidməti yol patrul maşınında olan kamera görüntüləri ilə də onun yol hərəkəti qayalarını pozmağı görüntüyə alınmış olardı, həmin vaxt onun dəfələrlə xahiş etməyinə baxmayaraq inspektor Bahadur Barxudarov nə prospektdəki Müşahidə kamerasının, nə də öz xidməti maşınındakı müşahidə kamerasının görüntülərini onun iştirakı ilə incələmədi, bununla da onun qanuni xahişini heç bir əsas olmadan qəsdən təmin etmədi. Məhkəmənin diqqətinə həmçinin çatdırır ki, sözügedən inzibati protokola və qərara onun yolayrıcını keçmə qaydalarını pozduğu anın əks edilmiş olduğu hər hansı bir fotoşəkil də əlavə edilməmişdir, protokolun və qərarın surətləri ona verilərkən bildirildi ki, nə fotoşəkil, nə də müşahidə kamerası görüntüsü yoxdur, onları çəkilməyiblər. Odur ki, yol patrul xidməti inspektoru Bahadur Barxudarov tərəfindən məhkəməyə hər hansı bir fotoşəkil və ya kamera görüntüləri təqdim olunarsa, onları montaj edilmiş və quraşdırılmış saxta sübutlar hesab etməyinə əsasları vardır. Həmin şəkillər və görüntülər olmuş olsaydı protokol və qərarla birlikdə ona verilərdi, yaxud protokol və qərar SMS-lə mobil telefonuna göndərilərkən onlar da göndərilərdilər. Məhkəmə iclasında X5 şikayətdə göstərilənlərə uyğun izahat verərək, barəsində olan 06 sentyabr 2024-cü il tarixli TP ******* qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Bərdə rayonu DYPB YPX-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən iş üzrə icraatda iştirak edən şəxslərin gəlməmələrinin səbəbləri araşdırılır və həmin şəxslərin iştirakı olmadan işə baxılma və ya işə baxılmanın başqa vaxta keçirilməsi məsələsi həll edilir. Məhkəmə hazırki işə Bərdə rayonu DYPB YPX-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, şikayətin dəlillərini inzibati xəta haqqında işin materialları ilə əlaqəli surətdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməli, Bərdə rayonu DYPB-nin 06 sentyabr 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, inzibati xəta haqqında material yenidən baxılması üçün həmin orqana göndərilməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı 03136596 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1951-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. ünvan 2zi vahidi üzrə nümayəndəliyinin 1010 saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X1 rayonu Divanlı kəndində yaşayır. İş materiallarında olan Bərdə rayonu Yol Patrul Xidməti tərəfindən tərtib olunmuş 06 sentyabr 2024-cü il tarixli İXP ******* nömrəli Protokoldan görünür ki, 06 sentyabr 2024-cü il tarixdə saat 18:13-də X8 markalı ** BB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi X5 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2ci maddəsi ilə protokol tərtib olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Bərdə rayonu Yol Patrul Xidmətinin qərarından verilmiş şikayətin dəlillərini araşdıran məhkəmə təqdim edilmiş bütün sənədləri, sübutları və materialları hərtərəfli, tam və obyektiv araşdıraraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Bununla yanaşı X5 barəsində tərtib olunmuş 06 sentyabr 2024-cü il tarixli İXP ******* nömrəli Protokolda inzibati xətanın aşkar edilməsində istifadə olunan xüsusi texniki vasitə qeyd olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 81.2-ci maddəsinə əsasən Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. 100.1-ci maddəsinə əsasən Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1 protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 122.1-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. 122.2-ci maddəsinə əsasən İnzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. 122.3-ci maddəsinə əsasən İnzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı aşağıdakılar göstərilir: 122.3.1-ci maddəsinə əsasən inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə); 122.4-ci maddəsinə əsasən İnzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1- 327.5, 328, 329.1, 329.2, 330 və 346-cı maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. 122.5-ci maddəsinə əsasən Foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq, törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır. 122.7-ci maddəsinə əsasən Barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. 122.8-ci maddəsinə əsasən İnzibati tənbeh vermə haqqında elektron qərardan şikayət vermiş şəxsin tələbi ilə ona həmin inzibati xətanın qeydə alınmasının texnologiyası əyani şəkildə göstərilməlidir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 12 may 2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Yol-patrul xidməti haqqında Təlimatın 8.1-ci bəndinə əsasən Dövlət yol polisinin yol hərəkətinə nəzarəti həyata keçirməyə səlahiyyətli əməkdaşları tərəfindən videomüşahidə kameraları vasitəsilə qanunvericiliklə nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta aşkar edildikdə xüsusi texniki vasitələrin məlumatları (inzibati xəta hadisəsinin baş verməsini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədilməsini sübut edən nəqliyyat vasitəsinin qayda pozuntusunu əks etdirən iki fərqli və dövlət qeydiyyat nişanını əks etdirən bir fotoşəkil və video materiallar) real vaxt rejimində elektron formada birbaşa BDYPİ-nin mərkəzi informasiya sisteminə ötürülür. Məhkəmə qeyd edir ki, bütün qeyd edilən bu hallar, eləcə də yenidən araşdırma zamanı meydana çıxan hallar tam, hərtərəfli və obyektiv araşdırıldıqdan sonra X3 əməlinə hüquqi qiymət verilməlidir. Yalnız bütün məqamlar araşdırıldıqdan sonra X3 İXM-in 327.2ci maddələrində nəzərdə tutulmuş əməli həqiqətən törədib-törətmədiyi, onun hansı dərəcədə təqsirli olması müəyyən edilə bilər. Beləliklə, yuxarıda göstərilən halların araşdırılması məqsədi ilə məhkəmə Bərdə rayonu DYPB-nin 06 sentyabr 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün həmin orqana qaytarılmasını məqsədə müvafiq hesab edir. İXM-in 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılması üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. İXM-in 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına mane törədəcək dərəcədə pozulması; Şərh olunanlar əsasən və İXM-in 133, 134, 135 və 136 -cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X3 şikayəti təmin edilsin. Bərdə rayonu Yol Patrul Xidmətinin 06 sentyabr 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən araşdırılması üçün həmin orqana göndərilsin. Qərardan, qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar