Məhkəmə qərarları › İş №3(021)-1024/2024

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1024/2024

13.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1024/2024 13.09.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Abdullayev Fərman Firidun oğlunun sədrliyi, X3 iclas katibliyi, protokolu tərtib etmiş şəxs Bərdə Rayon Polis Şöbəsinin sahə rəisi X7, zərərçəkmiş şəxslər X1 və X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirаkları ilə, xx.xx.1978-ci il tarixdə Bərdə rayon Kələntərli kəndində anаdаn оlmuş, Bərdə rayon Kələntərli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 227ci mаddəsi ilə Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, Müəyyən etdi: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN №2077136 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs X2 100 manat dəyərində tikinit materialını oğurlamışdır. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli №2077135 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs X8 məxsus 70 manat dəyətrində 7 ədəd toyuğunu oğurlamışdır. Bərdə rayon Məhkəməsinin 3(021)-1025/2024 saylı, 13 sentyabr 2024-cü il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 3(021)-1024/2024 və 3(021)-1025/2024 saylı inzibati işlər bir icraatda 3(021)-1025/2024 sayla baxılması qərara alınmışdır. Məhkəmə iclasında Bərdə RPŞ-nin polis sahə rəisi X13 bildirdi ki, Şəxs X2 100 manat dəyərində tikiniti materialını, X8 məxsus 70 manat dəyətrində 7 ədəd toyuğunu oğurlamışdır. Buna görə də tərəfindən Şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə protokollar tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə verilmişdir. Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, törətdiyi əməli etiraf edir və bildirdi ki, X2 100 manat dəyərində tikinit materialını və X8 məxsus 70 manat dəyətrində 7 ədəd toyuğunu oğurlamışdır. Əməlindən peşman olmasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X10 bildirdi ki, onun həyətindən 70 manat dəyərində 7 ədəd toyuq oğurlamışdır. Hazırda ona dəymiş ziyan ödənilməmiş və oğurluq edən şəxslə barışmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 bildirdi ki, onun evinin damından tikinit materialları oğurlanmışdır. Qiyməti 100 manatdır. Hazırda ona dəymiş ziyan ödənilməmiş və oğurluq edən şəxslə barışmamışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Belə ki, işdə olan Bərdə Rayon Polis Şöbəsinin cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü tarixli qərarından görünür ki, Bərdə rayon Alaçadırlı kəndində yaşayan X5 evinin həəytindən 7 ədəd ev quşununu oğurlanması barədə müraciəti əsasında araşdırma zamanı 7 ədəd toyuğun kim tərəfindən oğurlanmasını müəyyən etmək mümkün olmamışdır. Toplanmış material üzrə naməlum şəxsin əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işin başlanması rədd olunmuş, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci madəsi ilə inzibati xəta haqqında iş üzrə icraat açılması üçün qərarı suərti Bərdə RPŞ-nin İTB-nə göndərilmişdir. İşdə olan Bərdə Rayon Polis Şöbəsinin cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü tarixli qərarından görünür ki, Bərdə rayon Zümürxan kəndində yaşayan X1 evinin damndan əşyalarının oğurlanması barədə müraciəti əsasında araşdırma zamanı əşyaların kim tərəfindən oğurlanmasını müəyyən etmək mümkün olmamışdır. Toplanmış material üzrə naməlum şəxsin əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işin başlanması rədd olunmuş, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci madəsi ilə inzibati xəta haqqında iş üzrə icraat açılması üçün qərarı suərti Bərdə RPŞ-nin İTB-nə göndərilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi özünün etirafı, zərərçəkmiş şəxslərin izahatı, inzibati xəta törətməsi barədə tərtib olunmuş protokollar, Bərdə RPŞ-nin TB-nin cinayət işinin başlanmasının rədd olunması barədə qərarları və həmçinin protokola əlavə edilmiş digər materiallarla təsdiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs barəsində daha ciddi inzibati tənbeh hesab edilən həbs tətbiq edilməlidir. Şəxs inzibati həbs tətbiq etməklə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə həmçinin bildirir ki, İXM-in 31.4-cü maddəsinə qeyd edilmişdir ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İXM-nin 30.1-ci maddəsinə görə inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 34.1-ci maddəyə görə bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Bu Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq, hesab edir ki, ona 01 (bir) ay inzibati tənbeh-həbs tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs həbsdə saxlanmasının əvvəli 13 sentyabr 2024-cü il tаrixdən, saat 18:30–dan hesablanmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 43,112,114,115,117,128-130-cu maddələrini rəhbər tutub, Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci mаddəsi ilə təqsirli bilinib barəsində 01 (bir) ay müddətinə inzibаti tənbeh-həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 13 sentyabr 2024-cü il tаrixdən, saat 18:30–dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxil İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərаrın surəti rəsmi аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar