Məhkəmə qərarları › İş №3(021)-1031/2025

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-1031/2025

04.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-1031/2025 04.11.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, Bərdə rayon İcra və probasiya şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Bərdə şəhərində anadan olmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bərdə rayonu Nazırlı kəndində qeydiyyatda olmaqla yaşayan barəsində inzibati icraat aparılan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ Bərdə rayon İcra və probasiya şöbəsindən daxil MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 5000 manat borcu yaranmışdır. Borclu Şəxs icra məmurunun qanuni tələblərinə tabe olmamış, borcu ödəməkdən yayınmışdır. Məhkəmə iclasında Bərdə rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 protokolu müdafiə edərək qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərdi ki, borcu ödəməkdən yayınmır. İmkanı olmadığından borcu yaranmışdır. Maddi vəziyyətini nəzərə alaraq cərimənin əvəz olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və icra məmurunun izahatlarını və inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, inzibati protokol İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən geri qaytarılmalıdır. Belə ki, protokol və əlavə edilmiş sənədlər məhkəməyə daxil olsa da, bank hesabları məlumatlarının həqiqiliyi müəyyən olunmur. Belə ki, həmin çıxarışların imza, möhür və ya digər qaydada təsdiqi aşkar olunmur. Həmin natamamlığın hal-hazırda aradan qaldırılması mümkün deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100,109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar Bərdə rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hаkim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar