Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1032/2021 22.09.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi ilə, Şəxs Bərdə Rayon Dövlət X2 tərəfindən qəbul edilmiş 12 aprel 2021-ci il tarixli 2021ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarına xitam verilməsinə dair sənədlərə baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs barəsində Bərdə rayon Polis Şöbəsi tərəfindən Аzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü mаddəsi ilə inzibаti xəta prоtоkоlu tərtib edilərək baxılmаsı üçün Bərdə Rаyоn Məhkəməsinə göndərilmişdir ona görə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.6-ci maddəsi ilə tərtib edilmiş İXP ******* nömrəli inzibati xəta protokolu ilə inzibati qaydada cərimə edilmiş, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərar qanuni qüvvəyə mindiyi vaxtdan 03 ay müddət keçməsinə baxmayaraq cəriməni ödəməmişdir. İnzibati həta haqqında protokoldan müəyyən edilir ki, Şəxs İnzibati-Xətalar Məcəlləsinin 342.6-cı maddəsi ilə inzibati xəta törətmiş və İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq barəsində 342.6-cı maddəsi ilə qərar qəbul edilərək 50 manat miqdarında inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli 3(021)- 441/2021-ci il saylı qərardan qörünür ki, Bərdə Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində qəbul edilmiş 12 aprel 2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmişdir. Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Bərdə rayon Polis Şöbəsinin nümayədəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsalar da məhkəmə iclasında iştirak etməmişlər. Sədrlik edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və Bərdə rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Həmin maddədə qeyd olunmuşdur ki, inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq, haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Bərdə Rayon Məhkəməsi 26 aprel 2021-ci il tarixli 3(021)-441/2021 nömrəli qərarı ilə Bərdə Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində qəbul edilmiş 12 aprel 2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv etdiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.6-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati Xətalar Məcəlləsinin 53.1-cı maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Qərarа аldı: Bərdə Rayon Məhkəməsi 26 aprel 2021-ci il tarixli 3(021)-441/2021 nömrəli qərarı ilə Bərdə Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində qəbul edilmiş 12 aprel 2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv etdiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.6-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərаrın surəti rəsmi qаydаdа verildiyi vаxtdаn 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(021)-1032/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1032/2021
22.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver