Məhkəmə qərarları › İş №3(021)-1032/2023

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1032/2023

13.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1032/2023 13.06.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, X14 Polis Şöbəsinin polis baş inspektoru X3, Barəsində inzibati icraat aparılan Şəxs iştirakları ilə, xx xxxx 1964-cü il tarixdə Bərdə rayonu Nəzirli kəndində doğulmuş, orta təhsilli, fərdi əməklə məşğul olan, Bərdə rayonu, Qaratəpə kəndində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş İXP ******* saylı inzibati xəta haqqında protokollardan görünür ki, Şəxs 13 aprel 2023-cü il tarixdə saat 11:45 radələrində Şəxs sürücülük hüququ olmaqla idarə etdiyi “Mercedes D208 D KA” markalı **-BM-*** dövlət nömrə nişanlı avtomobili ilə Bərdə şəhəri, H.Əliyev prospektindən Lək kəndi istiqamətində gedən yola dönmə əməliyyatı həyata keçirmək üçün manevr etmiş, qarşı tərəfdə hərəkətdə olan X1 hüquqi olmaqla idarə etdiyi “Vaz 21014” minik markalı **-BU-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşmuş, nəticədə yalnız “Vaz 21014” minik markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində əyləşmiş X2 qısa müddət pozulmasına səbəb olan yüngül dərəcəli xəsarət almışdır. Bununla Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında X14 Polis Şöbəsinin polis baş inspektoru X6 ifadəsində göstərdi ki, 13 aprel 2023-cü il tarixdə saat 11:45 radələrində Şəxs sürücülük hüququ olmaqla idarə etdiyi “Mercedes D208 D KA” markalı **-BM-*** dövlət nömrə nişanlı avtomobili ilə Bərdə şəhəri, H.Əliyev prospektindən Lək kəndi istiqamətində gedən yola dönmə əməliyyatı həyata keçirmək üçün manevr etmiş, qarşı tərəfdə hərəkətdə olan X1 hüquqi olmaqla idarə etdiyi “Vaz 21014” minik markalı **-BU-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşmuş, nəticədə yalnız “Vaz 21014” minik markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində əyləşmiş X2 qısa müddət pozulmasına səbəb olan yüngül dərəcəli xəsarət almışdır. Məhkəmədən onun barəsində qanunamüvafiq tətbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan Şəxs bildirdi ki, o, Bərdə- Qaratəpə kəndi ərazisində fərdi olaraq mikroavtobusla sərnişin daşınması ilə məşğul olur. “Mercedes D208 D KA” markalı **-BM-*** dövlət nömrə nişanlı mikroavtobus oğlu X4 məxsusdur və həmin mikroavtobusu onun yanında əyləşməsi nəticəsində idarə edir. 13 aprel 2023-cü il tarixdə saat 11:45 radələrində idarə etdiyi mikroavtobusla oğlu ilə birlikdə Qaratəpə kəndinə getmək üçün Bərdə şəhəri, H.Əliyev prospekti istiqamətinə hərəkətə keçmişdir. Bərdə şəhəri H.Əliyev prospekti “Çinqozun dairəsi” adlanan yerə çatdıqda rayonun Lək kəndi istiqamətinə gedən yola dönmə əməliyyatı həyata keçirmək üçün manevr etmiş və həmin manevr etdiyi istoqaməti qadağan edilmiş yerdir, lakin qarşı tərəfdən gələn avtomobil ondan təxminən 60-70 metr uzaqda olduğunu gördüyü üçün dönmə əməliyyatın etdiyi zaman qarşı tərəfdən gələn “Vaz 21104” markalı avtomobil idarə etdiyi mikroavtobusun qabaq sağ tərəfinə dəymişdir. Səmimi etiraf edir ki, başvermiş hadisənin səbəbkarı odur, dönmə əməliyyatı düz həyata keçirtsəydi yol nəqliyyat hadisəsi baş verməzdi. Barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan Bərdə Rayon Polis Şöbəsinin 12 may 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin dispozisiyasında göstərilmişdir ki, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitələrinin istismarı qaydaları pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərərvurulması nəticəsində cinayət məsuliyyəti yaradır. Sürücü Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin tərkib əlamətləri olmadığından onun da barəsində həmin maddə ilə cinayət işinin başlanması rədd edilmiş. Sürücü Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8ci maddəsinin tərkib əlamətləri olduğuna görə barəsində inzibati icraat açılması üçün qərarın surəti Bərdə rayon Polis şöbəsinə göndərilmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi Bərdə rayon Polis şöbəsinin istintaq bölməsinin müstəntiqi polis baş leytenantı X7 cinayət işinin başlanmasının rədd edilməsi barədə 12 may 2023-cü il tarixli qərarı, habelə inzibati xəta haqqında 28 may 2023-cü il tarixli İXP ******* nömrəli protokolla sübuta yetirilir. Məhkəmə hesab edir ki, inzibati xəta törədən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh təyin olunmalıdır. İnzibati xəta törətmiş Şəxs şəxsiyyətini nəzərə alaraq onun barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Bundan başqa məhkəmə həmçinin onu da xüsusi olaraq qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas fəlsəfəsi onu yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq və ya onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.11-ci maddəsində qeyd olunmuşdur ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə tətbiq olunan cərimənin məbləğinin 10 faizi miqdarından ödənişindən azad edilir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8, 360, 362-365, 425, 430-432-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Bərdə rayon İcra və probasiya Şöbəsinə və Bərdə rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surətindən təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar