Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1035/2025 23.10.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, X1 iclas katibliyi, protokolu tərtib etmiş şəxs Bərdə rayon polis şöbəsinin sahə rəisi X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, AA*******, xx.xx.2000-ci il tarixdə Bərdə şəhərində doğulmuşdur, subay, fərdi əməklə məşğul olan, Laçın şəhəri, M.Əzizbəyov küçəsi ev 6-da qeydiyyatda olmaqla Bərdə rayonu, Şorəlli kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Bərdə rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, M ü ə y y ə n e t d i: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Bərdə rayon polis şöbəsində 23 oktyabr 2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bərdə rayon məhkəməsinə göndərilmişdir. Protokol tərtib etmiş şəxs Bərdə RPŞ-nin İTB-nin sahə rəisi X7 məhkəmə iclasında izahat verərək göstərdi ki, Şəxs və Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli qarşılıqlı müraciətləri əsasında toplanmış materialda cinayət faktı aşkar edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyətə cəlb olunması üçün qəbul edilmiş qərarın surəti Bərdə RPŞ-nin İTB-nə verilmişdir. Bundan sonra tərəflər çağıraraq izahatları alınmışdır. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə verilmişdir. Protokolu müdafiə edir və Şəxs barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, X5 nikahları pozulmuş və ayrılmışlar, lakin uşaqları ilə birlikdə Elmirin ata evinin həyətində tikdiyi evdə yaşayır. xx.xx.2025-ci ildə Aynur, qaynanası Sevda və qaynı Elgün yaşadığı evə gələrək onunla mübahisə etmiş, mübahisə zamanı qayanası Sevda əllərini tutmuş, qaynı Elgün sinəsindən tutub saxlamış, Zərərçəkmiş şəxs isə saçından tutub dartmış və bədənin müxtəlif yerlərinə əli ilə vuraraq ona xəsarət yetirmişdir. Onların əlindən çıxaraq DİN 102 çağırı mərkəzinə zəng edərək Aynurdan şikayət etmişdir. Aynura mübahisə zamanı əlləri ilə xəsarət yetirmiş ola bilər. Hazırda Zərərçəkmiş şəxs ilə barışmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Bakı şəhərində yaşayır. xx.xx.2025-ci il tarixdə Bərdə rayonu, Şorəlli kəndində ata evində yaşayan anası Sevdanın evinə qonaq gəlmişdir. X6 uşaqlarına da hədiyə alaraq ata evinin həyətində yerləşən qonşuluqda yaşayan qardaşı Elmirin evinin həyətində aldığı hədiyəni uşaqlara vermis, geri qayıdanda Aytacın qardaşı uşaqlarına aldığı hədiyyələri həyətə atdığını görmüşdür. Şəxs onu danışdırmadığından anası Sevda Aynur evlərinə qayıdır gəl onu yol salaq küsülü getməsin demiş, lakin Aytac imtina etmiş və anası Sevdanı nalayiq ifadələrlə təhqir etmişdir. Aytaca nə üçün anasını təhqir etdiyini demiş, bununla bağlı Aytacgilin yaşadığı evinin pilləkənlərinin qarşısında aralarında mübahisə yaranmış, mübahisə zamanı Şəxs itələmiş, lakin vurmamışdır. Aytac xəsarətləri onun itələməsi nəticəsində ala bilər. Aytac isə evdən stul götürərək onun və anası Sevdanın üzərinə atmışdır. Aralarında olan mübahisə zamanı Aytac onun boğazına, qoluna və üzünə dırnağı ilə xəsarət yetirmişdir. Hazırda Şəxs ilə barışmamış və onun barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iş üzrə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış materiallarla tam sübuta yetir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş; Bərdə rayon Polis şöbəsinin İstintaq Bölməsinin müstəntiqi X3 tərəfindən qəbul edilmiş “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 04 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Şəxs və Zərərçəkmiş şəxs qarşılıqlı müraciətləri əsasında toplanmış HK-1/3601 saylı material üzrə əməldə cinayət tərkibi olmadığından barələrində cinayət işinin başlanılması rədd edilmiş, Şəxs və Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Bərdə rayon polis şöbəsinin istintaq təhqiqat bölməsinə göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA ETT Birliyinin Bərdə rayon şöbəsi tərəfindən verilmiş, məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 785 saylı ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, Şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ bazu oynağının üst-bayır səthinin sıyrığı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA ETT Birliyinin Bərdə rayon şöbəsi tərəfindən verilmiş, məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 791 saylı ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – döş qəfəsinin sağ yarısında-köpücükaltı nahiyyənin, üzün sağ yarısının, sağ çənə bucağı nahiyyəsinin, sol çənənin alt nahiyyəsinin, boyunun aşağı şöbəsinin ön səthinin, sol əlin baş barmaq əl daraq nahiyyəsinin, sol bazunun aşağı 1/3 hissəsinin ön səthinin, sol dirsək çuxurunun ön səthinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə Bərdə rayonu, Şorəlli kəndində aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı Şəxs Zərərçəkmiş şəxs döymüşdür. Həmin şəxslər arasında olan dava şəxsi münasibətlər zəmnində baş vermiş, qısa müddətli olmuş, oraya kənar şəxslər gəlməmiş, heç bir xuliqanlıq hərəkətləri edilməmiş və həmin vaxt ictimai qayda kobud surətdə pozulmamışdır. Sözügedən şəxslər arasında olan dava-dalaş şəxsi münasibətlər zəminində yaranmış və qısa müddət ərzində davam etmişdir. Şəxs əməlində xuliqanlıq cinayətinin tərkibi olmadığından barəsində həmin xüsusat üzrə cinayət işinin başlanması rədd olunmuşdur. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Bərdə RPŞ-nin İTB-nə verilmişdir. İnzibati iş üzrə zərərçəkmiş şəxs kimi tanınma haqqında Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi X7 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs inzibati icraat materialı üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Zərərçəkmiş şəxs xx.xx.1986-cı ildə Bərdə rayonu, Şörəlli kəndində doğulmuşdur, Bərdə rayonu, Şorəlli kəndində qeydiyyatdadır. AA******* seriya nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Şəxs xx.xx.2000-ci ildə Bərdə şəhərində doğulmuşdur, Laçın şəhəri, M.Əzizbəyov küçəsi ev 6da qeydiyyatdadır. Bərdə RPŞ-nin İTB-nin sahə rəisi X7 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN №0486626 nömrəli protokolda göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə Şəxs Zərərçəkmiş şəxs döyərək ona xəsarət yetirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə şəxsi münasibətlər zəmnində aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs döyərək sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibati xətanın xarakterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, onun barəsində inzibati cərimə tənbehi tətbiq edilməlidir. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Belə olan halda, məhkəmə belə qənaətə gəlir ki, Şəxs İXM-in 157-ci maddəsi ilə təqsirli bilinib, barəsində 400 manat məbləğində inzibati cərimə tənbeh növünün tətbiq edilməsi ilə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə gələcəkdə yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilsin. Qərarın icrası Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə, protokol tərtib edən şəxsə və zərərçəkmiş şəxslərə göndərilsin. Qərarın surəti rəsmi alındığı gündən 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №3(021)-1035/2025
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1035/2025
23.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver