Məhkəmə qərarları › İş №3(021)-104/2022

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-104/2022

15.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-104/2022 15.01.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X4 iclas katibliyi, Bərdə RPŞ- nin polis sahə rəisi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirаkları ilə, xx.xx.1988-ci il tarixdə Bərdə rayonunda аnаdаn оlmuş, Bərdə rayon Meşəçilik qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş 3(021)-104/2022, 3(021)-105/2022, 3(021)-106/2022 və 3(021)-107/2022 saylı inzibati xəta haqqında materiallara baxaraq, Müəyyən etdi: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 07.12.2021-ci il tarixdə Bərdə rayon Qasımbəyli kəndində yerləşən Balışova Vəsilə İsa qızına məxsus mağazadan 50 ədəd siqaret oğurlamışdır. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bərdə rayon Meşəçilik qəsəbəsində yaşayan X6 həyətindən 4 ədəd hinduşka və 2 ədəd toyuq oğurlamışdır. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 23.11.2021-ci il tarixdə Bərdə rayon Meşəçilik qəsəbəsində X2 həyətindən 1 ədəd velosiped oğurlamışdır. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bərdə rayon Qasımbəyli kənd sakini X1 həyətindən 1 ədəd velosiped oğurlamışdır. Bərdə rayon Məhkəməsinin 3(021)104/2022 saylı, 15 yanvar 2022-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 3(021)-104/2022, 3(021)-105/2022, 3(021)-106/2022 və 3(021)-107/2022 saylı inzibati işlər bir icraatda baxılması qərara alınmışdır. Məhkəmə iclasında Bərdə RPŞ- nin polis sahə rəisi X7 bildirdi ki, Şəxs 07.12.2021ci il tarixdə Bərdə rayon Qasımbəyli kəndində yerləşən Balışova Vəsilə İsa qızına məxsus mağazadan 50 ədəd siqaret, Bərdə rayon Meşəçilik qəsəbəsində yaşayan X6 həyətindən 4 ədəd hinduşka və 2 ədəd toyuq, 23.11.2021-ci il tarixdə Bərdə rayon Meşəçilik qəsəbəsində X2 həyətindən 1 ədəd velosiped, Bərdə rayon Qasımbəyli kənd sakini X1 həyətindən 1 ədəd velosiped oğurlamışdır. Barəsində inzibati tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, 07.12.2021-ci il tarixdə Bərdə rayon Qasımbəyli kəndində yerləşən Balışova Vəsilə İsa qızına məxsus mağazadan 50 ədəd siqaret, Bərdə rayon Meşəçilik qəsəbəsində yaşayan X6 həyətindən 4 ədəd hinduşka və 2 ədəd toyuq, 23.11.2021-ci il tarixdə Bərdə rayon Meşəçilik qəsəbəsində X2 həyətindən 1 ədəd velosiped, Bərdə rayon Qasımbəyli kənd sakini X1 həyətindən 1 ədəd velosiped oğurlamışdır. Hazırda törətdiyi əməllərdən peşmandır. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. İşdə olan cinayət işi başlanılmasının rədd edilməsi haqqında 23.11.2021-ci il tarixli, 03.12.2021-ci il tarixli, 16.12.2021-ci il tarixli və 17.12.2021-ci tarixli qərarlardan görünür ki, materiallar üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi özünün etirafı, inzibati xəta törətməsi barədə tərtib olunmuş protokollar, Bərdə RPŞ-nin TB-nin cinayət işinin başlanmasının rədd olunması barədə qərarları və həmçinin protokola əlavə edilmiş digər materiallarla təsdiq olunur. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs barəsində daha ciddi inzibati tənbeh hesab edilən həbs tətbiq edilməlidir. Şəxs inzibati həbs tətbiq etməklə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Həmin Məcəllənin 31.4-cü maddəsinə görə bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İXM-nin 30.1-ci maddəsinə görə inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 34.1-ci maddəyə görə bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Bu Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq, hesab edir ki, ona 02 (iki) ay inzibati tənbeh-həbs tətbiq edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 43,114, 128-130-cu maddələrini rəhbər tutub, Q ə r a r a a l d ı: Şəxs İXM-in 227-ci mаddəsi ilə təqsirli bilinərək, bаrəsində 02 (iki) ay müddətinə inzibаti tənbeh-həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 15 yanvar 2022-ci il tаrixdən, saat 17:45–dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxil İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın surəti elan edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikаyət verilə bilər Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar