Məhkəmə qərarları › İş №3(021)-1040/2023

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1040/2023

22.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1040/2023 22.06.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X4 iclas katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Qarabağ regional şöbəsinin nümayəndəsi X13, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iştirakı ilə, xx.xx.1997-ci il tarixdə Bərdə rayonu, Əliyanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Bərdə rayonu, Əliyanlı kəndində yaşayan X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərə tutulmuş inzibati xətanı törətdiyinə görə qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X7 məhkəməyə şikayət verərək, İnzibati xəta hadisəsi olmadığından və onun inzibati xəta törədilməsində təqsiri olmadığından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Qarabağ regional şöbəsinin 22 may 2023-cü il tarixli, ******* nömrəli qərarının ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X7 şikayətini onunla əsaslandırmışdır ki, hazırki iş üzrə cavabdeh - ƏSSMN yanında X6 Xidməti Qarabağ regional şöbəsinin rəisi X5 tərəfindən tərtib olunmuş qərara əsasən sahibkar tərəfindən işçi X3 əmək haqqısından tutulmaların qanunvericiliyinə uyğun aparılmaması Əmək Məcəlləsi 175-ci maddəsi ilə işdən azad olunarkən son haqq hesabın verilməməsi ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməyinə dair 22 may 2023-cü il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla fiziki şəxs qismində 1.000 (bir min) manat cərimə edilmişdir. Aşağıda şərh olunan əsaslara görə hesab edir ki, hazırki iş üzrə cavabdeh - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Qarabağ regional şöbəsinin rəisi X5 tərəfindən tərtib edilmiş 22 may 2023-cü il tarixli, ******* nömrəli qərarı saylı qərarı etibarsız, şöbənin vəzifəli şəxslərinin qanunsuz protokol tərtib etməklə fiziki şəxs qismində 1.000 manat cərimə edilməyi, bununla da hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnən hərəkətləri qanunsuz hesab edilməli və inzibati xəta hadisəsi törədilmədiyindən hazırkı iş üzrə icraata xitam verilməlidir. Sözügedən qərarda guya o, əmək qanunvericiliyini pozduğuna görə cərimə olunmuşdur. Ona hər hansı bir xəbərdarlıq məktubu göndərilməmişdir. Bildirir ki, X8 ərizə yazaraq bildirmişdir ki, "bu günlərdə ona məxsus yaşadığı evə bildiriş gəlmişdir ki, xx.xx.2023-cü il tarixdə tərəfindən X7 barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Qarabağ regional şöbəsinə şikayət etmişdir. Hansı ki, o satıcı kimi işlədiyi avtoboya mağazasının rəhbəri X7 barəsində hər hansı bir şikayət ərizəsi verməmişdir. X1 ilə aralarında hər hansı bir anlaşmazlıq və ondan heç bir şikayət və tələbi olmadığından işə xitam verilməsini xahiş etmişdir. Ancaq buna baxmayaraq protokolu və aktı tərtib etmiş əməkdaşlar da məsələyə qeyri-obyektiv və birtərəfli yanaşaraq, bu sənədlər əsasında da hazırda mübahisələndirdiyi inzibati xəta üzrə qərar qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 öz izahatında ona 1000 manat cərimə yazıldığını bildirmiş, etirz etdiyini, çünki onun cərimədən xəbərinin olmamasını bildirmişdir. Buna görə də məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Qarabağ regional şöbəsinin nümayəndəsi X13 öz ifadəsində şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, şikayətin dəlillərini iş materialları və əlavə təqdim edilmiş sübutlarla əlaqəli şəkildə araşdırıb hesаb edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, inzibati xəta haqqında işin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan AA4248369 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X7 xx.xx.1997-ci ildə anadan olmuşdur. 22 may 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Qarabağ regional şöbəsinin rəisi X5 tərəfindən sahibkar X2 (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi nəticəsində həmin maddəyə uyğun olaraq 1000 (min) manat məbləğində inzibati cərimənin tətbiq edilməsi qərara alınmışdır. İş materiallarında olan elektron məhkəmənin vergi ödəyicilərinin məlumatları bölməsindən çıxarışdan görünür ki, X2 VÖEN: ********** nömrəli, AZ0927, Bərdə rayonu Əliyanlı kəndində qeydiyyatda olan fiziki şəxdir. İş materiallarında olan Mənsur Hüseynov tərəfindən mailto:demx@sosial.gov.azElektron ünvan elektron ünvana ünvanlanmış elektron məlumatlardan görünür ki, onun işçi kimi əmək hüquqlarının pozulmasının araşdırılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Qarabağ regional şöbəsinin izahatları alınmış X7 və X3 izahatları alınmışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarla X7 İXM-in 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1000 manat məbləğində inzibati cərimə olunmuşdur. Daha sonra barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X7 məhkəməyə şikayət verərək, qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarın ləğvinə dair məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. AR.İXM-in 192.4-cü maddəsində qeyd edilir ki, işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə - vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsi”nə dair 2 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu Konstitusiya norması insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən, bu məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İnzibati xəta haqqında protokol və qərardan müəyyən edilir ki, X7 fiziki şəxs qismində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olduğuna görə vəzifəli şəxs qismində işçinin əmək və məzuniyyət haqqlarının hesablanmasında və ödənilməsində riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlarla əlaqədar İXM-in 192.4-cü maddəsi ilə inzibati xətanı törətmiş və 1000 (min) manat miqdarında inzibati qaydada cərimə edilmişdir. Məhkəmə hesab edir ki, inzibati tənbeh səlahiyyətli orqan tərəfindən müvafiq maddə ilə düzgün tövsif edilmişdir, lakin tətbiq edilən tənbeh olan inzibati cərimənin məbləği (həddi) müəyyən edilərkən yüngülləşdirici və ağırlaşdırıcı hallar nəzərə alınmadan səlahiyyətli orqan tərəfindən inzibati tənbeh tətbiq edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli və inzibati cərimənin aşağı həddi əsas götürülməlidir. Həmçinin, iş materialları araşdırılarkən barəsində şikayət verilən qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün İXM-in 135.1-ci maddəsində göstərilən əsaslar müəyyən edilmədi. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi, X2 təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilmişdir. İXM-in 12-ci mаddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. İXM-in 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin Qeyd hissəsinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. İXM-in 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 131.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. İXM-in 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; İXM-in 31-ci maddəsində inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarından, 32 və 33-cü maddələrində isə inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmişdir. Beləliklə, inzibati tənbeh tətbiq edilərkən səlahiyyətli orqan tərəfindən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmadan inzibati tənbeh tətbiq edildiyindən, habelə şəxsin ilk dəfə inzibati xəta törətdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilərək tətbiq edilən cərimənin məbləği dəyişdirilərək aşağı həddə müəyyən edilməlidir. Göstərilənlərə əsаsən və İXM-in 133, 134, 136-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRАRА АLDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Qarabağ regional şöbəsinin rəisi X5 tərəfindən X7 barəsində İXM-in 192.4-cü maddəsi ilə qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla tətbiq edilən inzibati cərimənin miqdarı dəyişdirilsin. İnzibati xəta törədən X7 barəsində 700 manat miqdarında inzibati cərimə tənbehi tətbiq edilsin. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərarın icrası Bərdə rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə və ya birbaşa Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar