Məhkəmə qərarları › İş №3(021)-1047/2022

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1047/2022

05.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1047/2022 05.09.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ İş №-3(021)-924/2022 AZƏRBAYCAN RESPUBLİKASİNİN ADİNDAN QƏRAR 12 sentyabr 2022-ci il Bərdə şəhəri Bərdə Rayon Məhkəməsi Bərdə Rayon Məhkəməsinin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi ilə, X2 Bərdə Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli, 3(021)-924/2022 nömrəli inzibati xəta haqqında qərarına xitam verilməsinə dair ərizəsinə baxaraq, məhkəmə Müəyyən etdi: X6 barəsində Bərdə rayon Polis Şöbəsi tərəfindən Аzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü mаddəsi ilə inzibаti xəta prоtоkоlu tərtib edilərək baxılmаsı üçün Bərdə Rаyоn Məhkəməsinə göndərilmişdir ona görə ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-ci maddəsi ilə tərtib edilmiş İXP ******* nömrəli inzibati xəta protokolu ilə inzibati qaydada cərimə edilmiş, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərar qanuni qüvvəyə mindiyi vaxtdan 03 ay müddət keçməsinə baxmayaraq cəriməni ödəməmişdir. Bərdə Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli qərarına əsasən X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmək hüququ altı ay müddətə məhdudlaşdırılmışdır. İş üzrə inzibati xəta törətmiş şəxs X6 məhkəməyə 23 avqust 2022-ci il tarixdə ərizə verərək Bərdə Rayon Məhkəməsinin 3(021)-924/2022 saylı 11 avqust 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin 11 yanvar 2022-ci il tarixli İXP 4416327saylı qərarı ləğv edilmişdir. Odur ki, Bərdə rayon Məhkəməsinin 3(012)-924/2022 saylı 11 avqust 2022-ci il tarixli qərarın ləğv edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 və Bərdə rayon Polis Şöbəsinin nümayədəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsalar da məhkəmə iclasında iştirak etməmişlər. Sədrlik edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və Bərdə rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Həmin maddədə qeyd olunmuşdur ki, inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq, haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İnzibati materiala əlavə edilmiş İXP ******* nömrəli inzibati protokoldan görünür ki, X6 barəsində tərtib edilmiş inzibati protokol üzrə cəriməni və dəbbə pulunu qanunla müəyyən edilmiş müddət ərzində dövlət büdcəsinə ödəmədiyi üçün bаrəsində Аzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü mаddəsi ilə inzibаti xəta törətməsinə dаir prоtоkоl tərtib edilmişdir. İşə əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 3(021)-924/2022 saylı 11 avqust 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin 11 yanvar 2022-ci il tarixli EQ ******* saylı qərarı ləğv edilmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs X2 ərizəsini, protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə hesab edir ki Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin 23 sentyabr 2021-ci il tarixli İXP ******* saylı qərarı ləğv edildiyindən,Bərdə Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 356.1-ci maddəsinə əsasən Barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Qərarа аldı: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin 11 yanvar 2022-ci il tarixli İXP ******* saylı qərarı ləğv edildiyindən Bərdə Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli, 3(021)-924/2022 nömrəli inzibati xəta haqqında qərarına xitam verilsin. Qərаrın surəti rəsmi qаydаdа verildiyi vаxtdаn 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Əsli ilə düzdür, Hаkim Elsun Əhmədov İş № 3(021)-924/2022 Məhkəmə baxış iclasının Protokolu 12 sentyabr 2022-ci il Bərdə şəhəri Bərdə Rayon Məhkəməsi Bərdə Rayon Məhkəməsinin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi ilə, X2 Bərdə 22 sentyabr 2021-ci il tarixli,3(021)-924/2021 nömrəli inzibati xəta haqqında qərarına xitam verilməsinə dair vəsatətinə baxılır. Məhkəmə iclası saat 09:20-da başladı. Sədrlik edən məruzə etmək üçün məhkəmə iclas katibinə söz verir. Məhkəmə iclas katibi Orxan Bayramov: Hörmətli məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X6 və Bərdə rayon Polis Şöbəsinin nümayədəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandılrılsalar da məhkəmə iclasına gəlməmişlər. Sədrlik edən yerində qısa müşavirə edərək Qərara aldı: İşə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X6 və Bərdə rayon Polis Şöbəsinin nümayədəsinin iştirakları olmadan baxılsın. Sədrlik edən inzibati xəta haqqında materialı, X1 vəsatətini və vəsatətə əlavə edilmiş sənədləri nəzərdən keçirir. Sədrlik edən müşavirə otağına gedir, müşavirə otağından qayıtdıqdan sonra qərarı elan edib, məzmununu, şikayət vermə müddətini və qaydasını, iclas protokolu ilə tanış olub qeydlər etmək qaydasını izah edərək məhkəmə iclasını bağlı elan etdi. Sədrlik edən Elsun Əhmədov Məhkəmə iclas katibi Orxan Bayramov AZƏRBAYCAN RESPUBLİKASİ BƏRDƏ RAYON MƏHKƏMƏSİ Poçt indeksi Az 900, Bərdə şəhəri, Tel: (02020) 5-27-22 Faks: (02020) 5-20-52 Gəncə küçəsi, 4 Elektron poçtu: Elektron ünvan «10» sentyabr 2022-ci il № 3(021)-924/2022 Bərdə rayon Polis Şöbəsinin rəisi cənab Ənvər Həsənova X4 Bərdə rayonu,H.Əliyev pr, ev 1, m 13 X3 Bərdə Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli, 3(021)-924/2022 nömrəli inzibati xəta haqqında qərarına xitam verilməsinə dair vəsatətinə baxılması 12 sentyabr 2022ci il tarixə saat 09:20-da təyin edilmişdir. Göstərilən tarixdə məhkəmə iclasında iştirak etməyiniz xahiş olunur. Hakim Elsun Əhmədov AZƏRBAYCAN RESPUBLİKASİ BƏRDƏ RAYON MƏHKƏMƏSİ Poçt indeksi Az 900, Bərdə şəhəri, Tel: (02020) 5-27-22 Faks: (02020) 5-20-52 Gəncə küçəsi, 4 Elektron poçtu: Elektron ünvan «12» sentyabr 2022-ci il № 3(021)-924/2022 Bərdə rayon Polis Şöbəsinin rəisi cənab Ənvər Həsənova X4 Bərdə rayonu,H.Əliyev pr, ev 1, m 13 Bərdə Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli 3(021)-924/2022 nömrəli qərarı məlumat üçün Sizə göndərilir. Qoşma: qərarın surəti “02” vərəqə. Hakim Elsun Əhmədov AZƏRBAYCAN RESPUBLİKASİ BƏRDƏ RAYON MƏHKƏMƏSİ Poçt indeksi Az 900, Bərdə şəhəri, Tel: (02020) 5-27-22 Faks: (02020) 5-20-52 Gəncə küçəsi, 4 Elektron poçtu: Elektron ünvan «23» sentyabr 2022-ci il № 3(021)-924/2022 Azərbaycan Respublikası DİN-in BDYPİ-nin Yevlax 7 saylı RQİŞ-yə Bərdə Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli 3(021)-924/2022 nömrəli qərarı icra edilməsi üçün Sizə göndərilir. Qoşma: qərarın surəti “02” vərəqə. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar