Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1052/2025 04.11.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, X2 iclas katibliyi, Protokolu tərtib etmiş şəxs Bərdə RPŞ İTB-nin sahə rəisi X14 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Nemət oğlunun iştirakları ilə, Ş/V:AB0083714, xx.xx.1981-ci il tarixdə, Bərdə şəhərində doğulmuşdur, orta təhsilli, evli, Bərdə rayonu, Lək kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Nemət oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Mustafayev X8 Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Bərdə rayon Polis Şöbəsində 04 noyabr 2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Bərdə RPŞ İTB-nin polis sahə rəisi X14 izahat verərək bildirdi ki, Bərdə rayonu, Lək kəndində yaşayan X9 xx.xx.2025-ci il tarixdə DİN-nin 102 xidmət zəng mərkəzinə mobil telefonla zəng edərək, eyni zamanda Bərdə rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, qonşusu Şəxs Nemət oğlunun evinə balta ilə gəlməsi və gəlini Zərərçəkmiş şəxs balta ilə hədələməsini göstərmiş, bu barədə tədbir görülməsini xahiş etmişdir. Həmçinin araşdırma zamanı Zərərçəkmiş şəxs Bərdə rayon Polis Şöbəsinə ərizə verərək, 04 avqust 2025-ci il tarixdə qonşusu Şəxs Nemət oğlunun əlində balta ilə yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində onu narahat etməsi və döyməsini göstərərək bu barədə tədbir görülməsini xahiş etmişdir. Araşdırma zamanı müəyyən olunmudur ki, 04 avqust 2025-ci il tarixdə saat 10 radələrində Bərdə rayonu, Lək kəndində yaşayan Şəxs Nemət oğlu qonşusu X4 evinin həyətinə keçərək Zərərçəkmiş şəxs döyərək ona fiziki ağrı yetirmiş, lakin buna baxmayaraq öz hərəkətlərini davam etdirərək ictimai qaydanın kobud surətdə pozulmasına, ətrafdakı şəxslərin narahatçılığına səbəb olacaq hərəkətlər etməmişdir. Şəxs Nemət oğlunun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş “Döymə” inzibati xətasının tərkibi əlamətləri olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Bərdə RPŞ-nin İctimai Təhlükəsizlik bölməsinə göndərilmişdir. Buna görə də Şəxs Nemət oğlu barəsində protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Nemət oğlu bildirdi ki, Bərdə rayonu Lək kəndində yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. X4 xx.xx.2025-ci il tarixdə barəsində Bərdə rayon polis şöbəsinə etmiş olduğu müraciətlə tanış olmuşdur. Təxminən 5 ildir ki, Bərdə rayonu Lək kəndində yerləşən fərdi yaşayış evini alaraq ora köçmüşdür. Həmin ev anası X1 adınadır. Təxminən 3 gün öncə onun qonşuluğuna Elçin Hüseynov və ailəsi köçmüşdür. O, həmin evi alan zaman qonşuluqda başqa şəxslər yaşamışdır. Həmin torpaq sahəsi Daşınmaz Əmlakın Kdastrı və Reyestri xidməti tərəfindən ölçülmüş və yaşadıqları evin 6 sot torpaq sahəsinin sərhədləri müəyyənləşdirilərək ona tanıdılmışdır. Həmin torpaq sahəsinə çəpər düzəldən zaman orada qalan qonşuları torpaq sahəsinə bostan əkmiş və ondan çəpəri bostan sahəsindən keçirməməsini xahiş etmişlər. Buna görə çəpəri 5 metr geri çəkdirmişdir. Həmin qonşuları avqust ayında həmin evdən çıxaraq Ağdam rayonuna köçmüş və Elçin Hüseynov isə həmin evə köçmüşdür. Keçmiş qonşuları ona evdən köçəcəkləri zaman çəpəri sökərək özlərinin çəkdirəcəyini bildirmişlər. Lakin, həmin qonşuları köçdükdən sonra çəpər yerində qalmışdır. Yeni köçən qonşu Elçin Hüseynova həyətyanı sahəsinin çəpərinin düzgün çəkilmədiyini, çəpəri söküb düzəltmək istədiyini bildirmişdir. Lakin, Elçin onunla razılaşmamış və həmin torpaq sahəsinin özünün olmasını bildirmişdir. Bu səbəbdən aralarında mübahisə yaranmışdır. xx.xx.2025-ci il tarixdə onun anası Sahibə Mustafayeva bu barədə polis şöbəsinə müraciət etmişdir. Bundan bir neçə saat sonra Elçin onun barəsində şikayət edərək guya onun həyətyanı sahəsinə keçərək balta ilə onun gəlini Baharı hədələməsi barədə şikayət etmişdir. Lakin, Baharı heç görməmiş birinci səfər Bərdə rayon Polis Şöbəsində görmüşdür. Elçin Hüseynovun yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə keçməmiş və balta ilə hər hansı bir şəxsi hədələməmişdir. Elçin Hüseynov torpaq sahəsini ona qaytarmamaq üçün barəsində əsassız, şər, xarakterli şikayətlər etmişdir. Hesab edir ki, barəsində tərtib edilmiş protokolun heç bir əsası olmadığından xitam olunmalıdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Nemət oğlu barədə İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Bərdə rayon X12 bölməsinin təhqiqatçısı, polis baş leytenantı X7 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs Nemət oğlu barəsində cinayət işinin başlanılması rədd edilmiş, Şəxs Nemət oğlunun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş “Döymə” inzibati xətasının tərkibi əlamətləri olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Bərdə RPŞnin İctimai Təhlükəsizlik bölməsinə göndərilmişdir. AB0083714 seriya və nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Şəxs Nemət oğlu xx.xx.1981-ci ildə Bərdə şəhərində doğulmuşdur, Bərdə rayonu, Qaradəmirçi Ərazi Dairəsinin Lək kəndində qeydiyyatdadır. AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Zərərçəkmiş şəxs xx.xx.1999-cu ildə Bərdə şəhərində doğulmuşdur, Bərdə rayonu, Qaradəmirçi Ərazi Dairəsinin Lək kəndində qeydiyyatdadır. Bərdə RPŞ İTB-nin polis sahə rəisi, X14 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN №2405252 nömrəli protokoldan görünür ki, Təhqiqat bölməsinin qərarına əsasən Şəxs Nemət oğlu Zərərçəkmiş şəxs döymüşdür. Məhkəmə iclasında tərəflərin izahatları, tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, Şəxs Nemət oğlunun Zərərçəkmiş şəxs döyməsi və ona küt əşya ilə fiziki ağrı yetirməsi sübuta yetmir. Çünki, şəxsin Zərərçəkmiş şəxs döyərək ona fiziki ağrı və sağlamlığına hər hansı bir qəsədən xəsarət yetirərək inzibati xəta törətməsi iş materialları və özünün ifadəsi ilə sübut olunmur. Belə olan halda Şəxs Nemət oğlunun əməlində İXM-in 157-ci maddəsinin tərkibi olmadığından barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə tibb ekspertizasının xx.xx.2025-ci il tarixli 658 saylı rəyindən görünür ki, X3 bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ saidin 1/3-nin ön səthinin qançırı və sıyrıqları, sağ mil-bilək oynağının ön səthinin, sol saidin orta 1/3-nin ön səthinin, sol kürək nahiyyəsinin qançırları küt əşyanın (əşyaların təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə iclasında Şəxs Nemət oğlu verdiyi izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Elçin Hüseynovun yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə keçməmiş və balta ilə hər hansı bir şəxsi hədələməmişdir. Elçin Hüseynov torpaq sahəsini ona qaytarmamaq üçün barəsində əsassız, şər, xarakterli şikayətlər etmişdir. Bundan başqa sonuncunun verdiyi izahatla onun Zərərçəkmiş şəxs döyməsi və Zərərçəkmiş şəxs sağ saidin 1/3-nin ön səthinin qançırı və sıyrıqları, sağ mil-bilək oynağının ön səthinin, sol saidin orta 1/3-nin ön səthinin, sol kürək nahiyyəsinin qançırları xəsarətlərinin necə yaranması müəyyən olunmur. Barəsində protokol tərtib edilmiş Şəxs Nemət oğlunun veridiyi izahatla da Zərərçəkmiş şəxs həmin xəsarəti necə alması müəyyən etmək mümkün olmamışdır. Bundan başqa Zərərçəkmiş şəxs Bərdə rayon Polis Şöbəsində verdiyi izahatında Şəxs Nemət oğlu tərəfindən onun döyülməsi barədə göstərdikləri məhkəmə tibb ekspertizasının rəyi ilə sübuta yetmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Lakin hazırkı işdə müəyyən edilmişdir ki, Gülxar Mustafayeva həmin xəsarətləri ehtiyyatsızıqdan almışdır. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə başlanmış icraata xitam verilir. İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarlardan biri də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs Nemət oğlu barəsində İXM-in 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin əməl sübuta yetmədiyindən xitam verilməlidir. Göstərilənlərə əsasən və İXM-in 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Nemət oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydad təqdim edildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №3(021)-1052/2025
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1052/2025
04.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver