Məhkəmə qərarları › İş №3(021)-1057/2025

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1057/2025

20.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1057/2025 20.11.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul etmiş orqan Bərdə rayon Prokurorluğunun nümayəndəsi X7, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs və müdafiəçi Vəkil iştirakları ilə, xx.xx.1979-cu ildə Laçın rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Laçın rayonu Qazıdərə kənd tam orta məktəbində direktor müavini işləyən, Laçın rayonu, Qarabəyli İƏD-nin Lolabağırlı kəndində qeydiyyatda olan, Bərdə rayonu Qarabağ qəsəbəsində yaşayan Şəxs barəsində Bərdə Rayon Prokurorluğundan daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM) 398-ci maddəsinə əsasən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar 398-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə Rayon Prokurorluğu tərəfindən qəbul edilmiş qərar baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul etmiş orqan Bərdə rayon Prokurorluğunun nümayəndəsi X14 gföstərmişdir ki, fiziki şəxs Şəxs Bərdə rayonu ərazisində X8 2024-cü ilin dekabr ayında 12.000 manat pul vermiş, Fariz Musayev 2025-ci ilin yanvar ayının təxminən 5-də konturdan əldə etdiyi qazancın hesabına borc olan 12000 manatdan əlavə 700 manat faiz pulu Şəxs ödəmiş, bundan başqa Məhəmməd X1 2024-cü ilin dekabr ayında 35.000 manat vermiş, Elxan Əsədov kontur alverindən götürdüyü qazancdan 35000 manat qaytarmaqla bərabər Şəxs Əlavə 1000 manat faiz pulu ödəmiş, Şəxs Ümulikdə 1700 manat gəlir əldə etməklə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, bununlada Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. X2 barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil bildirdi ki, törədilmiş inzibati xətada Şəxs özünü təqsirli bilmir. Belə ki, Şəxs qohumu Fariz Musayevə borc pul vermiş, Fariz Musayev borc aldığı məbləği qaytarmadığı üçün Şəxs 22 fevral 2025-ci il tarixdə ərizə ilə Bərdə rayon Polis Şöbəsinə müraciət etmiş, Bərdə rayon Polis Şöbəsinin müstəntiqi Niyaməddin Məmmədovun 28 fevral 2025-ci il tarixli qərarına əsasən mübahisə mülki xarakterli olduğundan cinayət işinin başlanması rədd edilmiş, bundan sonra Şəxs məhkəməyə pul tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Mülki işə baxıldıqdan sonra Şəxs barəsində xüsusi qərardad qəbul edilərək araşdırılması üçün Bərdə Rayon Prokurorluğuna göndərilmişdir. Şəxs xırda sahibkarlıqla məşğul olmaqla VÖEN-ni vardır. Şəxs qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır. Əksinə Fariz və Elxan adlı şəxslər yeni ticarətə qoşulmaq adı ilə müxtəlif şəxslərdən pul istəmiş, həmin pulların onlara məxsus plastik karta köçürülüməsini demiş, ticarətlə məşğul olmaqlarını rəsmi dövlət orqanlarında rəsmiləşdirməmişlər. Odur ki, Şəxs barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs İXM-in 398-ci mаddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibаti qаydаdа məsuliyyətə cəlb оlunmаlıdır. İnzibati işin materiallarına istinad: İnzibаti işin mаteriаllarına əlаvə edilmiş Bərdə Rayon Məhkəməsinin 09 iyul 2025-ci il tarixli, 2(021) 2380/2025 saylı qərardadından görünür ki, Bərdə rayon Məhkəməsinin icraatında olan 2(021) -2380 saylı mülki iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192-ci maddəsində nəzərdə tutulan cinayət əlamətləri aşkar olunduğundan cinayət işinin başlanması məsələsinin müzakirə edilməsi üçün Xüsusi qərardad qəbul edilmişdir. İnzibаti işin mаteriаllarına əlаvə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi tərəfindən vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi barədə çıxarışdan görünür ki, Şəxs vergi ödəyicisi deyildir. İnzibаti işin mаteriаllarına əlаvə edilmiş Bərdə rayon Prokurorluğunun böyük müstəntiqi İİ dərəcəli hüquqşünas X3 xx.xx.2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki, Şəxs və X9 barəsində Azərbaycan Respublikası CM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, Şəxs və X9 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəssinin tərkib əlamətləri mövcud olduğundan onun inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması qərara alınmışdır İnzibаti işin mаteriаllarına əlаvə edilmiş İnzibаti işin mаteriаllarına əlаvə edilmiş Bərdə rayon Prokurorluğunun böyük müstəntiqi İİ dərəcəli hüquqşünas X3 xx.xx.2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki, Şəxs verdiyi izahatında görünür ki, Şəxs izahatında Farizin ondan 2024-cü ilin dekabr ayında götürdüyü 12.000 manata görə 2025-ci ilin yanvar ayının təxminən 5-də konturdan əldə etdiyi qazancın hesabına əsas borc olan 12.000 manatdan əlavə 7000 manat pulu, Elxan Əsədov isə 2024-cü ilin dekabr ayında götürdyüy 30.000 manata görə kontur alverindən götürdyüy qazancdan 30.000 manatı qaytarmaqla bərabər ona əlavə 1000 manat pul ödədiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə əsasən, dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. Həmin maddəyə görə, dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi inzibati məsuliyyətə səbəb olur. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, aparılmış araşdırma zamanı Şəxs xüsusi razılıq lisenziya olmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu müəyyən edilmiş, bununlada İXM-in 398-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 398-ci maddəsinə əsasən Dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. “Banklar haqqında” Azərbaycan Respublikası qanunun 3.1-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində kredit təşkilatları bank fəaliyyətini Mərkəzi Bankın verdiyi xüsusi razılıq (lisenziya) əsasında həyata keçirə bilər. Məhkəmənin mövqeyi: Bərdə Rayon Prokurorluğu tərəfindən aparılan araşdırma nəticəsində qanunsuz sahibkarlıq fəaliyyəti düzgün olaraq müəyyən edilsə də, qanunsuz sahibkarlığın Şəxs vergi ödəyicisi qismində vergi orqanlarında qeydiyyatda olmaması əsas götürülmüşdür. Lakin Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdən vergi ödəyicisi qismində vergi orqanında qeydiyyata alınmış, ona ********** nömrəli vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilmişdir. Qeyd edilən fakt Bərdə Rayon Prokurorluğu tərəfindən dəqiqliklə araşdırılmamışdır. Lakin buna baxmayaraq məhkəmə hesab edir ki, Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, Şəxs vergi ödəyicisi qismində vergi orqanlarında uçota alınsa da kredit fəaliyyəti ilə məşğul olması üçün müvafiq lisenziyası yoxdur. Belə olan təqdirdə X10 tərəfindən kredit fəaliyyəti üzrə əldə edilmiş vəsait qanunsuz sahibkarlıq fəaliyyətindən əldə edilmiş gəlir kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda isə həmin müqavilə kredit müqaviləsidir. Kredit fəaliyyəti Azərbaycan Respublikasında əsasən “Kredit ittifaqları haqqında”, “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında” qanunlar, Mülki Məcəllə və digər normativ aktlarla tənzimlənir. Kredit müqaviləsi yalnız kreditlərin verilməsi fəaliyyətini həyata keçirmək hüququ olan şəxslər tərəfindən bağlana bilər və bu müqavilə yazılı formada olmalıdır, burada tərəflərin adı, kreditin məbləği, valyutası, qaytarılma müddəti və digər əsas şərtlər göstərilməlidir. Kredit fəaliyyəti üçün lisenziya tələb olunur və bu sahədə Mərkəzi Bankın və digər tənzimləyici orqanların tələblərinə əməl edilməlidir. Şəxs X12 və X8 pul borc verərkən qanunun tələblərinə əməl etməmiş, tərəflər arasında borc müqaviləsi rəsmiləşdirilməmiş, kredit fəaliyyəti ilə məşğul olması üçün isə lisenziya alınmamışdır. Bununla da o, qanunsuz olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Şəxs Bərdə Rayon Prokurorluğuna verdiyi izahatda Musayev Farizin ondan götürdüyü 12000 manat məbləğində borca görə ona əlavə olaraq 700 manat, Elxan Əsədovun isə 2024-cü ilin dekabr ayında götürdüyü 30000 manat borca görə isə əlavə olaraq 1000 manat pul ödədiyini bildirmişdir. X6 Bərdə Rayon Prokurorluğuna verdiyi izahatdan görünür ki, müxtəlif vaxtlarda Şəxs faizə borc götürmüş və həmin borcları faizi ilə birlikdə ödəmiş, 2024-cü ilin dekabr ayında götürdüyü 12000 manat məbləğində borca görə əlavə olaraq ona 700 manat məbləğində faiz məbləği qaytarmışdır. X4 Rayon Prokurorluğuna verdiyi izahatdan görünür ki, müxtəlif vaxtlarda Şəxs faizə borc götürmüş və borcu faizi ilə birlikdə qaytarmışdır. Beləliklə inzibati xəta haqqında iş materiallarından görünür ki, Şəxs 2024-cü ilin dekabr və 2025-ci ilin yanvar aylarında X8 və X12 borca verdiyi pul vəsaitləri qarşılığında 1700 manat gəlir əldə etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs təqsirlidir və ona inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə olan halda, İXM-in 398-ci maddəsinin sanksiyasında inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə tətbiqi nəzərdə tutulduğundan məhkəmə belə qənaətə gəlir ki, Şəxs İXM-in 398-ci mаddəsi ilə təqsirli bilinib, bаrəsində (əldə etdiyi gəlir 1700 manat) 3400 (üç min dörd yüz) manat məbləğində inzibаti cərimə tənbehi tətbiq edilməsi оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Göstərilənlərə əsаsən və İXM-in 112, 114, 128-130-cu mаddələrini rəhbər tutаrаq məhkəmə, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə təqsirli bilinib, barəsində 3400 (üç min dörd yüz) manat məbləğində inzibаti cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar