Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1060/2025 13.11.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X18 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ27501452 saylı qərarından X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Barəsində X15 qərar tərtib edilən X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X18 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ27501452 saylı qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmin qərara əsasən tərtib olunmuş EQ 27501452 nömrəli inzibati tənbeh vermə haqqında qərar ilə Azərbaycan Resublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 328.1-ci maddəsində nəzərədə tutulmuş inzibati xətanı törətdiyinə görə X6 barəsində 400 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlar: X6 şikayətini onunla əsaslandırmışdır ki, o Bərdə rayon sakinidir. Ona məxsus olmayan Mercedes benz E220 Cİ İ minik markalı, **-HS-*** dövlat qeydiyyat nişanlı naqliyyat vasitəsini idarə etmədiyi halda xx.xx.2025-ci il tarixdə onun barəsində İXM-nin 332.3-cü maddəsi ilə protokol tərtib olunmuşdur. Qeyd olunmuş maddələrə görə isə ona cərimə yazılmışdır. Hesab edir ki, onun barəsində qəbul olunmuş inzibati tənbehin tatbiq edilməsi haqqında qərar va protokol qanunsuz va əsassız olduğundan məhkəmə lağv edilmali va manim tarafımdan inzibati xata hadisasi töradilmadiyindan hazırkı iş üzra icraatlara xitam verilmelidir. Belə ki, xx.xx.2025-ci il tarixdə onun barəsində İXM-nin 332.3-cü maddəsi ilə protokol tartib edilarək ona 400 manat cərimə yazılmışdır. Hazırda cərimə dəbbə pulu ilə birlikdə cəmi 540 manatdır. Hazırda bildirmək istəyirəm ki, yazılmış cərimə qanunsuzdur. Çünki həmin cərimə ona yazılmamaldır. Qərarda qeyd edilən avtomobili o xx.xx.2025-ci il tarixdə istifadə etməmişdir. Avtomobili istifada edən şaxs X11 olmuşdur. Bütün kameralarda da avtomobili onun idarə etmədiyi bilinir. Hamin zamanlar onun sürücülük vəsiqəsi məhdudlaşdırıldığı üçün ona etibarnamə verilməmişdir. Ona etibarnamə verilməmişdir. Onun həmin maşını idarə etmek üçün etibarnamə uzun zaman bundan önca bitmişdir. Etibarnəmə ona aid olmadığı halda ona bu cür cərimə yazılması qanunsuzdur. Hazırda ona yazılmış cərimə yol polis idaresinin əməkdaşlarının qanunsuzluğundan yaranmışdır. O heç bir qanun pozuntusa yol verməmişdir. Cərimənin yazılmasından məlumatı olduğu zaman o məhkəməyə müraciət etmədiyini bilmədiyi üçün ilkin olaraq Baş dövlat Yol polis idarəsinə müracət etməmişdir. Oradan isə ona məktub ünvanlıyaraq məhkəməyə müraciət etməyini məsləhət görüblər . O isə həmin məktubu xx.xx.2025-ci il tarixdə Baş İdarənin özündən şəxşən almışdır. Buradan da görünür ki, o qanunsuzluq etmamişdir və İXMnin müvafiq maddələrini pozmamışdır. Məhkəmə iclasında şikayətçi X3 şikayəti müdafiə edərək, ərizəsinə uyğun izahat verərək bildirdi ki, şikayəti əsaslıdır, təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X18 İdarəsinə məlumat verilməsinə baxmayaraq qərarından şikayət verilən orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəm işə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə şikayəti və iş materiallarını araşdıraraq aşağıdakı qeyd olunan əsaslara görə hesab edir ki, şikayət təmin olunmalıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 izahatında göstərmişdir ki, Mercedes benz E220 Cİ İ minik markalı, **-HS-*** dövlat qeydiyyat nişanlı naqliyyat vasitəsini 1 ildir idarə edir, son 6 ay müddət üçün etibarnaməsi vardır. İnzibati xəta baş verən günü avtomobili o idarə etmişdir. X15 22 aprel 2025-ci il tarixli EQ 27501452 nömrəli qərardan görünür ki, X6 idarə etdiyi Mercedes Benz E220 CDİ minik markalı ** HS *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı- Qazax-Gürcüstün yolunun 262.2-ci km-də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törtməkdə təsirli bilinrərək barəsidə 400 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. ADN078016 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, Mercedes Benz E220 CDİ minik markalı ** HS *** dövlət qeydiyyat nişanlı avtomobil X9 məxsusdur. İş materiallarında olan 22 aprel 2025-ci il tarixli etibarnamədən görünür ki, X7 mülkiyyətində olan Mercedes Benz E220 CDİ minik markalı ** HS *** dövlət qeydiyyat nişanlı avtomobil 08 yanvar 2025-ci il tarixədək idarə etmək üçün X8 verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 17412399 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Mercedes Benz E220 CDİ minik markalı ** HS *** dövlət qeydiyyat nişanlı avtomobil X7 mülkiyyətindədir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs X15 iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 129.1.3-cü maddəsinə əsasən, X15 iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. 133.2.8-ci maddəsinə əsasən, X15 iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində X15 iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, X15 protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X19 İdarəsinin 22 aprel 2025-ci il tarixli EQ27501452 saylı inzibati tənbeh vermə haqqında qərarında qeyd olunan avtomobil X7 mülkiyyətində olmaqla inzibati xəta hadisəsi baş verən gün isə X4 istifadəsində olmuşdur. Məhkəmə təqsirsizlik prezumpsiyası prinsipinə əsaslanaraq hesab edir ki, X2 təqsiri sübuta yetmədiyindən o, təqsirsiz hesab edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X19 İdarəsinin 22 aprel 2025-ci il tarixli EQ27501452 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində X15 iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, X15 iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 5.2-ci maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. 84-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 134.1.3-cü maddəsinə əsasən, X15 iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək X15 iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 114.2.1-ci maddəsinə əsasən, X15 iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. 114.1.4-cü maddəsinə əsasən, X15 işə baxılarkən X15 iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Şərh olunanları və Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsini rəhbər tutuaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X18 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ27501452 saylı qərarı ləğv edilsin. X2 barəsində İXM-in 332.3-cü mаddəsi ilə başlanılmış X15 iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərаrdan, qərarın surəti rəsmi qaydada аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №3(021)-1060/2025
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1060/2025
13.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver