Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1064/2025 11.11.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, X1 iclas katibliyi, Bərdə rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Ş/V: AA*******, xx.xx.1988-ci il tarixdə Bərdə şəhərində doğulmuş, orta təhsilli, evli, Bərdə şəhəri, Füzuli küçəsi ev 4-də qeydiyyatda olan və Bərdə şəhəri, R.Rza küçəsi ev 51-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bərdə rayon Polis Şöbəsi tərəfindən 12 mart 2025-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Bərdə rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3 bildirdi ki, Bərdə RPŞ-nin X2 və Post Patrul Xidmətinə daxil olmuş Bərdə RPŞ-nin Təhqiqat bölməsinin xx.xx.2025-ci il tarixli, 68-1-42602-25 nömrəli raportuna əsasən Bərdə RPŞ-nin İTB-nin polis nəfəri, polis baş serjantı Zərərçəkmiş şəxs2 və Bərdə RPŞ-nin İTB-nin polis nəfəri, polis serjantı Zərərçəkmiş şəxs1 tərəfindən Şəxs xx.xx.2025-ci il tarixdə saat 21 radələrində Bərdə şəhəri, Rəsul Rza küçəsində saxlanılmış və Bərdə RPŞ-nə dəvət olunmuşur. Şəxs aqressiv formada onlarla yüksəsk səslə danışaraq içtimai yerdə ətraf kütlənin çox olduğunu görərək ətraf kütlənin diqqətini cəlb etməyə və oradan qaçmağa cəhd göstərmişdir. Onlar Şəxs ictimai yerdə olduğunu və özünü nizam-intizamlı aparmasını xidməti fəaliyyətlərinə mane olmamasını bildirmişlər. Lakin o, polisin qanuni tələbinə tabe olmayaraq ictimai yerdə uca səslə ünvansız-ünvanlı nalayiq ifadələr işlətməyə başlamışdır. Polislər Şəxs dəfələrlə nizam-intizama dəvət etsələr də, o öz qanunsuz əməllərini davam etdirmiş və heç bir yerə getməyəcəyini bildirmişdir. Polislər Şəxs rayon polis şöbəsinə gətirən zaman o, polis əməkdaşlarına qarşı əl-qol hərəkətləri etmiş, özünü nizam-intizamsız aparmış və qaçmağa cəhd göstərmişdir. Bərdə RPŞ-nin İTB-dən daxil olmuş raport əsasında Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, anası ilə yaşadıqları evdə aralarında ailə daxili münaqişə olmuş, münaqişə zamanı anası ilə mübahisə etmişdir. xx.xx.2025-ci il tarixdə səhər saatlarında Bərdə şəhəri, R.Rza küçəsində olduğu vaxt polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və onu polis şöbəsinə dəvət etmişlər. O, içkili oldğundan nə səbəbə onu polis şöbəsinə dəvət etdiklərini soruşmamışdır. Sonra polis əməkdaşlarından kənarlaşaraq kənarda dayanmışdır. Polislər yenidən ona yaxınlaşaraq onun polis şöbəsinə getməli olduğunu təkrar bildirmişlər. Lakin o, polis şöbəsinə getmək istəməmişdir. Buna görə də polis əməkdaşları onu məcburi olaraq avtomobillə polis şöbəsinə aparmışlar. Polis şöbəsində anasının ondan şikayət etdiyi üçün izahatının alınması məqsədi ilə polis şöbəsinə dəvət olunduğunu öyrənmişdir. Həmin vaxt polislərin tələblərinə tabe olmamışdır. Törətdiyi əməldən peşmadır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 bildirdi ki, Bərdə RPŞ-nin İTB-nin polis nəfəri işləyir. xx.xx.2025-ci il tarixdə Bərdə şəhəri, R.Rza küçəsində Bərdə RPŞ-nin İTB-nin polis nəfəri, polis serjantı Zərərçəkmiş şəxs1 ilə xidmətdə olan zaman Bərdə RPŞ-nin X2 və Post Patrul Xidmətinə daxil olmuş Bərdə RPŞ-nin Təhqiqat bölməsinin xx.xx.2025-ci il tarixli, 68-1-42602-25 nömrəli raportuna əsasən Şəxs saxlanılmış və o, polis şöbəsinə dəvət olunmuşdur. Şəxs içkili olduğu üçün aqressiv formada onlarla yüksəsk səslə danışaraq içtimai yerdə ətraf kütlənin çox olduğunu görərək ətraf kütlənin diqqətini cəlb etməyə və oradan qaçmağa cəhd göstərmişdir. Onlar Şəxs ictimai yerdə olduğunu və özünü nizam-intizamlı aparmasını xidməti fəaliyyətlərinə mane olmamasını bildirmişlər. Lakin Şəxs onların qanuni tələbinə tabe olmayaraq ictimai yerdə uca səslə ünvansızünvanlı nalayiq ifadələr işlətməyə başlamışdır. Şəxs dəfələrlə nizam-intizama dəvət etsələr də, o öz qanunsuz əməllərini davam etdirmiş və onlara heç bir yerə getməyəcəyini bildirmişdir. Şəxs rayon polis şöbəsinə gətirilən zaman onlara qarşı əl-qol hərəkətləri etmiş, özünü nizam-intizamsız aparmış və qaçmağa cəhd göstərmişdir. Buna görə də onu məcburi olaraq avtomobillə polis şöbəsinə gətirmişlər. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 bildirdi ki, Bərdə RPŞ-nin İTB-nin polis nəfəri işləyir. xx.xx.2025-ci il tarixdə Bərdə şəhəri, R.Rza küçəsində Bərdə RPŞ-nin İTB-nin polis nəfəri, polis baş serjantı Zərərçəkmiş şəxs2 ilə xidmətdə olan zaman Bərdə RPŞ-nin X2 və Post Patrul Xidmətinə daxil olmuş Bərdə RPŞ-nin Təhqiqat bölməsinin xx.xx.2025-ci il tarixli, 68-1-42602-25 nömrəli raportuna əsasən Şəxs saxlanılmış və o, polis şöbəsinə dəvət olunmuşdur. Şəxs içkili olduğu üçün aqressiv formada onlarla yüksəsk səslə danışaraq içtimai yerdə ətraf kütlənin çox olduğunu görərək ətraf kütlənin diqqətini cəlb etməyə və oradan qaçmağa cəhd göstərmişdir. Onlar Şəxs ictimai yerdə olduğunu və özünü nizam-intizamlı aparmasını xidməti fəaliyyətlərinə mane olmamasını bildirmişlər. Lakin Şəxs onların qanuni tələbinə tabe olmayaraq ictimai yerdə uca səslə ünvansızünvanlı nalayiq ifadələr işlətməyə başlamışdır. Şəxs dəfələrlə nizam-intizama dəvət etsələr də, o öz qanunsuz əməllərini davam etdirmiş və onlara heç bir yerə getməyəcəyini bildirmişdir. Şəxs rayon polis şöbəsinə gətirilən zaman onlara qarşı əl-qol hərəkətləri etmiş, özünü nizam-intizamsız aparmış və qaçmağa cəhd göstərmişdir. Buna görə də onu məcburi olaraq avtomobillə polis şöbəsinə gətirmişlər. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs İXM-in 510 və 535.1-ci mаddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş: xx.xx.2025-ci il tarixli Raportdan görünür ki, Bərdə RPŞ-nin Təhqiqat bölməsinin xx.xx.2025-ci il tarixli, 68-1-42602-25 nömrəli raportuna əsasən Şəxs izahatının alınması ilə bağlı Bərdə rayon polis şöbəsinə gətirilməli olduğundan xx.xx.2025-ci il tarixdə saat 21 radələrində Bərdə RPŞ-nin İTB-nin polis nəfəri, polis baş serjantı Zərərçəkmiş şəxs2 və Bərdə RPŞ-nin İTB-nin polis nəfəri, polis serjantı Zərərçəkmiş şəxs1 tərəfindən Şəxs Bərdə şəhəri, Rəsul Rza küçəsində saxlanılmış və Bərdə RPŞ-nə dəvət olunmuşur. Şəxs aqressiv formada onlarla yüksəsk səslə danışaraq içtimai yerdə ətraf kütlənin çox olduğunu görərək ətraf kütlənin diqqətini cəlb etməyə və oradan qaçmağa cəhd göstərmişdir. Şəxs ictimai yerdə olduğunu və özünü nizam-intizamlı aparmasını xidməti fəaliyyətlərinə mane olmamasını bildirmişlər. Lakin o, polisin qanuni tələbinə tabe olmayaraq ictimai yerdə uca səslə ünvansız-ünvanlı nalayiq ifadələr işlətmişdir. Polislər Şəxs dəfələrlə nizam-intizama dəvət etsələr də, o öz qanunsuz əməllərini davam etdirmiş və heç bir yerə getməyəcəyini bildirmişdir. Polislər Şəxs rayon polis şöbəsinə gətirən zaman o, polis əməkdaşlarına qarşı əl-qol hərəkətləri etmiş, özünü nizam-intizamsız aparmış və qaçmağa cəhd göstərmişdir. xx.xx.2025-ci il tarixli Qərardan görünür ki, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 inizbati iş üzrə icraat material üzrə zərərçəkmiş şəxs qismində tanınmışlar. xx.xx.2025-ci il tarixli, inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə 21:30-da inzibati qaydada tutulmuşdur. Bərdə rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 7(021)-57/2024 saylı qərarından görünür ki, Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(021)-95/2023 saylı hökmü ilə təyin edilmiş 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş məhkum Şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının başqa cəza növü ilə əvəz edilməsi məqsədi ilə hökmün icrası yerinə məcburi gətirilməsi üçün tutulması qərara alınmışdır. AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Şəxs xx.xx.1988-ci il tarixdə Bərdə şəhərində doğulmuşdur, Bərdə şəhəri, Füzuli küçəsi ev 4-də qeydiyyatdadır. xx.xx.2025-ci il tarixli, MN №2405269 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs polis əməkdaşlarına qarşı nalayiq hərəkətlər edərək, polisin qanuni tələblərinə tabe olmamışdır. Beləliklə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta törətməsi özünün etirafı, inzibati xəta törətməsi barədə tərtib olunmuş protokol, həmçinin protokola əlavə edilmiş digər materiallarla təsdiq olunur. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İXM-nin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-nin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi . Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs barəsində daha ciddi inzibati tənbeh hesab edilən həbs tətbiq edilməlidir. Şəxs inzibati həbs tətbiq etməklə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Məhkəmə həmçinin bildirir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə qeyd edilmişdir ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-nin 30.1-ci maddəsinə görə inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İXM-nin 34.1-ci maddəyə görə bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-nin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İXM-nin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Şəxs İXM-in 510 və 535.1-ci mаddələri ilə təqsirli bilinib, bаrəsində 10 (on) gün inzibati tənbeh-həbs tənbehi tətbiq edilməsi оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Məhkəmə hesab edir ki, Şəxs həbsdə saxlanmasının əvvəli xx.xx.2025-ci il tаrixdən, saat 21:30-dan hesablanmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 43,112,114,115,117,128-130-cu maddələrini rəhbər tutub, QƏRARVERDİ: Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, barəsində 10 (on) gün müddətinə inzibati həbs tənbehi tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2025-ci il tаrixdən, saat 21:30-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxil İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Bərdə rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №3(021)-1064/2025
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1064/2025
11.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver