Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1065/2025 12.11.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, X15 protokolu tərtib etmiş Bərdə Rayon Polis X17 X16 patrul Xidməti inspektoru polis baş serjantı X3, barəsində X15 iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X7 iştirakları ilə, xx.xx.1964-cü ildə doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Kəlbəcər rayonu 38 saylı tam orta məktəbin direktoru işləyən, Kəlbəcər rayonu, Keçiliqaya kəndində qeydiyyatda olmaqla Bərdə rayonu Kələntərli qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş X15 materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli İXP seriyalı ******* saylı X15 protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bərdə Rayon Polis Şöbəsinin DYPB-nin yolpatrul xidməti inspektoru polis baş serjantı X6 izahatında bildirdi ki, “VAZ2107 minik” Markalı, avtomobil Bərdə rayonu Kələntərli kəndi ərazisində baş yolda hərəkətdə olarkən barəsində X15 protokol tərtib edilmiş şəxs Şəxs sağ tərəfdən köməkçi yoldan dönmə əməliyyatı edərək “ Vaz 2107” minik markalı avtomobilin qarşısına çıxmış nəticəddə toqquşma baş vermişdir. Şəxs sürücülük hüququnun olmadığı müəyyən edilmişdir. Bundan sonra Şəxs barəsində İXM-nin 332.4-cü maddəsi ilə protokol tərtib edərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan Şəxs izahatında göstərdi ki, özünü təqsirli bilir, idarə etdiyi avtomobil onun adına olsa da etibarnamə ilə oğluna vermişdir. Avtomobili hər zaman oğlu idarə edir. Sürücülük vəsiqəsi yoxdur Hadisə baş verən günü vacib işi olduğundan yaxın məsafəyə getmiş, Bərdə rayonu Alaçadırlı kəndi ərazisindən əsas yoldan dönmək istəyərkən “VAZ2107” markalı avtomobilin uzaq məsafədə olduğunu fikirləşdiyi üçün dönmə əməliyyat edərkən həmin avtomobillə toqquşmuşdur. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə etdiyinə və ehtiyyatsızlıqdan qəza törətdiyinə görə peşmandır.Zərərçəkmiş şəxslə barışmış, dəymiş ziyanı ödəmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X13 izahatında göstərdi ki, idarə etdiyi avtomobillə Bərdə rayonu Kələntərli kəndində hərəkətdə olarkən Şəxsn səhv dönmə əməliyyatı etmiş bu zaman onun idarə etdiyi avtomobil ilə toqquşmuşdur. X4 heç bir şikayət və tələbi yoxdur. Hadisə nəticəsində heç bir bədən xəsarəti almamış avtomobilinə ziyan dəymişdir. Ona dəymiş ziyanın ödənilməsi üçün sənədləri Sığorta şirkətinə göndərilmişdir. İnzibati işin materiallarına istinad: xx.xx.2025-ci il tarixli İXP seriyalı ******* nömrəli X15 Protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İlkin qiymətləndirmə aktının surətindən görünür ki, X9 məxsus “ Mercedes-Benz C200” markalı ** SX *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş ziyan 3580 manat təşkil edilmişdir. Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 1932 nömrəli, 06 noyabr 2025-ci il tarixli aktın surətindən görünür ki, Şəxs sərxoşluq əlamətləri aşkar olunmamışdır. Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 1931 nömrəli, 06 noyabr 2025-ci il tarixli aktın surətindən görünür ki, X1 əlamətləri aşkar olunmamışdır. Məhkəmə X15 protokolu tərtib etmiş Bərdə Rayon Polis X17 X16 patrul Xidməti inspektoru polis baş serjantı X5, barəsində X15 iş üzrə icraat aparılan şəxsŞəxs, zərərçəkmiş şəxs X10 dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, habelə X15 xx.xx.2025-ci il tarixli İXP seriyalı ******* nömrəli protokolla sübuta yetirilir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən İnzibati Xətalar Məcəlləsinin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə-iki yüz manat məbləğində cərimə edilir. 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş X15 icraat materiallarrı ilə tam sübuta yetirilmişdir. Məhkəmə barəsində X15 iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal hesab edir və Şəxs məsuliyyətini ağırlaşdıran hər hansı hal aşkar edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən səmimi peşman olmasını və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206, 360,362-365,425,430-432-ci maddələrini rəhbər tutaraq QƏRARALDİ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib, barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti inzibati xəta törətmiş, zərərəçəkmiş şəxs və protokol tərtib edən şəxsə göndərilsin. Qərarın icrası Bərdə Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №3(021)-1065/2025
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1065/2025
12.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver