Məhkəmə qərarları › İş №3(021)-1069/2025

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1069/2025

17.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1069/2025 17.11.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, X2 iclas katibliyi, Bərdə rayon Yol patrul xidməti baş inspektoru polis leytenantı X4, zərərçəkmiş şəxs X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirаkları ilə, Ş/V: AA*******, xx.xx.1989-cu ildə Bərdə rayonu, Mollaisalar kəndində doğulmuşdur, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bərdə rayonu, Kolayır Ərazi Dairəsinin Mollaisalar kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.4-cü mаddələrində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs xx.xx.2025-ci il tarixdə, saat 15:30 radələrində Bərdə şəhəri, H.Əliyev prospektində VAZ 2106 minik markalı ** BT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi arxadan düzünə hərəkətdə olan İJ minik markalı ** TN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin gözləmədən yolun ehtiyat hissəsindən baş yolu keçərək əks istiqamətli yolda geriyə dönüş edərkən həmin nəqliyyat vasitəsi ilə toqquşaraq yol nəqliyyat hadisəsi törətmiş və hadisə nəticədə nəqliyyat vasitələrinə maddi ziyan vurmuşdur. Bərdə rayon polis şöbəsində xx.xx.2025-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.4-cü mаddələri ilə nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinərək, barəsində inzibati xəta haqqında İXP ******* saylı prоtоkоl tərtib оlunаrаq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Bərdə rayon Yol patrul xidməti baş inspektoru polis leytenantı X4 protokolu müdafiə edərək ifadəsində göstərdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 15:30 radələrində Bərdə şəhəri, H.Əliyev prospektində VAZ 2106 minik markalı ** BT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yolun sağ ehtiyat hissəsindən baş yolu keçərək əks istiqamətli yolda geriyə dönüş edərkən baş yolda hərəkətdə olan X3 idarə etdiyi İJ minik markalı ** TN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs yol hərəkət nişanlarının tələblərini pozaraq yol nəqliyyat hadisəsini törətmişdir. Buna görə də Şəxs barəsində xx.xx.2025-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.4-cü mаddələri ilə protokol tərtib edilmişdir. X1 xx.xx.2025-ci il tarixdə, saat 15:30 radələrində Bərdə şəhəri, H.Əliyev prospektində İJ 27175 yük markalı ** TN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etdiyinə görə tərəfindən barəsində xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 200 manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilmişdir. Məhkəmə iclasında inzibati xəta törətməkdə təqsirləndirilən Şəxs ifadəsində göstərdi ki, xx.xx.2025-ci il tarixdə, saat 15:30 radələrində Bərdə şəhəri, H.Əliyev prospektində istifadəsində olan VAZ 2106 minik markalı ** BT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yolun sağından soluna keçrərək oradan əks yola çıxaraq geriyə dönüş edərkən arxadan hərəkətdə olan X3 idarə etdiyi İJ minik markalı ** TN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı nəqliyyat vasitəsində tək olmuşdur və heç bir xəsarət almamışdır. X1 nəqliyyat vasitəsində tək olmuşdur və heç bir xəsarət almamışdır. Onun və X3 idarə etdiyi nəqliyyat vasitələrinə maddi ziyan dəymişdir. Əməlindən peşmandır, nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, xx.xx.2025-ci il tarixdə, saat 15:30 radələrində Bərdə şəhəri, H.Əliyev prospektində İJ minik markalı ** TN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə düzünə Ağdam istiqamətində hərəkətdə olarkən yolun sağında olan Şəxs idarə etdiyi VAZ 2106 minik markalı ** BT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi onu gözləməyərək önünə çıxmış və onun idarə etdiyi nəqliyyat vasitəsinin sağ ön hissəsi Şəxs idarə etdiyi VAZ 2106 minik markalı ** BT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin arxa sol hissəsindən dəyərək toqquşmuşdur. Yol nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsində tək olmuşdur və heç bir xəsarət almamışdır. Həmçinin Şəxs nəqliyyat vasitəsində tək olmuşdur və heç bir xəsarət almamışdır. Onun və Şəxs idarə etdiyi nəqliyyat vasitələrinə maddi ziyan dəymişdir. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmamışdır. Buna görə də barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və inzbati qaydada 200 manat cərimə olunmuşdur. Əməlindən peşmandır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.4-cü mаddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Belə ki, inzibаti xəta haqqında işin mаteriаllarına əlаvə edilmiş: Bərdə rayon X10 patrul xidməti inspektoru polis serjantı X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 15:30 radələrində Bərdə şəhəri, H.Əliyev prospektində VAZ 2106 minik markalı ** BT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi arxadan düzünə hərəkətdə olan İJ minik markalı ** TN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin gözləmədən yolun ehtiyat hissəsindən baş yolu keçərək geriyə dönüş edərkən həmin nəqliyyat vasitəsi ilə toqquşaraq yol nəqliyyat hadisəsi törətmiş və hadisə nəticədə nəqliyyat vasitələrinə maddi ziyan vurmuşdur. Bərdə rayon X10 patrul xidməti baş inspektoru polis leytenentı X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 xx.xx.2025-ci il tarixdə, saat 15:30 radələrində Bərdə şəhəri, H.Əliyev prospektində İJ 27175 yük markalı ** TN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etmişdir. AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, xx.xx.1989cu ildə Bərdə rayonu, Mollaisalar kəndində doğulmuşdur, Bərdə rayonu, Kolayır Ərazi Dairəsinin Mollaisalar kəndində qeydiyyatdadır və yaşayır. AA0149287 seriya və nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, X6 xx.xx.1992-ci ildə Bərdə şəhərində doğulmuşdur, Bərdə rayonu, Mollalı Ərazi Dairəsinin Mollalı kəndində qeydiyyatdadır və yaşayır. xx.xx.2025-ci il tarixli İlkin qiymətləndirmə aktıdan görünür ki, İJ minik markalı ** TN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitsəinə cəmi 644 manat məbləğində maddi ziyan dəymişdir. xx.xx.2025-ci il tarixli, 1919 saylı Sərxoşluq vəziyyətinin tibbi müayinəsi Aktından görünür ki, Şəxs hadisə zamanı alkoqollu içki qəbul etməmişdir. xx.xx.2025-ci il tarixli, 1918 saylı Sərxoşluq vəziyyətinin tibbi müayinəsi Aktından görünür ki, X6 hadisə zamanı alkoqollu içki qəbul etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.2.-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görəyüz manat məbləğində cərimə edilir. İXM-nin 332.4.-cü maddəsinə əsasən Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 15:30 radələrində Bərdə şəhəri, H.Əliyev prospektində VAZ 2106 minik markalı ** BT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi arxadan düzünə hərəkətdə olan İJ minik markalı ** TN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin gözləmədən yolun ehtiyat hissəsindən baş yolu keçərək əks istiqamətli yolda geriyə dönüş edərkən həmin nəqliyyat vasitəsi ilə toqquşaraq yol nəqliyyat hadisəsi törətmiş və hadisə nəticədə nəqliyyat vasitələrinə maddi ziyan vurmuşdur. Belə olan halda inzibati xəta törədən şəxs Şəxs İXM-in 327.2 və 332.4cü mаddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаnın xаrаkterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, onun barəsində inzibati cərimə tənbehi tətbiq edilməlidir. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə həmçinin bildirir ki, İXM-in 31.4-1-ci maddəsinə qeyd edilmişdir ki, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İXM-in 34.1-ci maddəyə görə bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-nin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Belə olan halda, məhkəmə belə qənaətə gəlir ki, Şəxs İXM-in 327.2 və 332.4-cü mаddələri ilə təqsirli bilinib, bаrəsində 500 manat məbləğində inzibati cərimə tənbeh növünün tətbiq edilməsi ilə оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Göstərilənlərə əsаsən və İXM-in 43, 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.4-cü mаddələri ilə təqsirli bilinib barəsində 500 (beş yüz) manat məbləğində inzibаti cərimə tənbehi tətbiq edilsin. Qərаrın icrаsı Bərdə rаyоn İcra və Probasiya şöbəsinə həvаlə edilsin. Qərаrın surəti inzibаti xətа törətmiş şəxsə, protokol tərtib edən şəxsə və zərərçəkmiş şəxslərə göndərilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hаkim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar