Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-1071/2025 19.11.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Məhərrəmov Bayram Yusif oğlu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət X4 19 sentyabr 2025-ci il tarixli qərardan və onun əsasında verilmiş EQ30801019 saylı protokoldan X3 tərəfindən verilmiş şikayəti nəzərdən keçirib MÜƏYYƏNETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət X4 19 sentyabr 2025-ci il tarixli qərardan və onun əsasında verilmiş EQ30801019 saylı protokolin qanunsuz hesab edilərək ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, **-ED-*** dövlət qeydiyyat nişanlı “Toyota” Land Cruiser markalı avtomaşın onun mülkiyyətindədirt. 29 sentyabr 2025-ci il tarixdə saat 15:17 radələrində Bakı-ƏLət Gürcüstan yolunda avtomaşını idarə edərkən o sürücülük üçün etibarnamə verdiyi Quliyev Ceyhun Vəkil oğlunun adına cərimə İXM-nin 328.1-ci maddəsi ilə cərimə tətbiq olunmuşdur.C.Quliyevin sürücülük hüququnun məhdudlaşdırıldığını bildiyi üçün həmin şəxsə avtomobili idarə edilməsi üçün verməmişdir. Hesab edir ki, tərtib edilmiş protokol əsassız və qeyri-obyektivdir. Belə ki, həmin müddətdə avtomaşını özü idarə etmiş və bu kamera görüntülərində öz əksini tapmışdır. Lakin səhvən onun mülkiyyətində olan avtomaşına sürmək üçün etibarnamə verdiyi Quliyev Ceyhun Vəkil oğlunun adına elektron protokol tərtib edilmişdir.Ceyhun Quliyevin barəsində tərtib edilmiş cərimə qanunauyğun deyildir. Belə ki,avtomaşını o özü idarə etmiş, sadəcə olaraq sürücülük barədə etibarnamə C.Qulioyevin adına olduğundan protokol qərəzli şəkildə onun adına rəsmiləşdirilmişdir. Buna görə də həmin protokol əsassız hesab edilməli və inzibati xəta törətmiş və mülkiyyətçi tərəfindən avtomobili idarə etmiş Qalib Həsənovun adına protokol rəsmiləşdirilməlidir.Tərtib edilmiş inzibati protokol qərəzli tərtib edilməklə qanunsuzdur. Ona görə də ləğv edilməlidir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin 20 sentyabr 2025-ci il tarixli, EQ30801019 nömrəli elektron qərarından görünür ki, Quliyev Ceyhun Vəkil oğlu 19 sentyabr 20205-ci il tarixdə saat 15:17 radələrində idarə etdiyi “X6 minik” markalı 99 ED929 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 400 manat məbləğində inzibati qaydada cərimə növündə tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. X3 şikayət ərizəsində göstərmişdir ki, nəqliyyat vasitəsi onun mülkiyyətindədir. Lakin ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, inzibati tənbeh vermə haqqında qərar Quliyev Ceyhun Vəkil oğlu barəsində qəbul edilmişdir. Göstərilənlərə əsasən X1 qərardan şikayət vermə hüququ qanunvericilikdə nəzərdə tutulmadığından, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 109, 128-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin 20 sentyabr 2025ci il tarixli EQ30801019 saylı qərarından X3 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №3(021)-1071/2025
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-1071/2025
19.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver