Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1072/2025 18.11.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi Səfərova Nərmin Pənah qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X1, müdafiəçi X2, inzibati barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Laçın rayonu, Zağalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Bərdə rayonu Soğanverdilər kəndində qeydiyyatda olan Şəxs barəsində Bərdə Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM) 528.1-ci maddəsinə əsasən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə Rayon İcra və Probasiya Şöbəsi tərəfindən 18 noyabr 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında prоtоkоl tərtib оlunаrаq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 izahatında bildirdi ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008) 2702/2025 saylı, 27 avqust 2025-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs iddiaçı X6 ilə cavabdeh Şəxs birgə nikahından doğulmuş xx.xx.2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq X5 xeyrinə hər ay ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0,62 misli sonrakı artımlara nəzərə alınaraq aliment tutulmuşdur. Borcluya icraata başlama haqqında qərar, tələbin könüllü icra olunması barədə bildiriş və xəbərdarlıq göndərilmiş, lakin borclu həmin ünvanda yaşamadığından bildiriş geri qayıtmış, borclu birinci nikahından olan uşaqlarına ödəməli olduğu alimenti ödəmədiyindən barsəində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işi açılmış, borclu axtarışa verilmiş, İcra və probasiya Şöbəsi tərəfindən də borclu barəsində axtarış elan edilmiş bundan sonra borclu tutularaq İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Buna görə də onun barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə verilmişdir. Borclunun barəsində İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati tənbeh tədbiri barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, birinci nikahından olan oğlunun və tələbkar X6 ilə birgə nikahlarından olan qızı Zəhra Əsədovanın saxlanması üçün ondan aliment tutulmasına dair məhkəmə qətnamələri olsa da maddi imkanı olmadığından aliment borcunu ödəyə bilməmişdir. Sonradan tələbkarla yenidən barışaraq bir yerdə yaşamış, həmin dövrdə Yusif adlı uşaqları anadan olmuşdur.Birlikdə yaşadıqları dövrdə tələbkar Bərdə rayon İcra və Probasiya Şöbəsinə ərizə vermədiyindən qızı Zəhranın saxıanması üçün aliment borcu yığılmışdır. Daha sonra yenidən ayrılmışlar. Bir ildir ayrı yaşayırlar. Tələbkarla nikahlarının pozulması və oğlu Yusifin saxlanması üçün ondan aliment tutulması barədə məhkəmə qətnaməsi olması barədə məlumatı olmamışdır. Məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs İXM-in 528.1-ci mаddəsində nəzərdə tutulan inzibati xətanı törətətməsi sübuta yetirilmədiyindən iş üzrə icraata xitam verilməlidir. İnzibati işin materiallarına istinad: İnzibаti işin mаteriаllarına əlаvə edilmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008) 2702/2025 saylı, 27 avqust 2025-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs iddiaçı X6 ilə cavabdeh Şəxs birgə nikahından doğulmuş xx.xx.2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq X5 xeyrinə hər ay ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0,62 misli sonrakı artımlara nəzərə alınaraq aliment ödənilməlidir. İnzibati işin materiallarına əlavə edilmiş 10 sentyabr 2025-ci il tarixli icraata başlamaq haqqında qərardan və tələbin könüllü ödənilməsi haqqında bildirişdən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008) 2702/2025 saylı, 27 avqust 2025-ci il tarixli icra vərəqəsi üzrə borclu Şəxs borcu könüllü ödəməsi üçün 10 gün müddət verilmişdir. Bildiriş borclu tərəfindən 18.11. 2025-ci il tarixdə qəbul edilmişdir. İnzibati iş materiallarına əlavə edilmiş 11 noyabr 2025-ci il tarixli aktdan görünür ki, icra məmuru borclu Şəxs yaşadığı ünvanda olmuş, həmin vaxt Şəxs ünvanda olmadığı əmlakla bağlı baxış keçirlən zaman isə tələbin yönəldilə biləcək əmlakı olmadığı məlum olmuşdur. İnzibati işin materiallarına əlavə edilmiş 28 oktyabr 2025-ci il tarixli borlcunun axtarılması haqqında qərardan görünür ki, Şəxs barəsində axtariş elan edilmişdir. İnzibаti işin mаteriаllarına əlаvə edilmiş Bərdə rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş 18 noyabr 2025-ci il tarixli MN ******* nömrəli protokolda göstərilmişdir ki, borclu Şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 2702/2025 saylı, 27 avqust 2025-ci il tarixli icra sənədinə əsasən qərarına əsasən 2282 manat aliment borcu yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 110.1-ci maddəsinə əasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin maddəyə görə, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını və inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsi üzrə təqsiri sübuta yetirilmir. Belə ki, məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxsin, icra məmurunun izahatları əsasında, o cümlədən, məhkəməyə təqdim edilmiş icra işində olan sənədlərlə Şəxs icra sənədi üzrə tələbin könüllü icra olunması barədə bildirişi alması və icra sənədi üzrə borclu qərəzli şəkildə icra etməməsi, həmin qərarın icrasından yayınmasını təsdiq edən hər hansı sübut məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra vərəqəsinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən həmin hərəkətləri etməsini təsdiq edən hər hansı hal öz təsdiqini tapmadığından Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilməlidir. Göstərilənlərə əsаsən və İXM-in 112, 114, 128-130-cu mаddələrini rəhbər tutаrаq məhkəmə, Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata əməlində inzibati xətanın tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №3(021)-1072/2025
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1072/2025
18.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver