Məhkəmə qərarları › İş №3(021)-1073/2025

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-1073/2025

19.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-1073/2025 19.11.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, Camalzadə Cəmilə Rüstəm qızının katibliyi, ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin X6 Xidmətinin 29 oktyabr 2025ci il tarixli, MN1820862 saylı qərarından X3 tərəfindən verilmiş şikayəti nəzərdən keçirib MÜƏYYƏNETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin X6 Xidmətinin 29 oktyabr 2025-ci il tarixli, MN1820862 saylı qərarının ləğv edilməsinə və inzibati məsuliyyətdən azad edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş X6 İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən miqrasiya xidməti müşaviri X7 tərəfindən tərib edilmiş 29 oktyabr 2025-ci il tarixli, MN1820862 nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X3 barəsində Azərbaycan Respublikasının İXM-nin 578.1-ci maddəsi ilə 3000 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 130.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. 130.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. X1 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin X6 Xidmətinin 29 oktyabr 2025-ci il tarixli, MN1820862 saylı qərarından şikayətin verilməsi üçün prosessual müddəti ötürmüşdür. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsində nəzərdə tutulmuş şikayət vermə müddəti buraxıldığından və buraxılmış müddətin üzrlü sayılmasına dair vəsatət verilmədiyindən şikayət ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalı, şikayətçiyə üzrlü səbəblər olduqda müddətin bərpası barədə vəsatətlə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin X6 Xidmətinin 29 oktyabr 2025-ci il tarixli, MN1820862 saylı qərarından şikayət verilməsi üçün qanunvericilikdə 10 günlük müddət müəyyən edilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsini rəhbər tutaraq QƏRARAALDİ: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin X6 Xidmətinin 29 oktyabr 2025ci il tarixli, MN1820862 saylı qərarından X3 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. X2 üzrlü səbəblər olduqda müddətin bərpası barədə vəsatətlə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar