Məhkəmə qərarları › İş №3(021)-1076/2025

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1076/2025

19.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1076/2025 19.11.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X8 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Cəlilzadə Mehran Anar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs-Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, zərərçəkmiş şəxs X1 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1961-cı ildə Kəlbəcər rayonu Zülfüqarlı kəndində anadan olmuş, orta təhsilli, evli, işləməyən, Kəlbəcər rayonu Zülfüqarlı kəndində qeydiyyatda olan və Bərdə şəhəri S.Vurğun küçəsi ev 5/10-da yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM) 528.1-1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: Bərdə Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(104)-722/2024 saylı icra sənədi üzrə borclu Şəxs tələbkar X1 xeyrinə 24500 manat məbləğində pul ödəməli olduğu halda, borclu icra sənədi üzrə tələbi təmin etməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 göstərdi ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(104)-722/2024 saylı icra vərəqəsinə əsasən Şəxs 25500 manat məbləğində pul alınaraq tələbkar Səfurə İsmayılovaya ödənilməlidir. Borclu icra sənədi üzrə cəmi 1000 manat ödəniş etmiş, hazırda 24500 manat borcu qalmışdır. Sonuncu borcunu ödəmədiyindən Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Şəxs Bərdə Rayon İcra və Probasiya Şöbəsinə dəvət edilərək icra sənədi üzrə borcunu ödəməsi tələb edilsə də, borcunu ödəməkdən yayınmış, qanuni tələblərinə məhəl qoymamışdır. 19 noyabr 2025-ci il tarixdə saat 1430-da Şəxs Bərdə Rayon İcra və Probasiya Şöbəsinə dəvət edilmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs əmlak vəziyyəti yoxlanılmış və üzərinə həbs qoyula biləcək əmlakı aşkar edilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 göstərdi ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(104)-722/2024 saylı icra vərəqəsinə əsasən Şəxs 25500 manat məbləğində pul alınaraq ona ödənilməlidir. Keçən müddət ərzində Şəxs ona cəmi 1000 manat ödəniş etmiş, 24500 manat borcu qalmışdır. Pulunun tam şəkildə ödənilməsi, əks halda Şəxs barəsində inzibati qaydada tədbir görülməsini və ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törətmiş şəxs Şəxs izahat verərək göstərdi ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən X3 25500 manat məbləğində pul ödəməlidir. Borclu olduğu puldan 1000 manat ödəmiş, 24500 manat borcu qalmışdır. Öz mülkiyyətində olmasa da, obyektləri var, həmin obyektləri satdıqdan sonra borcunu ödəyə bilər. Borcunu ödəmədiyindən 19 noyabr 2025ci il tarixdə saat 1430 radələrində icra məmuru tərəfindən Bərdə Rayon İcra və Probasiya Şöbəsinə dəvət edilmiş, barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə gətirilmişdir. Barəsində inzibati qaydada tədbir görülərkən göstərdiklərinin nəzərə alınmasını xahiş edir. İş materiallarında olan: Gəncə Apellyasiya Məhkəməsinin 03 aprel 2024-cü il tarixli 2(104)-722/2024 saylı icra vərəqəsindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-3235/2023 saylı qətnaməsinin ləğv edilməsi və yeni qətnamənin çıxarılması, iddianın qismən təmin edilməsi, cavabdeh Şəxs 25500 manat pulun tutularaq iddiaçı X3 verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 “İcraata başlamaq haqqında” xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(104)-722/2024 saylı icra vərəqəsi üzrə icraata başlanılması, borclu Şəxs borcunu 10 gün müddətində könüllü icra etməsi, icranı könüllü icra etmədikdən məcburi icra tədbirləri görülməsi qərara alınmışdır. “Tələbin könüllü icrası haqqında” 19 noyabr 2024-cü il tarixli e340795/2024-43-15- 003 nömrəli bildirişdən görünür ki, Şəxs Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(104)-722/2024 saylı icra sənədində göstərilən tələbi 10 gün müddətində könüllü icra etməsi xahiş olunmuş, bu müddət ərzində tələbi üzürsüz səbəbdən icra etmədikdə, icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı barədə məlumatlandırılmışdır. -Qeyd olunan bildiriş xx.xx.2024-cü il tarixdə Şəxs bildirişə imza etdirilməklə şəxsən təqdim olunmuşdur. Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(021)-53/2025 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilməsi, məhkəmə iclas zalından dərhal həbsə alınması, inzibati həbs etmənin əvvəlinin 22 yanvar 2025-ci il tarixdən saat 15:40-dan hesablanması qərara alınmışdır. xx.xx.2025-ci il tarixli e340795/2024-43-15-008 saylı xəbərdarlıqdan görünür ki, Şəxs borcunu ödəmədiyinə görə ona xəbərdarlıqlar olunmuş, inzibati və cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -Qeyd olunan xəbərdarlıq xx.xx.2025-ci il tarixdə Şəxs xəbərdarlığa imza etdirilməklə şəxsən təqdim olunmuşdur. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxsin və Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında 19 noyabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol və digər sübutlarla təsdiq edilir. İXM-nin: 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə görə, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edildi ki, Gəncə Apellyasiya Məhkəməsinin 03 aprel 2024-cü il tarixli 2(104)-722/2024 saylı icra vərəqəsinə əsasən Şəxs 25500 manat məbləğində pul alınaraq tələbkar X3 ödənilməli olduğu halda, borcundan cəmi 1000 manat ödəmiş, qalan borcunu ödəməmiş, borcunu ödəməkdən yayınmışdır. Şəxs icra məmurunun qanuni tələbinə əməl etmədiyinə görə xx.xx.2025-ci il tarixdə inzibati məsuliyyətə cəlb edilməsinə baxmayaraq, tələbkara olan borcunu ödəməmişdir. Nəticədə icra sənədi uzun müddət ərzində icrasız qalmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Şəxs həbs növündə inzibati tənbeh tətbiq edilməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. İXM-nin: 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, bütün bunlarla yanaşı icra sənədi üzrə ödənilməyən məbləğin 24500 manat olmaqla, kifayət qədər çox olmasını nəzərə alır. İXM-nin 30.3-cü maddəsinə görə, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs 19 noyabr 2025-ci ildə saat 1430-da tutulmuşdur. Ona görə də məhkəmə hesab edir ki, inzibati həbs etmənin başlanğıcı 19 noyabr 2025-ci il saat 1430-dan hesablanmalıdır. Qərarın icrası Bərdə Rayon Polis Şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin başlanğıcı 19 noyabr 2025-ci il saat 1430-dan hesablansın. Qərarın icrası Bərdə Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar