Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-109/2025 04.03.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, Bərdə rayon İcra və probasiya şöbəsinin icra məmuru X2, İcra sənədi üzrə tələbkar Brand Credit BOKT MMC-nin etibarnamə üzrə nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1990-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, evli, fərdi əməklə məşğul olan, Bərdə rayonu Şatırlı ərazi dairəsi Nazırlı kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ Bərdə rayon İcra və Probasiya şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, icra sənədi üzrə Şəxs Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cu il tarixli 2(021)-4140/2023 saylı icra sənədinə əsasən borclunun tələbkara 5105 manat məbləğində kredit borcu yaranmış və o, borcu ödəməyərək Azərbaycan Respublikasının İXM-nin 528.1–ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Borclu icra sənədi üzrə tələbi təmin etməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında Bərdə rayon İcra və probasiya şöbəsinin icra məmuru X4 göstərdi ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cu il tarixli 2(021)-4140/2023 saylı icra sənədinə əsasən borclunun tələbkara 5105 manat məbləğində kredit borcu yaranmışdır. Borclu icra sənədi üzrə tələbi təmin etməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir Barəsində qanunamüvafiq tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, borcu ödəməkdən boyun qaçırmır. O icra sənədi barəsində bugün məlumatlı olmuşdur. O, əvvəllər icra şöbəsində olmamışdır. Onun tərəfindən icra materiallarına əlavə olunmuş sənədlər bugün imzalanmışdır. Məhkəmədən ona köməklik göstərilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, icra sənədi üzrə tələbkarın, icra məmurunun izahatını dinləyib və inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs təqsirliliyi sübuta yetirilmədiyindən icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-cü il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cu il tarixli 2(021)-4140/2023 saylı icra vərəqəsinə əsasən Şəxs 5105 manat məbləğində kredit borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş məlumat vərəqindən görünür ki, Bərdə rayon Məhkəməsinin xx.xx.2024-cu il tarixli 2(021)-126/2024saylı qərardadına əsasən borclu Şəxs ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cu il tarixli 2(021)-4140/2023 saylı Bərdə rayon Məhkəməsinin icra vərəqəsinə əsasən, cavabdeh Şəxs 4700 manat əsas borc, 335.11 manat faiz borcu olmaqla, ümumlikdə 5035.11 manat kredit borcu və ödənilmiş 70 manat dövlət rüsumu tutularaq iddiaçı rüsumu kimi ödənilmiş 20 manat pul alınaraq iddiaçı Brand Credit BOKT-yə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Şəxs tələbin könüllü icrası haqqında bildirişdən görünür ki ona 10 gün müddətinə icra tələbinin icra edilməsi barədə bildiriş göndərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, icraat zamanı borclu Şəxs "xxxx"MMC -də işlədiyi və 600 manat əmək haqqı aldığı müəyyən edilmişdir. Tələbi, yəni 5105 manat borc pul məbləğini borclu Şəxs əmək haqqının hər ay 50%-nə yönəldilərək tutulub tələbkar BOKT "xxxx" MMC-nin bank hesabına ödənilməsini, həmçinin "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən ümumi borcun 7%-i həcmində icra ödənişi 357,35 manat pul vəsaitini Bərdə rayon İcra və probasiya şöbəsinin məktuba əlavə edilmiş hesablaşma hesabına köçürülməsinin təmin olunması xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Bərdə rayon İcra və probasiya şöbəsi tərəfindən xx.xx.1990-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, subay, Bərdə rayonu Şatırlı ərazi dairəsi Nazırlı kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, borclunun yaşadığı Bərdə rayonu Şatırlı ərazi dairəsi Nazırlı kəndində yerləşən ünvanına baxış keçirilmiş, borclunu həmin ünvanda tapmaq mümkün olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə istinadən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər-hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, iş materiallarına və tərəflərin izahatına əsasən müəyyən olunur ki, borclu Şəxs icra sənədi üzrə müəyyən olunmuş borcu ödəməkdən qərəzli olaraq boyun qaçırmır. Məhkəmə göstərilən xüsusatlardan yanaşaraq hesab edir ki, borclu icra sənədinin icrası ilə icra məmurunun qanuni tələblərindən yayınmamış, inzibati xəta haqqında protokola baxılan zaman onun icra sənədinin icrası ilə bağlı icra şöbəsində olmadığı, tələbin könüllü icrası barədə bildirişi almadığı müəyyən olunmuşdur. Bundan başqa, borclu X3 tələbin könüllü icrası barədə bildirişi bugün aldığını, lakin səhvən xx.xx.2024-cü il tarixi qeyd etdiyini bildirmişdir. Göstərlən hal məhkəmə iclasında icra məmuru tərəfindən təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, tələbin könüllü icrası barədə müddət tamamlanmadığından borclunun icra sənədinin icrasına dair qərəzliliyi və təqsirliliyi sübut olunmur. Göstərilən səbəbdən inzibati xətalar haqqında işlər üzrə başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ
1. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməyərək, İXM-nin 53.2-ci maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyindən inzibati xətalar haqqında işlər üzrə başlanmış icraata xitam verilsin.
2. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Ziya Abdullayev