Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1090/2025 25.11.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, X1 iclas katibliyi, protokolu tərtib etmiş şəxs Bərdə rayon polis şöbəsinin İTB-nin sahə rəisi X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirаkları ilə, AA*******, xx.xx.1984-cü il tarixdə Ağdam rayonunda doğulmuşdur, Ağdam rayonu, Qiyaslı Ərazi Dairəsinin Qiyaslı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci mаddəsi ilə Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, M ü ə y y ə n e t d i: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Bərdə rayon Polis Şöbəsində 25 noyabr 2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Protokol tərtib etmiş şəxs Bərdə RPŞ-nin İTB-nin sahə rəisi X2 məhkəmə iclasında izahat verərək göstərdi ki, Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli müraciəti əsasında toplanmış materialda cinayət faktı aşkar edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyətə cəlb olunması üçün qəbul edilmiş qərarın surəti Bərdə RPŞ-nin İTB-nə verilmişdir. Bundan sonra tərəfləri çağıraraq izahatlarını almış və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə protokol tərtib edərək məhkəməyə gətirmişdir. Həmçinin bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törtədiyi əməli etiraf etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərdi ki, Zərərçəkmiş şəxs ilə boşanmaları üçün Mediasiya Təşkilatına müraciət etmişdir. Bununla bağlı yaşadıqları evdə olan zaman arvadı Zərərçəkmiş şəxs ilə aralarında mübahisə olmuş, mübahisə zamanı Ayşənin qolundan vurmuşdur. Ayşən ekspert rəyində göstərilən xəsarətləri onu zarafatla bədənin müxtəlif yerlərini çimdiklədiyi zaman almışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, Şəxs ilə evlidir, 2 azyaşlı uşaqları vardır. Şəxs işləmədiyindən ailəsinin maddi tələbatlarını ödəməmişdir. xx.xx.2025-ci il tarixdə evdə olduqları vaxt Şəxs televizorda verlişə baxdıqdan sonar azyaşlı uşaqlarının ona bənzəmədiyini və uşaqların ondan olmadığını iddia edərək onunla mübahisə etmiş, Tacir ona şər atdığı üçün Tacirə ondan boşanacağını bildirmişdir. Bir neçə gün sonra Tacir evə sərxoş halda gələrək uşaqlarıda götürüb ata evinə getməsini ona bildirmişdir. Aralarında bunla əlaqədar mübahisə olmuş, sakit durduğu yedə Şəxs üstünə hücum edərək onu yumruq və təpiklə döymüşdür. Sonra xx.xx.2025-ci il tarixdə Şəxs ilə aralarında yenidən mübahisə olmuş, uşaqları ilə birgə Bərdə rayon polis şöbəsinə gələrək Şəxs şikayət ərizəsi vermiş və ekspert müayinəsindən keçmişdir. Xəsarətləri ekspert rəyində qeyd edilmişdir. Məhkəmədən Şəxs onu döydüyünə görə barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iş üzrə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış materiallarla tam sübuta yetir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş Bərdə Rayon Polis Şöbəsinin “cinayət işinin başlnmasının rədd olunması” haqqında 23 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, ünvan 1 ünvanda yaşayan Zərərçəkmiş şəxs xx.xx.2025- ci il tarixdə Bərdə rayon polis şöbəsinə ərizə ilə müraciət edərək 2-3 gün əvvəl yaşadıqları evdə olduğu vaxt Şəxs onu döyməsini göstərməklə sonuncunun barəsində tədbir görülməsini xahiş etmişdir. Həmin müraciət Bərdə RPŞ-nin törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabında HK-1-4111-ci sırasında qeydiyyata alınaraq araşdırma aparılmış, toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Bərdə rayon polis şöbəsinin istintaq təhqiqat bölməsinə göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA ETT Birliyinin Bərdə rayon şöbəsi tərəfindən verilmiş, məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 903 saylı ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş – sağ bazunun yuxarı 1/3-nin bayır səthinin, sol baldırın orta və aşağı 1/3-nin ön səthlərinin qançırları, bel nahiyyəsinin qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti sağ bazunun yuxarı 1/3-nin bayır səthinin, sol baldırın orta və aşağı 1/3-nin ön səthlərinin qançırları zərərçəkənin göstərdiyi müayindən 2-3 gün əvvələ, yəni xx.xx.2025-ci il tarixə, bel nahiyyəsinin qançırları isə 1 gün əvvələ yəni xx.xx.2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Bərdə rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(021)-81/2025 saylı qərarında görünür ki, Şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Şəxs xx.xx.1984-cü il tarixdə Ağdam rayonunda doğulmuşdur, Ağdam rayonu, Qiyaslı Ərazi Dairəsinin Qiyaslı kəndində qeydiyyatdadır. AB******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.1990-cı ildə doğulmuşdur. İnzibati iş üzrə zərərçəkmiş şəxs kimi tanınma haqqında Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi X2 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs inzibati icraat materialı üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə yaşadıqları ünvan 1 ünvanda aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı Məmmədov Şəxs Ayşən Kamal qızını döymüşdür. Həmin şəxslər arasında olan dava şəxsi münasibətlər zəmnində baş vermiş, qısa müddətli olmuş, oraya kənar şəxslər gəlməmiş, heç bir xuliqanlıq hərəkətləri edilməmiş və həmin vaxt ictimai qayda kobud surətdə pozulmamışdır. Sözügedən şəxslər arasında olan dava-dalaş şəxsi münasibətlər zəminində yaranmış və qısa müddət ərzində davam etmişdir. Şəxs əməlində xuliqanlıq cinayətinin tərkibi olmadığından barəsində həmin xüsusat üzrə cinayət işinin başlanması rədd olunmuşdur. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Bərdə RPŞ-nin İTB-nə verilmişdir. Bərdə RPŞ-nin İTB-nin sahə rəisi X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN №2405321 nömrəli protokolda göstərilmişdir ki, Məmmədov Şəxs Ayşən Kamal qızını döymüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, Şəxs 10 oktyabr 2025-ci il tarixdə şəxsi münasibətlər zəmnində aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs döyərək sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibati xətanın xarakterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs barəsində daha ciddi inzibati tənbeh hesab edilən həbs tətbiq edilməlidir. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-nin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmçinin, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015ci il 5 mart tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, inzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə repressiv (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. Çünki səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterli məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati xətalar qanunvericiliyi (inzibati-delikt hüququ) təbiətinə görə cinayət qanunvericiliyinə daha yaxındır. Bu hüquq sahələri müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəliliyi dərəcəsinə görə fərqlənir. İnzibati-delikt normalarının cinayət qanunvericiliyi normalarından fərqi birincinin nisbətən yüngül ictimai təhlükəli əməlləri qadağan etməsi ilə əlaqədardır. İXM-nin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Bundan başqa, məhkəmə cəza təyin edən zaman inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin qeyd olunan əməlin cəmiyyətdə yaratdığı mənfi rezonansı da nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə həmçinin bildirir ki, İXM-in 31.4-cü maddəsinə qeyd edilmişdir ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Belə olan halda, İXM-in 157-ci maddəsinin sanksiyasında iki ayadək müddətə inzibati həbs tətbiqi nəzərdə tutulduğundan məhkəmə belə qənaətə gəlir ki, Şəxs İXM-in 157-ci mаddəsi ilə təqsirli bilinib, bаrəsində 15 (on beş) gün müddətinə inzibаti həbs tənbehi tətbiq edilməsi оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. İXM-in 30.3-cü mаddəsuinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Buna görə də Şəxs inzibati həbsdə saxlamanın əvvəli 25 noyabr 2025-ci il tаrixdən, saat 19:15–dən hesablanmalıdır. Göstərilənlərə əsasən və İXM-in 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci mаddəsi ilə təqsirli bilinib barəsində 15 (on beş) gün müddətinə inzibаti tənbeh-həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 25 noyabr 2025-ci il tаrixdən, saat 19:15–dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxil İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərаrın surəti rəsmi аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №3(021)-1090/2025
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1090/2025
25.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver