Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1094/2021 08.09.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Kərimov Əyyub Vaqif oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 iclas katibliyi, protokol tərtib etmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxslər X7 və X4 iştirakları ilə, xx.xx.1988-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmuş, Bərdə rayonu, Şorəlli kəndində yaşayan Şəxs (AZE ********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 227-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən (bundan sonra Bərdə RPŞ) daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs barəsində inzibati xətа hаqqındа prоtоkоllar tərtib olunmuşdur ona görə ki, o, 25.06.2021-ci il tarixdə gecə saat 23:00 radələrində Bərdə şəhəri, H.Əliyev pr-tində İcra Hakimiyyətinin yanında stolun üzərində olan mobil telefonu oğurlamışdır. Bundan başqa o, 19.08.2021-ci il tarixdə Bərdə şəhəri, Babək küçəsi bina 2, mənzil 15-də yaşayan X4 zirzəmisindən havalandırma sisteminin elektrik naqillərini kəsməklə oğurlayaraq zərərçəkmişə 60 manat dəyərində maddi ziyan vurmuşdur.Bundan başqa o, 14.06.2021ci il tarixdə Bərdə şəhəri, H.Əliyev pr-tində yerləşən “kruq Təndir” çörək sexindən 150 manat pul oğurlamışdır.Bundan başqa o, 10.08.2021-ci il tarixdə Bərdə şəhəri, H.Əliyev pr-ti ev 24-də yaşayan X11 məxsus olan yaşayış evindən 100 manat pul oğurlamışdır.Bundan başqa o, 14.07.2021-ci il tarixdə Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən “Ziya” marketə daxil olaraq X12 məxsus 100 manat pulu oğurlamışdır. Bununla Şəxs Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Bərdə Rayon Polis Şöbəsinin, X1 sahə rəisi, polis mayoru X6 məruzə edərək bildirmişdir ki, Şəxs ayrı-ayrı vaxtlarda yəni 25.06.2021-ci il tarixdə gecə saat 23:00 radələrində Bərdə şəhəri, H.Əliyev pr-tində İcra Hakimiyyətinin yanında stolun üzərində olan mobil telefonu oğurlamışdır. Bundan başqa o, 19.08.2021-ci il tarixdə Bərdə şəhəri, Babək küçəsi bina 2, mənzil 15-də yaşayan X4 zirzəmisindən havalandırma sisteminin elektrik naqillərini kəsməklə oğurlayaraq zərərçəkmişə 60 manat dəyərində maddi ziyan vurmuşdur.Bundan başqa o, 14.06.2021ci il tarixdə Bərdə şəhəri, H.Əliyev pr-tində yerləşən “kruq Təndir” çörək sexindən 150 manat pul oğurlamışdır.Bundan başqa o, 10.08.2021-ci il tarixdə Bərdə şəhəri, H.Əliyev pr-ti ev 24-də yaşayan X11 məxsus olan yaşayış evindən 100 manat pul oğurlamışdır.Bundan başqa o, 14.07.2021-ci il tarixdə Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən “Ziya” marketə daxil olaraq X12 məxsus 100 manat pulu oğurlamışdır.Odur ki, Şəxs barəsində 08.09.2021-ci il tarixdə Bərdə Rayon Polis Şöbəsində inzibati xəta haqqında MN ******* saylı, MN ******* saylı, MN ******* saylı və MN ******* saylı protokollar tərtib etmişdir. Məhkəmədən Şəxs barəsində qanuni tənbehin seçilməsini xahiş etdi. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə izahat verərək bildirmişdir ki, törətdiyi əməllərdə özünü təqsirli bilir. Oğurladığı kabelləri satmış, oğurladığı pullarışəxsi maraqları üçün xərcləmişdir. Əməlindən peşimandır. Məhkəmə iclаsındа zərərçəkmiş şəxs X14 çıxış edərək bildirmişdir ki, 25.06.2021-ci il tarixdə, gecə saat 23 radələrində, şəhərin H.Əliyev prospektində, rayon İcra Hakimiyyətinin yaxınlığında yerləşən parkın oturacağında əyləşmiş, duran zaman özünə məxsus “Samsung J3” markalı mobil telefonu oturduğu yerdə unudaraq getmişdir. 10 dəqiqə sonra həmin yerə qayıtsa da telefonunu tapmamışdır. Sonradan bilmişdir ki, telefonu Elçin oğurlayıb. Zərəri ödənilməyib. Şikayətçidir. Məhkəmə iclаsındа zərərçəkmiş şəxs X8 çıxış edərək bildirmişdir ki, 19.08.2021-ci il tarixdə yaşadığı evin zirzəmisindən havandırma sisteminin 180 metr uzunluğunda, 60 manat dəyərində kabeli oğurlanmışdır. Zərəri ödənilməyib. Şikayətçidir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs İXM-in 227-ci mаddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibаti qаydаdа məsuliyyətə cəlb оlunmаlıdır. Belə ki, inzibati iş mаteriаllarına əlаvə edilmiş Bərə rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçıları Orxan İsmayılovun 05.07.2021-ci il tarixli, Pərvin Səfərlinin 16.08.2021 və 28.08.2021-ci il tarixli, Fərid Hüseynovun 22.06.2021-ci il tarixli və Röyal Ağayevin 17.07.2021-ci il tarixli qərarlarından müəyyən olunur ki, zərərçəkmiş şəxslər X9, X10, X5, X7 və X4 məlumatları əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə inzibati icraat açılmasından ötrü qərarların surətləri Bərdə rayon polis şöbəsinin İTB-nə göndərilmişdir. İnzibati qaydada tutma haqqında 08.09.2021-ci il tarixli, 23 nömrəli protokoldan görünür ki, Şəxs 08.09.2021-ci il tarixdə saat 09:00-a inzibati qaydada tutulmuşdur. İXM-in 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Eyni zamanda həmin maddədə qeyd edilir ki, bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, Şəxs ayrı-ayrı vaxtlarda yəni 25.06.2021-ci il tarixdə gecə saat 23:00 radələrində Bərdə şəhəri, H.Əliyev pr-tində İcra Hakimiyyətinin yanında stolun üzərində olan mobil telefonu oğurlamışdır. Bundan başqa o, 19.08.2021-ci il tarixdə Bərdə şəhəri, Babək küçəsi bina 2, mənzil 15-də yaşayan X4 zirzəmisindən havalandırma sisteminin elektrik naqillərini kəsməklə oğurlayaraq zərərçəkmişə 60 manat dəyərində maddi ziyan vurmuşdur.Bundan başqa o, 14.06.2021-ci il tarixdə Bərdə şəhəri, H.Əliyev pr-tində yerləşən “kruq Təndir” çörək sexindən 150 manat pul oğurlamışdır.Bundan başqa o, 10.08.2021-ci il tarixdə Bərdə şəhəri, H.Əliyev pr-ti ev 24də yaşayan X11 məxsus olan yaşayış evindən 100 manat pul oğurlamışdır.Bundan başqa o, 14.07.2021-ci il tarixdə Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən “Ziya” marketə daxil olaraq X12 məxsus 100 manat pulu oğurlamışdır. Məhkəmə iş üzrə barəsində inzibati icraat aparılan şəxsin izаhаtına və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi iş üzrə tоplаnmış materiallarla tam sübuta yetir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və o, törətdiyi inzibati xətalara görə tənbeh edilməlidir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаların xаrаkterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, onun barəsində inzibati həbs tənbehi tətbiq edilməlidir. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 33.1.2-ci maddəsində göstərilir ki, inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi məsuliyyəti ağırlaşdıran hal kimi hesab edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olması onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə eyni zamanda qeyd edir ki, Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal onun eyni xarakterli inzibati xətanı təkrar törətməsidir. İXM-in 34.2-ci maddəsinə əsasən, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Məhkəmə həmçinin bildirir ki, İXM-in 31.4-cü maddəsinə qeyd edilmişdir ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Belə olan halda, İXM-in 227-ci maddəsinin sanksiyasında üç ayadək müddətə inzibati həbs tətbiqi nəzərdə tutulduğundan məhkəmə belə qənaətə gəlir ki, Şəxs İXM-in 227-ci mаddəsi ilə nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinib, bаrəsində 2 (iki) ay müddətinə inzibаti həbs tənbehi tətbiq edilməsi оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Göstərilənlərə əsаsən və İXM-in 43, 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci mаddəsi ilə təqsirli bilinib, bаrəsində 2 (iki) ay müddə inzibаti həbs tənbehi tətbiq edilsin. Həbsetmənin əvvəli 08 sentyabr 2021-ci il tаrixdən, sааt 09:00-dan hesablansın. Qərаrın surəti inzibаti xətа törətmiş şəxsə, protokolu tərtib edən şəxsə və zərərçəkmiş şəxslərə göndərilsin. Qərаrın icrаsı Bərdə rаyоn Pоlis Şöbəsinə həvаlə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(021)-1094/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1094/2021
08.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver