Məhkəmə qərarları › İş №3(021)-1097/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-1097/2021

08.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-1097/2021 08.09.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi X6, Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə materiallara baxaraq, Müəyyən e t d i m: Bərdə Rayon Polis Şöbəsindən (Bundan sonra Bərdə RPŞ) daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs 25.06.2021-ci il tarixdə gecə saat 23:00 radələrində Bərdə şəhəri, H.Əliyev pr-tində İcra Hakimiyyətinin yanında stolun üzərində olan mobil telefonu oğurlamışdır. Bundan başqa Bundan sonra Bərdə RPŞ-dən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 19.08.2021-ci il tarixdə Bərdə şəhəri, Babək küçəsi bina 2, mənzil 15-də yaşayan X1 zzirzəmisindən havalandırma sisteminin elektrik naqillərini kəsməklə oğurlayaraq zərərçəkmişə 60 manat dəyərində maddi ziyan vurmuşdur. Bundan başqa Bundan sonra Bərdə RPŞ-dən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 14.06.2021-ci il tarixdə Bərdə şəhəri, H.Əliyev pr-tində yerləşən “kruq Təndir” çörək sexindən 150 manat pul oğurlamışdır. Bundan başqa Bundan sonra Bərdə RPŞ-dən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 10.08.2021-ci il tarixdə Bərdə şəhəri, H.Əliyev pr-ti ev 24-də yaşayan X4 məxsus olan yaşayış evindən 100 manat pul oğurlamışdır. Bundan başqa Bərdə RPŞ-dən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 14.07.2021-ci il tarixdə Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən “Ziya” marketə daxil olaraq X5 məxsus 100 manat pulu oğurlamışdır. İşə baxılması hakimin səlahiyyətinə aiddir. İşə baxılmasına istisna edən hallar mövcud deyildir. Protokollar və iş materialları İXM-ə uyğun tərtib edilmişdir. İcraatı rədd edən hallar yoxdur, işə baxılması üçün kifayət qədər sübutlar mövcuddur. Vəsatət və etirazları yoxdur. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə hesab edir ki, törədilmiş inzibati xətalar eyni şəxs tərəfindən törədildiyindən bir icraatda baxılsın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-109-ci maddələrini rəhbər tutaraq, Q ə r a r v e r d i m: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 3(021)-1095/2021 saylı inzibati iş, 3(021)-1096/2021 saylı inzibati iş, 3(021)-1097/2021 saylı inzibati iş və 3(021)-1098/2021 saylı inzibati iş 3(021)- 1094/2021 saylı inzibati işlə bir icraatda baxılsın. İşə 25 avqust 2021-ci il tarixdə saat 1430-da Bərdə Rayon Məhkəməsinin binasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun, zərərçəkmiş şəxslər X3 və X1 iştirakları ilə baxılsın. AZƏRBAYCAN RESPUBLİKASİ BƏRDƏ RAYON MƏHKƏMƏSİ _______________________________________________________________________ ________ Poçt indeksi: AZ 0900, Tel: (02020) 5-04-80; Faks: 5-20-52 Ünvan: Bərdə şəhəri, Gəncə küçəsi, 4 Elektron poçtu: mailto:bardacourt@gmail.comElektron ünvan İş № 3(021)-1094/2021 «08» sentyabr 2021-ci il Bərdə rayon Polis Şöbəsinin rəisi cənab Muradəli Babayevə Bərdə Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 3(021)-1094/2021 nömrəli qərarının surəti icra edilməsi üçün Sizə göndərilir. Qoşma: qərarın surəti “ 04 ” səhifə. Hörmətlə, hakim: Əyyub Kərimov AZƏRBAYCAN RESPUBLİKASİ BƏRDƏ RAYON MƏHKƏMƏSİ _______________________________________________________________________ ______ Poçt indeksi: AZ 0900, Tel: (02020) 5-04-80; Faks: 5-20-52 Ünvan: Bərdə şəhəri, Gəncə küçəsi, 4 Elektron poçtu: mailto:bardacourt@gmail.comElektron ünvan İş № 3(021)-1094/2021 «08» sentyabr 2021-ci il X5 (Bərdə şəh., H.Əliyev pr-ti 112 B) Surəti: X4 (Bərdə şəh., H.Əliyev pr-ti 24) X2 (Bərdə şəh., Şəhriyar küç., 27) Bərdə Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 3(021)-1094/2021 nömrəli qərarının surəti məlumat üçün Sizə göndərilir.00 Qoşma: qərarın surəti “05” səhifə. Hörmətlə, hakim: Əyyub Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar