Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-11/2021 05.01.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, Bərdə rayon icra şöbəsinin icra məmuru X4, zərərçəkmiş şəxs X2 nümayəndəsi X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakı ilə, xx.xx.1988-cı ildə Bərdə rayonunda anadan olmuş, Bərdə rayon H.Əliyev prospekti ev 112, mənzil 24 ünvanında yaşayan Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bərdə rayon icra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə, Müəyyən etdi: Bərdə rayon icra şöbəsi tərəfindən Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilərək baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Bərdə rayon icra şöbəsinin icra məmuru Mətləb Ələkbərov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, borclu Şəxs oğluna həmin icra sənədi üzrə dəfələrlə xəbərdarlıq olunamasına baxmayaraq borclu icra sənədinin icrasını təmin etməmiş, 2760 manat aliment borcu yaranmışdır. İnzibati xəta haqqında protokola əlavə olunmuş sənədlərdən müəyyən olundu ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-956/2020 saylı , 15.05.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs 17.02.2018-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh hər ay 120 (yüz iyirmi) manat məbləğində aliment, 17.02.2018-ci il təvəllüdlü X6 üç yaşı tamam olanadək hər ay 50 (əlli) manat məbləğində aliment və 02.03.2013-cü il təvəllüdlü X1 üçün Bərdə Rayon Məhkəməsinin 12 sentyabr 2017-ci il tarixli, 2(021)- 4953/2017 nömrəli qətnaməsi əsasında tutulan alimentin məbləği artırılaraq hər ay 120 manat məbləğində aliment tutularaq X3 ödənilməlidir. Məhkəmə iclasında Bərdə rayon icra şöbəsinin icra məmuru Mətləb Ələkbərov izahat verərək göstərdi ki, borclu Şəxs dəfələrlə xəbərdarlıq olunamasına baxamayaraq borclu icra sənədinin icrasını təmin etməmiş, 2760 manat aliment borcu yaranmışdır. Buna görə də borclu Şəxs oğlu barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu izahatında göstərdi ki, maddi imkansızlığa görə ödəniş etməmişdir. O, həmçinin mədaxil qəbzi təqdim edərək bildirdi ki, hazırda 2760.00 manat ödəniş etmişdir və onun aliment borcu yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 nümayəndəsi X8 aliment borcunu tələb edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını və inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs oğlunun əməlində inzibati xəta tərkibi aradan qalxdığı üçün icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in (bundan sonra-İXM) 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53-cü maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər-hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs oğlunun əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(021)-11/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-11/2021
05.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver