Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1100/2023 20.06.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin 13 aprel 2023-cü il tarixli EQ 13947191 saylı və 25 may 2023-cü il tarixli EQ 14694076 saylı inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsi barəsində inzibati qərar qəbul edilmiş şəxs X4 tərəfindən verilmiş şikayətə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ X2 barəsində Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin 13 aprel 2023-cü il tarixli EQ 13947191 saylı və 25 may 2023-cü il tarixli EQ 14694076 saylı inzibati tənbeh vermə haqqında qərarlarından verdiyi şikayət Bərdə Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, X3 məxsus olan VAZ-2106 markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 13 aprel 2023-cü il tarixdə istifadə edən zaman onun barəsində İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Qeyd olunmuş maddəyə görə isə X3 cərimə yazılmışdır. Həmçinin 25 may 2023-cü il tarixdə nəqliyyat vasitəsini istifadə edən zaman X2 barəsində İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Qeyd olunmuş maddəyə görə isə ona cərimə yazılmışdır. Belə ki, X3 məxsus olan VAZ-2106 markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 13 aprel 2023-cü il tarixdə və 25 may 2023-cü il tarixdə istifadə etdiyi zaman dövlət yol polis idarəsinin əməkdaşları tərəfindən X3 qanunsuz olaraq protokollar tərtib olunmuşdur. Qeyd edilən 13 aprel 2022-ci il tarixli EQ-13947191 nömrəli protokol üzrə qəbul edilmiş qərarla barəsində İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi müəyyən edilmiş və X3 20 manat cərimə, 25 may 2023-cü il tarixli EQ-14694076 nömrəli protokol üzrə qəbul edilmiş qərarla barəsində İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi müəyyən edilmiş və ona 60 manat cərimə yazılmışdır. Halbuki ona yazılmış cərimə cəzalarını qanunsuz hesab etmişdir. Bərdə şəhəri Kamal Cabbarov küçəsi ərazisində heç bir dayanma-durma işarəsi olmadığı halda ona qanunsuz olaraq cərimə yazılması onun qanunla qorunan hüquqlarımlı pozmuşdur. Buradanda görünürki, X4 qanunsuzluq etməmiş və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrini pozmamışdır. X1 qanunsuz yazılmış cərimələri ödəyə bilmir. Beləliklə 13 aprel 2023-cü il tarixli EQ 13947191 saylı və 25 may 2023-cü il tarixli EQ 14694076 saylı inzibati tənbeh vermə haqqında qərarlar əsassız və qanunsuzdur. Məhkəmə iclasında şikayətçi X4 məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsada məhkəmə iclasında iştirak etməmiş, bunun üzrlü səbəbləri ilə bağlı məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Bərdə rayon Polis Şöbəsinə məlumat verilməsinə baxmayaraq müvafiq orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri ilə bağlı məhkəməyə heç bir məlumat verməmişdir. Sədrlik edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə şikayətçi X2 və Bərdə rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, verilmiş şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 13 aprel 2023-cü il tarixli EQ 13947191 saylı qərardan görünür ki, X4 13 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə 20 (iyirmi) manat cərimə edilmişdir. İş materiallarında olan 25 may 2023-cü il tarixli EQ 14694076 saylı qərardan görünür ki, X4 25 may 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə 40 (qırx) manat cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin portal çıxarışlarından görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1 və 329.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Hazırki şikayəti nəzərdən keçirərək məhkəmə qeyd edir ki, təqdim edilmiş foto şəkillərdən müəyyən olunur ki, X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1 və 329.1-ci maddələrində ehtiva edilən inzibati xətaları törətmişdir. Belə olduğu halda barəsində inzibati icraat aparılan X4 tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında olan qərardır. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-137-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Barəsində inzibati icraat aparılan X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində işə baxan bərdə Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №3(021)-1100/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1100/2023
20.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver