Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1101/2022 18.08.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi X6 iclas katibliyi, protokol tərtib etmiş orqanın nümayəndəsi X8, Bərdə rayon prokurorluğunun nümayəndəsi X7, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun qanuni nümayəndəsi X2 və müdafiəçi Vəkil iştirаkları ilə, xx.xx.2005-cı ildə, Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bərdə rayonu Lənbəran kəndində yaşayan Şəxs (AA*******) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 227-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə Bərdə rayonu Güloğlular kəndi ərazisində X1 məxsus “Ford” markalı, ** EJ *** dövlət qeydiyyat nişanlı avtomobildən 300 manat dəyərində kolbasa məhsullarını oğurlamışdır. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs xx.xx.2022-ci il tarixdə Bərdə şəhəri İ.Qayıbov küçəsində X3 məxsus 450 manat dəyərində “Redmi Not 10” markalı mobil telefonu oğurlamışdır. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhər sakini X4 Bərdə rayonu Muğanlı kəndində 450 manat dəyərində “Samsung A 71” markalı mobil telefonunu oğurlamışdır. Bununla Şəxs Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokol tərtib edən orqanın nümayəndəsi Bərdə Rayon Polis Şöbəsinin sahə rəisi, polis mayoru X13 məruzə edərək bildirmişdir ki, Şəxs ayrı-ayrı vaxtlarda yəni xx.xx.2022-ci il tarixdə Bərdə rayonu Güloğlular kəndi ərazisində X1 məxsus “Ford” markalı, 20 EV508 dövlət qeydiyyat nişanlı avtomobildən 300 manat dəyərində kolbasa məhsullarını, xx.xx.2022-ci il tarixdə Bərdə şəhəri İ.Qayıbov küçəsində X3 məxsus 450 manat dəyərində “Redmi Not 10” markalı mobil telefonunu, xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhər sakini X4 Bərdə rayonu Muğanlı kəndində 450 manat dəyərində “Samsung A 71” markalı mobil telefonunu oğurlaşımdır.Odur ki, Şəxs barəsində Bərdə Rayon Polis Şöbəsində inzibati xəta haqqında MN1415288 saylı, MN ******* saylı, və MN ******* saylı protokollar tərtib etmişdir. Məhkəmədən Şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə izahat verərək bildirmişdir ki, törətdiyi əməllərdə özünü təqsirli bilir. Əməllərindən peşmandır. Barəsində qərar qəbul edilərkən nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şəxs müdafiəçisi Vəkil çıxış edərək Şəxs törətdiyi əməldən peşiman olmasını, yetkinlik yaşına çatmadığını göstərərək məhkəmədən ədalətli qərar verilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs İXM-in 227-ci mаddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibаti qаydаdа məsuliyyətə cəlb оlunmаlıdır. Belə ki, inzibati iş mаteriаllarına əlаvə edilmiş Bərdə rayon polis şöbəsinin sahə rəisi X9 xx.xx.2022-ci il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 16:00-da Bərdə rayonu Güloğlular kəndi ərazisində X1 məxsus “Ford” markalı, 20 EJ508 dövlət qeydiyyat nişanlı avtomobildən 300 manat dəyərində kolbasa məhsullarını oğurlanmışdır. İnzibati iş mаteriаllarına əlаvə edilmiş Bərdə rayon polis şöbəsinin sahə rəisi X5 xx.xx.2022-ci il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə Bərdə şəhəri İ.Qayıbov küçəsində X3 məxsus 450 manat dəyərində “Redmi Not 10” markalı mobil telefonu oğurlamışdır. İnzibati iş mаteriаllarına əlаvə edilmiş Bərdə rayon polis şöbəsinin sahə rəisi X8 xx.xx.2022-ci il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhər sakini X4 Bərdə rayonu Muğanlı kəndində 450 manat dəyərində “Samsung A 71” markalı mobil telefonunu oğurlamışdır. İXM-in 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Eyni zamanda həmin maddədə qeyd edilir ki, bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, Şəxs Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə Bərdə rayonu Güloğlular kəndi ərazisində X1 məxsus “Ford” markalı, 20 EJ508 dövlət qeydiyyat nişanlı avtomobildən 300 manat dəyərində kolbasa məhsullarını, xx.xx.2022-ci il tarixdə Bərdə şəhəri İ.Qayıbov küçəsində X3 məxsus 450 manat dəyərində “Redmi Not 10” markalı mobil telefonu, xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhər sakini X4 Bərdə rayonu Muğanlı kəndində 450 manat dəyərində “Samsung A 71” markalı mobil telefonunu oğurlamışdır. Məhkəmə iş üzrə inzibati icraat aparılan şəxs barəsində sübutlara qiymət verərək hesab edir ki, Şəxs İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi iş üzrə tоplаnmış materiallarla tam sübuta yetir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və o, törətdiyi inzibati xətalara görə tənbeh edilməlidir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Şəxs yetkinlik yaşına çatmadığından onun barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilə bilməz. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаların xаrаkterini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, onun barəsində ictimai işlər cəzası tətbiq edilməlidir. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 28.1-ci maddəsinə əsasəm ictimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Həmin Məcəllənin 28.2-c maddəsinə əsasən ictimai işlər yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 28.3-cü maddəsinə əsasən ictimai işlər altmış saatdan iki yüz qırx saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. Həmin Məcəllənin 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən on səkkiz yaşına çatmayan şəxslər barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olmasını və inzibati xəta törədərkən yetkinlik yaşına çatmamasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran hallar yoxdur. İXM-in 34.2-ci maddəsinə əsasən, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Belə olan halda, İXM-in 227-ci maddəsinin sanksiyasında yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər nəzərdə tutulduğundan və İXM-in 28.3-cü maddəsinə əsasən ictimai işlər tenbeh tədbirinin yuxarı həddi 240 saat müəyyən edildiyindən məhkəmə belə qənaətə gəlir ki, Şəxs İXM-in 227-ci mаddəsi ilə nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinib, bаrəsində 240 (iki yüz qırx) saat müddətinə ictimai işlər tənbehi tətbiq edilməli, Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Göstərilənlərə əsаsən və İXM-in 43, 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci mаddəsi ilə təqsirli bilinib, bаrəsində 240 (iki yüz qırx) saat müddətinə ictimai işlər tənbehi tətbiq edilsin. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərаrın surəti inzibаti xətа törətmiş şəxsə, onun qanuni nümayəndəsinə və müdafiəçisinə, prokurora və protokol tərtib edən şəxsə göndərilsin. Qərаrın icrаsı Bərdə rаyоn İcra və Probasiya Şöbəsinə həvаlə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hаkim:Fuad Babaşov
Məhkəmə qərarları › İş №3(021)-1101/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1101/2022
18.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver