Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1101/2023 03.07.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Barəsində inzibati icraat aparılan Şəxs direktoru X1 iştirakları ilə, 05 sentyabr 1951-ci il tarixdə Bərdə rayonu Mollalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Şəxs direktoru, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs İnzibati Xətalar Məcəlləsinin 210.1-ci mаddəsi ilə nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinərək barəsində Səhiyyə Nazirliyi Analitik X4 Nəzarət Şöbəsinin mütəxəsisi X10 tərəfindən 19 may 2023-cü il tarixdə inzibati xəta haqqında prоtоkоl tərtib оlunaraq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan Şəxs direktoru X6 izahatında bildirdi ki, 1975-ci ildən Bərdə rayon Stomatoloji Poliklinikasında işləyir. 1982-ci ildən oranın baş həkimi işləmişdir. Bərdə şəhəri Aydın Əhmədov 11 küçəsində yerləşən həmin obyekti 2014-cü ildə öz adına özəlləşdirmişdir. Həmin yer 1968-ci ildən Stomatoloji poliklinika kimi fəaliyyət göstərmişdir. Həmin yeri "X21" MMC adı ilə qeydiyyata keçirdikdən sonra, lisenziya almaq üçün Asan Xidmət vasitəsi ilə müraciət etsə də İqtisadiyyat Nazirliyinin və Səhiyyə Nazirliyinin əməkdaşları baxdıqdan sonra həmin yerdə bir sıra çatışmazılıqlar olduğu üçün lisenziya verilməkdən imtina edilmişdir. Bu hadisə təxminən 2018-ci il olmuşdur. Hazırda həmin yerdə 5 nəfər həkimlə, Könül Əliyeva, Hikmət Məmmədov, Vəkil Manafov, Samirə Quliyeva, Bəhruz Məmmədzadə və Elvin adlı şəxsla aylıq 50 manatlıq olmaqla icarə müqaviləsi bağlamışdır və həmin şəxslərə klinikanın otaqlarını icarə vermişdir. Onuda qeyd edir ki, həmin otaqlarda olan tibbi avadanlıqlar ona məxsus deyildir. Orada icarədar həkimlərin mülkiyyətidir. Həmin həkimlərin heç birinin sertifikatı və lisenziyası yoxdur. Bundan başqa X6 fiziki şəxs olaraq vergi ödəyicisidir. VÖEN- **********- dir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə məlumat verilməsinə baxmayaraq müvafiq orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri ilə bağlı məhkəməyə heç bir məlumat verməmişdir. Sədrlik edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb hesаb edir ki, inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, iş materiallarında olan inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, X11 30 yanvar 2023-cü il tarixdə ərizə ilə rayon prokurorluğuna müraciət edərək bacısı X2 26 yanvar 2023-cü il tarixdə Bərdə şəhərində yerləşən diş poliklinikasında işləyən Hikmət adlı həkiminin vurduğu iynədən sonra vəziyyətinin pisləşdiyini, həmin həkim barəsində qanunamüvafiq tədbirlər görülməsini xahiş etmişdir. Daxil olmuş müraciət əsasında, məhkəmə-tibbi ekspertizası təyin olunmuş, izahatlar alınmış və digər zəruri hərəkətlər yerinə yetirilmişdir. Araşdırma materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 10 mart 2023- cü il tarixli, 80 nömrəli rəyində qeyd edilmişdir ki, X2 bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Bununla yanaşı araşdırma zamanı izahatı alınmış, "X21” MMC-nin direktoru X6, “X21” MMC-də diş həkimi işləyən X7 və X8 izahatlarında özəl tibbi fəaliyyətlə məşğul olmaq üçün lisenziyalarının olmadığını bildirmişlər. Odur ki, X3 əməlində cinayət tərkib əlamətləri olmadığından rayon prokurorluğunun müstəntiqi, İ dərəcəli hüquqşünas Sərxan İbrahimov tərəfindən Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 39.1.2-ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi haqqında 13 mart 2023-cü il tarixli qərar qəbul edilmişdir. Lakin araşdırma zamanı “X21" MMC-nin direktoru X1 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci (Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olma) maddəsinin tərkib əlamətlərinin mövcud olduğu müəyyyən edilmişdir. İş materiallarında olan İqtisadiyyat Nazirliyinin 24 dekabr 2018-ci il tarixli məktubundan görünür ki, Şəxs MMC-yə özəl tibbi fəaliyyətlə məşğul olmaqla bağlı lisenziya verilməsindən imtina edilmişdir. İş materiallarında olan icra müqaviləsindən görünür ki, X6 ilə Manafov Vəkil Teyyub oğlu arasında icarə haqqı hər ay üçün 50 (əlli) manat hesablanmaqla 10 may 2022-ci il tarixdən 10 may 2025-ci il tarixədək olan müddətdə icra müqaviləsi bağlanmışdır. İş materiallarında olan icra müqaviləsindən görünür ki, X6 ilə X12 arasında icarə haqqı hər ay üçün 50 (əlli) manat hesablanmaqla 10 may 2022-ci il tarixdən 10 may 2025ci il tarixədək olan müddətdə icra müqaviləsi bağlanmışdır. İş materiallarında olan icra müqaviləsindən görünür ki, X6 ilə X7 arasında icarə haqqı hər ay üçün 50 (əlli) manat hesablanmaqla 10 may 2022-ci il tarixdən 10 may 2025-ci il tarixədək olan müddətdə icra müqaviləsi bağlanmışdır. İş materiallarında olan icra müqaviləsindən görünür ki, X6 ilə X13 arasında icarə haqqı hər ay üçün 50 (əlli) manat hesablanmaqla 17 may 2022-ci il tarixdən 17 may 2025ci il tarixədək olan müddətdə icra müqaviləsi bağlanmışdır. İş materiallarında olan icra müqaviləsindən görünür ki, X6 ilə X9 arasında icarə haqqı hər ay üçün 50 (əlli) manat hesablanmaqla 01 may 2022-ci il tarixdən 01 may 2024-ci il tarixədək olan müddətdə icra müqaviləsi bağlanmışdır. İş materiallarında olan icra müqaviləsindən görünür ki, X6 ilə X5 arasında icarə haqqı hər ay üçün 50 (əlli) manat hesablanmaqla 10 may 2022-ci il tarixdən 10 may 2025-ci il tarixədək olan müddətdə icra müqaviləsi bağlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsindən daxil olmuş 21 iyun 2023-cü il tarixli **********180700 saylı sorğuya cavab məktubundan məlum olmuşdur ki, X1 vergi ödəyicisi kimi vergi uçotuna alınmasına dair hər hansı məlumat aşkar edilməmişdir. Bundan başqa Şəxs hüquqi şəxs kimi fəaliyyətini dayandırmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən özəl tibbi fəaliyyət - qanunvericiliklə müəyyən olunmuş qaydada hüquqi şəxs yaratmaqla özəl tibb fəaliyyətinin həyata keçirilməsi deməkdir. Həmin Qanuna əsasən özəl tibb müəssisəsi dedikdə əmlakı xüsusi mülkiyyətə, yaxud icarə müqaviləsi əsasında istifadə olunan mülkiyyətə əsaslanan tibb müəssisəsidir. Həmin Qanunun 4-cü maddəsinə əsasən özəl tibb müəssisəsi tibbi fəaliyyətin müəyyən növləri üzrə qanunvericiliyə uyğun olaraq verilən xüsusi razılıq olduqda və tibbi fəaliyyətin hər bir növü üzrə müvafiq ixtisasa malik mütəxəssislərlə əmək müqaviləsi bağladıqda özəl tibbi fəaliyyətlə məşğul ola bilər. Həmin Qanunun 4-cü maddəsinə əsasən tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziyada) göstərilən işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən özəl tibb müəssisəsi və özəl tibbi praktika ilə məşğul olan şəxs tərəfindən tibbi yardım göstərilməsi barədə müqavilə bu yardımın növlərini, həcmini və göstərilmə şərtlərini əks etdirməlidir. Azərbaycan Resublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə əsasən lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Qanunvericiliyin yuxarıda göstərilən normalarından da məlum olur ki, Şəxs faktiki olaraq hüquqi şəxs qismində fəaliyyətini dayandırmış və tibbi fəaliyyət göstərməsi üçün öz əmlakı olmamışdır. Bundan başqa Şəxs yerləşdiyi bina X1 xüsusi mülkiyyətindədir və mülkiyyətçi kimi X6 otaqları qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı fiziki şəxslərə icarəyə vermişdir. Həmin binada və otaqlarda olan əmlaklar da həmin icarədarlara məxsus olmuşdur. Belə olduğu təqdirdə Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı tərkibi olmadığından başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Resublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş üzrə materialdan görünür ki, Şəxs barəsində tərtib edilmiş 19 may 2023-cü il tarixli inzibati xəta haqqında protokola əsasən 19 may 2023-cü il tarixdə saat 12:30 radələrində ünvan 3 ünvanında yerləşən Şəxsnə məxsus klinikada plandankənar yoxlama zamanı lisenziya olmadan özəl tibb fəaliyyəti aşkar edilmiş lakin inzibati xətaya səbəb olan hallar tam araşdırılmamış, dürüst olmayan və yanlış məlumatların təqdim olunmuşdur. Halbuki nəinki özəl tibbi fəaliyyət sahəsində fəaliyyət göstərən hüquqi şəxs, hətta ümumiyyətlə fəaliyyətdə olan hüquqi şəxsin özü belə mövcud deyildir. Çünki qeyd edilən hüquqi şəxs ümumiyyətlə fəaliyyətini dayandırmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinin dispozisiyasından göründüyü kimi həmin maddə ilə inzibati məsuliyyətin yaranması üçün hüquqi şəxs tərəfindən müəyyən hüquqa zidd hərəkət və ya hərəkətsizlik olmalıdır. Lakin hazırki, inzibati xəta haqqında materialdan Şəxs hansı hüquqa zidd hərəkətə və ya hərəkətsizliyə yol verməsi müəyyən olunmamışdır. İş materiallarında yoxlayıcı orqan tərəfindən rəsmi olaraq hansısa sənədlərin təqdim edilməsi ilə bağlı rəsmi müraciəti olmamış, konkret olaraq hansı qayda pozuntularının baş verməsi hər hansısa bir sənədlə öz təsdiqini tapmır. Tərtib edilmiş aktda isə sadəcə olaraq yoxlayıcı orqanın mülahizələri qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 12-ci mаddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. Həmin Məcəllənin 3-cü mаddəsinə görə isə yаlnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibаti xətаlаrın törədilməsində təqsirli hesаb edilən və inzibаti xətа tərkibinin bütün digər əlаmətlərini dаşıyаn əməli (hərəkət və yа hərəkətsizlik) törətmiş şəxs inzibаti məsuliyyətə cəlb оlunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Göstərilənlərə əsаsən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRARALDİ Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci mаddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata hüquqi şəxsin əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №3(021)-1101/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1101/2023
03.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver