Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-1102/2022 18.08.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi Babaşov Fuad Bəhruz oğlu,Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə materiallara baxaraq, M ü ə y y ə n e t d i m: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə Bərdə rayonu Güloğlular kəndi ərazisində X1 məxsus “Ford” markalı, 20 EV508 dövlət qeydiyyat nişanlı avtomobildən 300 manat dəyərində kolbasa məhsullarını oğurlamışdır. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs xx.xx.2022-ci il tarixdə Bərdə şəhəri İ.Qayıbov küçəsində X2 məxsus 450 manat dəyərində “Redmi Not 10” markalı mobil telefonu oğurlamışdır. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhər sakini X3 Bərdə rayonu Muğanlı kəndində 450 manat dəyərində “Samsung A 71” markalı mobil telefonunu oğurlamışdır. İşə baxılması hakimin səlahiyyətinə aiddir. İşə baxılmasına istisna edən hallar mövcud deyildir. Protokollar və iş materialları İXM-ə uyğun tərtib edilmişdir. İcraatı rədd edən hallar yoxdur, işə baxılması üçün kifayət qədər sübutlar mövcuddur. Vəsatət və etirazları yoxdur. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə hesab edir ki, törədilmiş inzibati xətalar eyni şəxs tərəfindən törədildiyindən birləşdirilərək bir icraatda baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-109-ci maddələrini rəhbər tutaraq, Q ə r a r v e r d i m: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 3(021)-1103/2022 saylı, 3(021)-1102/2022 saylı və 3(021)-1101/2022 saylı inzibati işlər birləşdirilərək bir icraatda baxılsın. İşə 18 avqust 2022 il tarixdə saat 18:30-da Bərdə Rayon Məhkəməsinin inzibati binasında tərəflərin iştirakları ilə baxılsın. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №3(021)-1102/2022
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-1102/2022
18.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver