Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1102/2023 19.06.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X5 iclas katibliyi, qərardan şikayət verən şəxs X3 iştirakı ilə, xx.xx.1996-cı ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Bərdə şəhəri, Ruhulla Axundov küçəsi, ev 10, mənzil 7-də yaşayan X6 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində qəbul edilmiş İnzibati Tənbeh vermə haqqında qərardan verilmiş ərizəyə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X6 məhkəməyə ərizə verərək, hazırkı iş üzrə olan Daxili İşlər Nazirliyinin DYPB-nin tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı protokolun və xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsi və icraata xitam verilməsinə dair məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə, saat 20 radələrində dostu X7 məxsus ** TZ *** dövlət qeydiyyat nişanlı, "Chevrolet Cruze" markalı avtomobillə Bərdə rayonun Şirvanlı kəndi ərazisindən keçən asfalt yolda Toğrul Gənciyevin özü ilə birlikdə həmin ərazidə yol kənarındakı yeməkxanaya gedirdilər. O, asfalt yoldan sola tǝrǝf, yeni çəkilən və hələki istifadəyə tam açılmayan yola düşərək, yeməkxananın həyətinə tərəf avtomobili istiqamətləndirmişdir. Bunun üçün sola dönmə işarəsindən istifadə etdi və yeməkxanaya dönən zaman qəfildən hərəkət nəzərdə tutulmayan asfalt yolda, əks hərəkət zolağına çıxan və arxa tərəfdən gələn Vaz-21011 markalı avtomobil mənim dönmə əməliyyatını gözləməyərək idarə etdiyi avtomobilin sol arxa tərəfindən vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Bunun nəticəsində idarə etdiyi avtomobilə ziyan dəymişdir. Hadisə yerinə X13 əməkdaşları gəldi, hadisə yerini müayinə etdilər və orada günahın Vaz- 21011 markalı avtomobildə olduğunu dedilər. Vaz-21011 markalı avtomobilin sürücüsü də günahın onda olduğunu qəbul etmiş, hətta Toğrula vurmuş olduğu ziyanın onun tərəfindən ödəniləcəyini bildirmişdir. Ancaq bir neçə gündən sonra DYP əməkdaşları günahın onda olduğunu deyərək onun barəsində 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Halbuki, həmin yol nəqliyyat hadisəsində Vaz-21011 markalı avtomobilin günahı olmuşdur. Məhz bu hadisə nəticəsində onun barəsində xx.xx.2023-cü il tarixdə, İnzibati tənbeh tədbiq vermə haqqında TP ******* saylı Qərar qəbul edilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinib, 60 manat cərimə tədbiq edilmişdir. Hesab edir ki, barəsində tətbiq olunan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati tənbeh düzgün tədbiq edilməyib, günah Vaz-21011 markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindədir, ona görə də barəsində tərtib olunmuş protokola və qərara xitam verilməlidir. Məhkəmə iclasında X6 iştirak edərək ərizəsini müdafiə edib təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid kimi dindirilən X2 İslam İsbəndiyar oğlu ilə eyni məzmunlu izahat verərək hadisə vaxtı avtomobildə olduğunu və hadisənin VAZ-21011 markalı avtomobilin günahı səbəbindən baş verdiyini qeyd etmişdir. İnzibati tənbeh vermə haqqında qərarı tərtib etmiş orqana məhkəmə bildirişi göndərilməklə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq müvafiq orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və tərtib edilmiş inzibati tənbeh vermə haqqında elektron qərarın verilməsinə əsas olmuş materialları və sübutları təqdim etməmiş, bunun üzrlü səbəbləri ilə bağlı məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə ərizəçini dinləyib, ərizənin dəlillərini iş materialları və təqdim edilmiş sənədlərlə əlaqəli şəkildə araşdırıb hesаb edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, inzibati xəta haqqında işin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1996-cı ildə anadan olmuş, Bərdə şəh, R.Axundov küç, ev 10, m 7-də yaşayır. İş materiallarında olan DİN DYP Web Portalından çıxarışda əks edilən inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərardan görünür ki, X6 xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrində X14 yolunun 35-ci km-də istifadəsində olan ** TZ *** dövlət qeydiyyat nişanlı, "Chevrolet Cruze" markalı nəqliyyat vasitəsilə yolayrıcını keçmə qaydaların pozmağa görə İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqslirli bilinib 60 (altmış) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. İnzibati materiala əlavə edilmiş BD208149 nömrəli Azərbaycan Respublikası Sürücülük Vəsiqəsindən görünür ki, X7 BC dərəcəli sürücülük hüququ verilmişdir. İş materiallarına əlavə edilmiş 1 ədəd DVD diskdəki videogörüntüyə baxış keçirərkən məhkəməyə məlum olur ki, ** TZ *** dövlət qeydiyyat nişanlı, "Chevrolet Cruze" markalı nəqliyyat vasitəsi sola dönmə işığını yandıraraq sola dönmə əməliyyatını başa çatdırarkən arxadan sürətlə hərəkət edən Vaz-21011 markalı avtomobil əks (qarşı) hərəkət zolağına çıxmaqla "Chevrolet Cruze" markalı avtomobili dönmə əməliyyatının başa çatdırarkən vurmaqla toqquşma baş vermişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində tərtib edilmiş yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əlehinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsinə dair məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. İXM-in 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - altmış manat məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsi”nə dair 2 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu Konstitusiya norması insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi, iş materiallarından X6 tərəfindən AR.İXM-in 327.2-ci mаddəsi ilə inzibati xətanın törədilməsi və ya həmin xətanın törədilməsində X3 təqsiri sübuta yetirilmir. Çünki, iş materiallarına əlavə edilmiş 1 ədəd DVD diskdəki videogörüntüdən görünür ki, X1 Ağdam Laçın yolunun 35-ci km-də istifadəsində olan ** TZ *** dövlət qeydiyyat nişanlı, "Chevrolet Cruze" markalı nəqliyyat vasitəsilə sola dönmə işığını yandırmaq sola dönmə manevr əməliyyatını həyata keçirib başa çatdırarkən arxadan sürətlə hərəkət edən Vaz- 21011 markalı avtomobil əks (qarşı) hərəkət zolağına çıxmaqla "Chevrolet Cruze" markalı avtomobili dönmə əməliyyatının sonunda vurmaqla avtomobillərin toqquşması baş vermişdir. Halbuki, VAZ-21011 markalı avtomobil sola dönmə işığını yandırmaqla sola dönən "Chevrolet Cruze" markalı avtomobilin sola dönməsinə imkan verməli və onu sağdan ötməklə keçməli və hərəkəti davam etdirməli idi. Beləliklə, şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından və inzibati tənbeh vermə haqqında qərarı tərtib etmiş orqan inzibati xətanın törədilməsində şəxsin təqsirini mötəbər sübutlarla sübut edə bilmədiyindən məhkəmə hesab edir ki, X6 barəsində İXM-in 327.2-ci mаddəsi ilə qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Elə dönmək lazımdır ki, nəqliyyat vasitəsi hərəkət hissələrinin kəsişdiyi yerdən çıxarkən, qarşıdan gələn nəqliyyatın yoluna keçməsin. Nəqliyyat vasitəsi sağa dönərkən, hərəkət hissəsinin mümkün qədər sağ kənarına yaxın hərəkət etməlidir. Nəqliyyat vasitəsi öz qabaritinə və ya başqa səbəblərə görə bu maddənin altıncı hissəsinin tələblərinə əməl etməklə dönə bilmirsə, həmin tələblərdən kənara çıxmağa o şərtlə yol verilir ki, hərəkət təhlükəsizliyi təmin olunsun və bu, digər nəqliyyat vasitələri üçün maneə yaratmasın. İXM-in 53.1-ci maddəsinə əsasən, aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 12-ci mаddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda inzibati xəta haqqında iş üzrə qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-in 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İXM-in 136.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest haqqında qərar qəbul edildikdən dərhal sonra elan edilir. İXM-in 137.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. Göstərilənlərə əsаsən və İXM-in 133, 134, 136-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRАRА АLDİ: Ərizə təmin edilsin. X6 barəsində İXM-in 327.2-ci mаddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə və ya birbaşa Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №3(021)-1102/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1102/2023
19.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver