Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1103/2023 19.06.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X5 iclas katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1983-cü il tarixdə Bərdə rayonu, Yeni Əyricə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bərdə rayonu, Yeni Əyricə kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (Bundan sonra İXM) 327.8-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Bərdə rayon polis şöbəsindən daxil olmuş İXP № ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs barəsində İXP № ******* nömrəli, xx.xx.2023-cü il tarixli protokol tərtib olunmuşdur ona görə ki, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Bərdə rayon Yeni Əyricə kəndində, kənd arası yolda Bərdə rayon Yeni Əyricə kəndində yaşayan Şəxs idarə etdiyi Vaz 21063 markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobil ilə qarşı hərəkət zolağında hərəkətdə olan Bərdə rayon Qazıqurdalı kəndində yaşayan X3 idarə etdiyi Kia Rio markalı, ** VG *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağına çıxmış və nəticədə həmin avtomobillər toqquşaraq yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə nəticəsində X1 qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət almış, X2 zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarət almış, Şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Göründüyü kimi toplanmış materialda hər hansı bir cinayət əməlinin tərkib əlamətləri olmadığından cinayət işi başlanması rədd edilmiş, X7 əməlində Azərbaycan Respublikası İXM-nin 327.8ci maddəsinin tərkib əlaməti olduğuna görə onun barəsində inzibati qaydada tənbeh tədbiri seçilməsi üçün Bərdə rayon X12 X17 göndərilmişdir. Ona görə də Bərdə rayon DYPİ-nin YPX-nin baş inspektoru polis kapitanı X9 tərəfindən Şəxs barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati icraat aparılan şəxs Şəxs öz ifadəsində göstərdi ki, maşında xəstəsi olub, tələsirmiş. Odur ki, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. İnzibati materiala əlavə edilmiş BC252629 nömrəli Azərbaycan Respublikası Sürücülük Vəsiqəsindən görünür ki, Şəxs BC kateqoriyalı sürücülük hüququ verilmişdir. İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Şəxs xx.xx.1983-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə tərtib edilmiş İXP ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Vaz 21063 markalı, ** BB *** avtomobili idarə edərkən yol nəqliyyat hadisəsi törədərək İXM-nin 327.8ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan Bərdə RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Pərvin Səfərli tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işinin başanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəxs tərəfindən törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində toplanmış HK-1/1546 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində İXM-nin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Bərdə rayon Polis Şöbəsinin DYPB-nə görədilmişdir. Həmçinin xx.xx.2023-cü il tarixli “cinayət işinin başanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, xx.xx.2023-cü il tarixli 391 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktında X4 xx.xx.2023-cü il tarixdə saat 18.15 radələrində alkoqol sərxoşluğu əlamətinin aşkar olunmadığı göstərilmişdir. Həmçinin xx.xx.2023-cü il tarixli “cinayət işinin başanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, xx.xx.2023-cü il tarixli 392 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktında Şəxs xx.xx.2023-cü il tarixdə saat 18.17 radələrində alkoqol sərxoşluğu əlamətinin aşkar olunmadığı göstərilmişdir. Həmçinin xx.xx.2023-cü il tarixli “cinayət işinin başanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, materiala əlavə edilmiş məhkəmə tibb ekspertizasının xx.xx.2023-ci il tarixli, 283 nömrəli rayon polis şöbəsinə xx.xx.2023-cü il tarixdə daxil olmuş rəyindən görünür ki, X3 bədəni üzərindən məhkəmə-tibb müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- sağ almacıq, təpə, sağ qulaq seyvanı nahiyələrinin əzilmiş yaraları küt əşyanın təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi zamanı sürücü kimi törənə bilər, törənmə müddəti xx.xx.2023- cü il tarixə uyğun gəlir və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddirlər. Həmçinin xx.xx.2023-cü il tarixli “cinayət işinin başanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, materiala əlavə edilmiş məhkəmə tibb ekspertizasının xx.xx.2023-cü il tarixli,285 nömrəli rayon polis şöbəsinə xx.xx.2023-cü il tarixdə daxil olmuş rəyindən görünür ki, X8 məhkəmə-tibb müayinəsi zamanı aşkar edilmiş xəsarətlərsol və sağ diz oynağı nahiyələrinin sıyrıqları küt əşyanın təsirindən törənmişdir, yol nəqliyyat hadisəsi zamanı sərnişin kimi törənə bilər, törənmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Həmçinin xx.xx.2023-cü il tarixli “cinayət işinin başanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, materiala əlavə edilmiş məhkəmə tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 286 nömrəli rayon polis şöbəsinə xx.xx.2023-cü il tarixdə daxil olmuş rəyindən görünür ki, Şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Beləliklə, aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Bərdə rayon Yeni Əyricə kəndində, kənd arası yolda Bərdə rayon Yeni Əyricə kəndində yaşayan Şəxs idarə etdiyi Vaz 21063 markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobil ilə qarşı hərəkət zolağında hərəkətdə olan Bərdə rayon Qazıqurdalı kəndində yaşayan X3 idarə etdiyi Kia Rio markalı, ** VG *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağına çıxmış və nəticədə həmin avtomobillər toqquşaraq yolnəqliyyat hadisəsi baş vermişdir. Hadisə nəticəsində X1 qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət almış, X2 zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarət almış, Şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli İXP № ******* nömrəli protokolla və iş materialları ilə sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 327.8.ci maddəsinə sasən, Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törədən Şəxs əməlində onun məsuliyyətini yüngülləşdirən hal əməlindən səmimi peşmançılıq hissi keçirməsi və ilk dəfə inzibati xəta törətməsidir. Məhkəmə tərəfindən inzibati xəta törədən Şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xəta törətmiş Şəxs şəxsiyyətini, əməlindən peşimançılıq hissi keçirməsini nəzərə alaraq hesab edir ki, onun barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 200 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan RespublikasınınİXM-nin 327.8, 360, 362- 365, 425, 430-432-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs İXM-in 327.8-ci mаddəsi ilə təqsirli bilinib bаrəsində 200 (iki yüz) manat məbləğində inzibаti cərimə tənbehi tətbiq edilsin. Qərаrın surəti inzibаti xətа törətmiş və protokol tərtib etmiş şəxsə göndərilsin. Qərаrın icrаsı Bərdə rаyоn İcra və Probasiya Şöbəsinə həvаlə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə və ya birbaşa Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №3(021)-1103/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1103/2023
19.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver