Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1103/2024 21.09.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Babək Vaqif oğlu Tağıyevin katibliyi, Bərdə rayon İcra və probasiya şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Bərdə rayonu Tağılar kəndində doğulmuş, evli, orta təhsilli, işsiz, ünvan 1 ünvanında yaşayan barəsində inzibati icraat aparılan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ Bərdə rayon İcra və probasiya şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bərdə rayon Məhkəməsinin 2(021)-256/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs 613 manat pul tələbkarın xeyrinə ödəməlidir. Məhkəmə iclasında Bərdə rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 eyni zamanda göstərdi ki, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs Bərdə rayon Məhkəməsinin 2(021)-3577/2019 saylı xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs hər ay 140 manat sabit pul məbləğində aliment tələbkarın xeyrinə ödəməlidir. Hal-hazırda yaranmış aliment borcu 2400 manat, digər icra vərəqəsi üzrə isə qalıq borc məbləği 240 manat təşkil edir. Barəsində qanunamüvafiq tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərdi ki, onun maddi imkanı olmadığından borcunu ödəyə bilməmişdir. Belə ki, anası xəstə olduğundan və yeni ailə həyatından üç azyaşlı uşağı olduğu üçün maddi imkansızlıqdan əziyyət çəkir. Təxminən 15 gündür ki, Bakıda fəhlə işləyir. Tələbkara aliment borcundan bugünki tarixə 450 manat və digər qərar üzrə olan cəmi 240 manat borcundan 50 manat məbləği isə məhkəmə iclasında ödəməyə hazırdır. Qeyd etdi ki, qısa müddət ərzində yaranan borcu ödəyəcəkdir. Həmçinin üzərinə düşən alimenti hər ay vaxtı vaxtında ödəyəcək. Odur ki, inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, icra məmurunun və inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs təqsirliliyi sübuta yetirilmədiyindən icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə istinadən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər-hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, iş materiallarına və tərəflərin izahatına əsasən müəyyən olunur ki, borclu Şəxs aliment borcundan hal-hazırda 450 manat məbləğində, 50 manat isə tələbkar X2 poçt hesabına hesabına ödənilmişdir. Göstərilən hal borclunun icra sənədinin icrasına qərəzsiz münasibətinin göstəricisi hesab olunur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, borclu barədə icra vərəqəsi üzrə aliment borcuna dair xeyli müddətdə icra prosesi davam etməsinə baxmayaraq yalnız indiki mərhələdə məcburi icra tədbirlərinin görülməsinə zərurət yaranmışdır. Başqa sözlə, keçən müddətdə aliment öhdəliyi şəxs tərəfindən qüsursuz icra olunmuşdur. Digər icra vərəqəsi üzrə isə cəmi 190 manat məbləğində ödənilməmiş borc qalmışdır. Məhkəmə göstərilən xüsusatlardan yanaşaraq hesab edir ki, borclu icra sənədinin icrası ilə icra məmurunun qanuni tələblərindən yayınmadığından onun təqsirliliyi sübut olunmur. Göstərilən səbəbdən inzibati xətalar haqqında işlər üzrə başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməyərək, İXM-nin 53.2-ci maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyindən inzibati xətalar haqqında işlər üzrə başlanmış icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Ziya Abdullayev
Məhkəmə qərarları › İş №3(021)-1103/2024
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1103/2024
21.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver