Məhkəmə qərarları › İş №3(021)-1104/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-1104/2021

11.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-1104/2021 11.09.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, Bərdə rayon icra və probasiya şöbəsinin icra məmuru X4 oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1999-cu ildə Bərdə rayonunda anadan olmuş, Bərdə rayon H.Əliyev prospekti 4, 5 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bərdə rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə, Müəyyən etdi: Bərdə rayon icra şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilərək baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Bərdə rayon icra şöbəsinin rəisi X4 oğlu izahat verərək göstərdi ki, Bərdə Rayon Məhkəməsinin 25.02.2021-ci il tarixli, 2(021)-488\2021 nömrəli icra sənədi üzrə Toğrul Sahib oğlundan və X2 593 manat əsas borc, 137 manat cərimə borcu olmaqla, ümumilikdə 730 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu "xxxx" MMCnin xeyrinə tutulmalıdır. Şəxs dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq borclu icra sənədinin icrasını təmin etməmişdir, 760 manat borcu vardır. Buna görə də borclu Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Şuşa şəhərində tikintidə işləyir. Məhkəmə qərarından xəbəri olmamışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bərdə rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında material Bərdə rayon icra və probasiya şöbəsinə geri qaytarmalıdır. Belə ki, inzibati xəta haqqında MN ******* saylı protokola əlavə olunmuş sənədlərdən müəyyən olunmuşdur ki, Bərdə Rayon Məhkəməsinin 25.02.2021-ci il tarixli, 2(021)- 488\2021 nömrəli icra sənədi üzrə Toğrul Sahib oğlundan və X2 593 manat əsas borc, 137 manat cərimə borcu olmaqla, ümumilikdə 730 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri araşdırarkən müəyyən etmişdir ki, Bərdə rayon İcra və Probasiya şöbəsi borclu Şəxs təqaüd alıb-almaması, ərazidə yaşaması, (qeydiyyatı), işləyib-işləməməsi, torpaq sahələrinin və mal-qarasının olub –olmaması barədə sorğular göndərilmədən və heç bir məlumat əldə etmədən inzibati protokol tərtib etmişdir. Yuxarıda qeyd olunan halları nəzərə alan məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada həbs olunması üçün əsaslar yaranmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə görə protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Buna görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, icra məmurunun izahatını dinləyən, inzibati materiala əlavə olunmuş sənədləri araşdıran və qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bərdə rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında material Bərdə rayon icra və probasiya şöbəsinə geri qaytarmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bərdə rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş, inzibati xəta haqqında material Bərdə rayon icra və probasiya şöbəsinə geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar