Məhkəmə qərarları › İş №3(021)-1104/2022

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1104/2022

23.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1104/2022 23.08.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Bərdə rayon Yol Patrul Xidmətinin inspektoru X2 Barəsində inzibati icraat aparılan X1 iştirakları ilə, 04 aprel 1996-cı il tarixdə Ağdam rayon Qiyaslı kəndində doğulmuş, evli, Bərdə şəhərində yaşayan X1 Bərdə rayon Yol Patrul Xidmətinin inspektoru X2 16 avqust 2022-ci il tarixli, İXP ******* saylı inzibati tənbeh vermə haqqında protokolun ləğv edilməsinə dair işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Bərdə Rayon Məhkəməsinə X1 barəsində olan inzibati xəta haqqında 16 avqust 2022-ci il tarixli, İXP ******* saylı protokoldan verdiyi şikayət daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, 16 avqust 2022-ci il tarixli, İXP ******* seriyalı qərarı ilə o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 400 manat cərimə edilmişdir. Bildirir ki, o polis əməkdaşları tərəfindən məcbur edildiyi üçün protokolu imzalamışdır. Həmçinin içkili olduğuna dair qeyd aparmışdır, lakin qeyd edir ki, məcbur qaldığı üçün etmişdir. Ona demişlər ki, imzalamasa avtomobilini ona verməyəcəklər. 16 avqust 2022-ci il tarixli, İXP ******* saylı protokolla qəti olaraq razı deyil. Polis əməkdaşları tərəfindən saxlanılan zaman Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən saxlanılmışdır. Guya ki, o, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə əməliyyatı törətmişdir. Əslində isə o belə bir qanun pozuntusuna yol verməmişdir. Polis əməkdaşları onu alkotestr vasitəsi ilə yoxlayan zaman onda 1 faiz sərxoşluq dərəcəsi təyin olunmuşdur. 1 faizə görə heç bir məsuliyyət yaranmır Qanunun tələbinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin tərkibinin yaranması üçün ən azı 2 faiz sərxoşluq dərəcəsi müəyyən olunmalıdır. Bundan sonra o polis əməkdaşları tərəfindən həkim müayinəsindən keçirilmiş, müayinə nəticəsində 16 avqust 2022-ci il tarixli, 1008 saylı akt tərtib olunmuş, onun 4 faiz sərxoşluq dərəcəsinə malik olduğu göstərilmişdir. Həmin akt da tamamilə qanunsuz və əsassızdır. Çünki məlum olduğu kimi sərxoşluq dərəcəsi istənilən həkim tərəfindən deyil, xüsusi səlahiyyətli həkim narkoloq tərəfindən təyin edilməlidir. Aktı tərtib edən həkim Məmmədov isə Bərdə Mərkəzi Rayon Xəstəxansının həkimi olsa da, aktda konkret olaraq onun hansı ixtisasa sahib olduğu göstərilməmişdir. Həmçinin aktda sərxoşluq dərəcəsinin məhz hansı aparatla müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə, tibbi müayinəyə göndərilmə barədə protokolla, habelə müayinə olunan şəxsin təşəbbüsü ilə həyata keçirilir. Həmçinin aktda sərxoşluq dərəcəsinin hansı aparatla müəyyən olunduğu da göstərilməmişdir ki, bu da aktın qanunsuz olduğuna dəlalət edir. Bundan başqa aktda da görünür ki o, aktı imzalamaqdan imtina etmişəm. Çünki akt tamamilə qanunsuz və qərəzli . Belə olan halda həkim və polislər tərəfindən onun aktı imzalamamağıyla bağlı əlavə akt tərtib etməli idilər. Lakin bunu etmədilər. Belə olduğu halda onun aktı imzalamamağıyla bağlı prosesə şahidlər cəlb olunmalı, onlar aktı imzalamalı idi. Lakin bunları da etməmişlər. Bütün bunlardan görünür ki, onda 4 faiz yox1 faiz sərxoşluq dərəcəsi olmuşdur. Qərəzli şəkildə saxta akt tərtib olunaraq onun barəsində əsassız protokol yazılmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 şikayətin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Bərdə rayon Yol Patrul Xidmətinin inspektoru X4 protokolun dəlillərinə uyğun izahat verərək şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə proses iştiraçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, verilmiş şikayət təmin edilməməlidir. Belə ki, barəsində inzibati icraat aparılan şəxs inzibati protokoldan şikayət vermişdir ki, belə hal da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Qanunvericilikdə yalnız inzibati tənbeh tətbiq etmə haqqında qərardan şikayətin verilməsi halları nəzərdə tutulmuşdur. Şərh olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: X1 16 avqust 2022-ci il tarixli, İXP ******* saylı protokoldan verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar