Məhkəmə qərarları › İş №3(021)-1104/2023

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1104/2023

20.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1104/2023 20.06.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Bərdə rayon İcra və probasiya şöbəsinin icra məmuru X2, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1985-ci il tarixdə Bərdə rayonunda doğulmuş, fərdi qaydada sahibkarlıq fəaliyyti ilə məşğul olan, evli, ünvan 1 ünvanın qeydiyyatda olmaqla yaşayan barəsində inzibati icraat Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ Bərdə rayon İcra və probasiya şöbəsindən daxil olmuş MN ******* saylı 08 iyun 2023-cü il tarixli inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Hidayətov X1 Respublikası Dövlət Gömrük Komitəsi, Baş Gömrük İdarəsinin 12000/5237 sayli 19 iyul 2021-ci il tarixli icra sənədinə 10 000 manat, 11000/0660 saylı 18 may 2021-ci il tarixli icra sənədinə əsasən 10 000 manat, 11000/0308 saylı 09 mart 2021-ci il tarixli icra sənədinə əsasən 9626 manat, 11000/1079 saylı 17 iyul 2020-ci il tarixli icra sənədinə əsasən 8568 manat, 11000/1302 saylı 08 sentyabr 2020-ci il tarixli icra sənədinə əsasən 9195.98 manat, 11000/1384 saylı 21 yanvar 2022-ci il tarixli icra sənədinə əsasən 10 000 manat, 11000/1385 saylı 21 yanvar 2022-ci il tarixli icra sənədinə əsasən 7619 manat, 12000/3561 saylı 06 mart 2022-ci il tarixli icra sənədinə əsasən 1000 manat, 11000/1383 saylı 21 yanvar 2022-ci il tarixli icra sənədinə əsasən 10 000 manat, 12000/1275 saylı 19 yanvar 2022-ci il tarixli icra sənədinə əsasən 7497 manat ,12000/1090 saylı 17 yanvar 2022-ci il tarixli icra sənədinə əsasən 10 000 manat, 12000/1093 saylı 17 yanvar 2022-ci il tarixli icra sanədinə əsasən 10 000 manat, 12000/1091 saylı 17 yanvar 2022-ci il tarixli icra sənədinə əsasən 10 000 manat, 12000/1089 saylı 17 yanvar 2022-ci il tarixli icra sənədinə əsasən 10 000 manat, 12000/1269 saylı 19 yanvar 2022-ci il tarixli icra sənədinə əsasən 8109 manat, 12000/1270 saylı 19 yanvar 2022-ci il tarixli icra sənədinə əsasən 7803 manat, 12000/1273 saylı 19 yanvar 2022-ci il tarixli icra sənədinə əsasən 4007.75 manat, 12000/1386 saylı 21 yanvar 2022-ci il tarixli icra sənədinə əsasən 7619 manat, 11000/3017 saylı 09 sentyabr 2022-ci il tarixli icra sənədinə əsasən 12165 manat, 12000/11186 saylı 22 dekabr 2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 10 000 manat alınaraq həmin xidmətin xeyrinə ödənilməlidir. Məhkəmə iclasında Bərdə rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 göstərdi ki, Hidayətov X1 Respublikası Dövlət Gömrük Komitəsi, Baş Gömrük İdarəsinin 12000/5237 sayli 19 iyul 2021-ci il tarixli icra sənədinə 10 000 manat, 11000/0660 saylı 18 may 2021-ci il tarixli icra sənədinə əsasən 10 000 manat, 11000/0308 saylı 09 mart 2021-ci il tarixli icra sənədinə əsasən 9626 manat, 11000/1079 saylı 17 iyul 2020-ci il tarixli icra sənədinə əsasən 8568 manat, 11000/1302 saylı 08 sentyabr 2020-ci il tarixli icra sənədinə əsasən 9195.98 manat, 11000/1384 saylı 21 yanvar 2022-ci il tarixli icra sənədinə əsasən 10 000 manat, 11000/1385 saylı 21 yanvar 2022-ci il tarixli icra sənədinə əsasən 7619 manat, 12000/3561 saylı 06 mart 2022-ci il tarixli icra sənədinə əsasən 1000 manat, 11000/1383 saylı 21 yanvar 2022-ci il tarixli icra sənədinə əsasən 10 000 manat, 12000/1275 saylı 19 yanvar 2022-ci il tarixli icra sənədinə əsasən 7497 manat ,12000/1090 saylı 17 yanvar 2022-ci il tarixli icra sənədinə əsasən 10 000 manat, 12000/1093 saylı 17 yanvar 2022-ci il tarixli icra sanədinə əsasən 10 000 manat, 12000/1091 saylı 17 yanvar 2022-ci il tarixli icra sənədinə əsasən 10 000 manat, 12000/1089 saylı 17 yanvar 2022-ci il tarixli icra sənədinə əsasən 10 000 manat, 12000/1269 saylı 19 yanvar 2022-ci il tarixli icra sənədinə əsasən 8109 manat, 12000/1270 saylı 19 yanvar 2022-ci il tarixli icra sənədinə əsasən 7803 manat, 12000/1273 saylı 19 yanvar 2022-ci il tarixli icra sənədinə əsasən 4007.75 manat, 12000/1386 saylı 21 yanvar 2022-ci il tarixli icra sənədinə əsasən 7619 manat, 11000/3017 saylı 09 sentyabr 2022-ci il tarixli icra sənədinə əsasən 12165 manat, 12000/11186 saylı 22 dekabr 2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 10 000 manat alınaraq həmin xidmətin xeyrinə ödənilməlidir. İcra sənədi Bərdə Rayon İcra və Probasiya Şöbəsinə 08 sentyabr 2020-ci il tarixdə daxil olub, icraata başlanılmış, tərəflərə məlumat verilmişdir. Tərəflər İcra və Probasiya Şöbəsində olmuşdur. Borclu hər dəfə bildirmişdir ki, ailə vəziyyəti ilə əlaqədar olaraq həmin pulun ödəyə bilmir. Məhkəmədən barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə ifadə verib göstərmişdir ki, icra sənədi ilə tanışdır. Həmi qərarına əsasən 164210 (yüz altmış dörd min iki yüz on) manat borcu yaranmışdır. Lakin onun tərəfindən heç bir qanun pozuntusu olmayıb. Həmin borcu ödəyə bilmir. Buna səbəb ailə vəziyyətinin ağır olmasıdı. Heç bir yerdə işləmir. Adına heç bir əmlak yoxdur. Ailəlidir. Vaxt verilərsə gələcəkdə ödəyə biləcəyini bildirmişdir. Məhkəmədən ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə daxil olmuş protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, protokol qanuni və əsaslı olduğundan Şəxs həmin protokol əsasında məsuliyyətə cəlb edilməlidir. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi özünün etirafı, icra məmurunun izahatı, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş MN ******* nömrəli 08 iyun 2023-cü il tarixli inzibati xəta haqqında protokolla və digər iş materialları ilə təsdiq olunur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Baş Gömrük İdarəsinin 12000/5237 sayli 19 iyul 2021-ci il tarixli, 11000/0660 saylı 18 may 2021-ci il tarixli, 11000/0308 saylı 09 mart 2021-ci il tarixli, 11000/1079 saylı 17 iyul 2020-ci il tarixli, 11000/1302 saylı 08 sentyabr 2020-ci il tarixli, 11000/1384 saylı 21 yanvar 2022-ci il tarixli, 11000/1385 saylı 21 yanvar 2022-ci il tarixli, 12000/3561 saylı 06 mart 2022-ci il tarixli, 11000/1383 saylı 21 yanvar 2022-ci il tarixli, 12000/1275 saylı 19 yanvar 2022-ci il tarixli,12000/1090 saylı 17 yanvar 2022-ci il tarixli, 12000/1093 saylı 17 yanvar 2022-ci il tarixli, 12000/1091 saylı 17 yanvar 2022-ci il tarixli, 12000/1089 saylı 17 yanvar 2022-ci il tarixli, 12000/1269 saylı 19 yanvar 2022-ci il tarixli, 12000/1270 saylı 19 yanvar 2022-ci il tarixli, 12000/1273 saylı 19 yanvar 2022-ci il tarixli, 12000/1386 saylı 21 yanvar 2022-ci il tarixli, 11000/3017 saylı 09 sentyabr 2022-ci il tarixli, 12000/11186 saylı 22 dekabr 2022-ci il tarixli qərarlarına əsasən vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və Konstitusiya Məhkəməsinin Plenumunun 25 dekabr 2020-ci il tarixli Qərarının tələblərinə uyğun olaraq həmin maddənin “Qeyd” hissəsinin tələbləri nəzərə alınmaqla 50 (əlli) faizi həddində, yəni 164210 (yüz altmış dörd min iki yüz on) manat inzibati cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi gərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 12.1-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsini tələbinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 3.2-ci məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İş materiallarından aydın odur ki, sözügedən icra sənədinin tələbləri yerinə yetirilmədiyindən icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, adı çəkilən Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə rarşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanistana qarşı” işində bu prinsipi belə vurğulamışdır:”...Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı”. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2, 12 və 35ci maddələrinin mənası baxımından, şəxs həmin Məcəllənin 529.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə və digər orqanların icra etmədikdə, yenidən inzibati məsuliyyətə cəlb oluna bilər. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsinin tərkibi olduğundan o, həmin maddə ilə məsuliyyətə cəlb edilməklə barəsində inzibati qaydada ictimai işlər tətbiq edilməlidir. Bundan başqa məhkəmə həmçinin onu da xüsusi olaraq qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas fəlsəfəsi onu yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq və ya onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Göstərilənlərə əsasən məhkəmə belə hesab edir ki, Hidayətov X1 Respublikası Dövlət Gömrük Komitəsi, Baş Gömrük İdarəsinin 12000/5237 sayli 19 iyul 2021-ci il tarixli, 11000/0660 saylı 18 may 2021-ci il tarixli, 11000/0308 saylı 09 mart 2021-ci il tarixli, 11000/1079 saylı 17 iyul 2020-ci il tarixli, 11000/1302 saylı 08 sentyabr 2020-ci il tarixli, 11000/1384 saylı 21 yanvar 2022-ci il tarixli, 11000/1385 saylı 21 yanvar 2022-ci il tarixli, 12000/3561 saylı 06 mart 2022-ci il tarixli, 11000/1383 saylı 21 yanvar 2022-ci il tarixli, 12000/1275 saylı 19 yanvar 2022-ci il tarixli,12000/1090 saylı 17 yanvar 2022-ci il tarixli, 12000/1093 saylı 17 yanvar 2022-ci il tarixli, 12000/1091 saylı 17 yanvar 2022-ci il tarixli, 12000/1089 saylı 17 yanvar 2022-ci il tarixli, 12000/1269 saylı 19 yanvar 2022-ci il tarixli, 12000/1270 saylı 19 yanvar 2022-ci il tarixli, 12000/1273 saylı 19 yanvar 2022-ci il tarixli, 12000/1386 saylı 21 yanvar 2022-ci il tarixli, 11000/3017 saylı 09 sentyabr 2022-ci il tarixli, 12000/11186 saylı 22 dekabr 2022-ci il tarixli qərarına əsasən borclu Şəxs 164210 (yüz altmış dörd min iki yüz on) manat alınaraq həmin xidmətin xeyrinə ödənilməlidir. Şəxs barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 240 saat ictimai işlər inzibati tənbeh tədbiri tətbiq edilməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Həmçinin məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə almışdır. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARALDİ Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 240 (iki yüz qırx) saat ictimai işlər inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Bərdə rayon İcra və probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar