Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1104/2024 21.09.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Babək Vaqif oğlu Tağıyevin katibliyi, Bərdə rayon X11 Təhlükəsizlik Bölməsinin sahə rəisi X1, Zərərçəkmiş şəxslər X6 və X8, Barəsində inzibati icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Bərdə Rayonu Kolayır kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, Bərdə rayonu Kolayır kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrilə ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ Bərdə rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 21 sentyabr 2024-cü il tarixdə Bərdə şəhəri, H.Əliyev prospektində uca səslə nalayıq ifadələr işlədərək polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında Bərdə rayon X11 Təhlükəsizlik Bölməsinin sahə rəisi X4 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə 02:02 radələrində Bərdə RPŞ-nin PPXB-nin əməkdaşları VAZ 2106 markalı ** XB *** dövlət qeydiyyat nişanlı avtomobilin Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən H.Əliyev parkının qarşısında avtoxuliqanlıq hərəkətləri edərək, həmin parkın qarşısında dayanıb. Bu zaman Bərdə RPŞ-nin YPXN-nin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edən zaman X9 özü polis əməkdaşlarına spirtli içki qəbul etdiyini və avtomobili idarə etmək üçün heç bir sənədinin olmadığını bildirmişdir. Həmin vaxtı polis əməkdaşları avtomobilin duracağa getməsini, özünün isə sərxoşluq müayinəsinə dəvət etmişlər. X3 polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq xırda xuliqanlıq edərək polis əməkdaşlarına qarşı tabesizlik göstərmişdir. Məhkəmədən qanunamüvafiq tətbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə yaşadığım kənddə spirtli içki qəbul edərək qardaşı X7 məxsus VAZ 2106 markalı avtomobilə əyləşərək səhhətində narahatçılıq olduğu üçün Bərdə rayon Mərkəzi Xəstəxanasına gəlmişdir. Xəstəxanadan çıxıb Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən H.Əliyev parkının qarşısında dayanmışdır. Həmin vaxtı YPX-nin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etdilər. Həmin vaxt o polis əməkdaşlarına spirtli içki qəbul etdiyini və avtomobili idarə etməyi üçün heç bir sənədinin olmadığını və X2isi olduğunu onlara bildirmişdir. Onlar öz aralarında söhbət edən zaman sözlə mübahisələri yarandı. Həmin vaxtı müharibə zamanı xəsarət aldığı qolundan polis əməkdaşları tutub Bərdə Rayon Polis Şöbəsinə gətirmişlər. Baş vermiş inzibati hadisə ilə bağlı özünü təqsirli bilir və əməlindən peşmandır. Məhkəmə iclasında zərərşəkmiş şəxs X6 verdiyi izahatında göstərdi ki, xx.xx.2024cü il tarixdə gecə saat 02:02 radələrində Bərdə RPŞ-nin PPXB-nin əməkdaşları 6363 saylı radiostansiya vasitəsi ilə onlara məlumat verərək VAZ 2106 markalı** XB *** dövlət qeydiyyat nişanlı avtomobilin Bərdə şəhəri, H.Əliyev prospektində yerləşın H.Əliyev prakının qarşısında avtoxuliqanlıq hərəkətləri etdiyini və həmin əraziyə yaxınlaşmalı olduğunu bildirdi. Onlar həmin əraziyə yaxınlaşmışlar və həmin avtomobil dayanıqlı vəziyyətdə idi, sürücüyə yaxınlaşaraq özlərini təqdim etmişlər. Sürücü ona yaxınlaşan kimi sərxoş olduğunu və heç bir sənədlərinin olmadığını bildirdi. Onlar həmin şəxsin avtomobilini duracağa təmin edəcəklərini və onu müayinəyə dəvət etdilər. Həmin şəxs Qarabağ döyüşlərində “Qazi” olduğunu heç bir yerə getməyəcəyini, avtomobil sərxoş halda idarə edəcəyini və onlar “gedin işinizlə məşğul olun” kimi ifadələr işlətdi. Onlar həmin şəxsi nizam-intizama dəvət etsələr də o, uca səslə ünvansız nalayiq ifadələr işlətməyə başladı. Onlar onu dəfələrlə nizam-intizama dəvət etsələr də o, onların qanuni tələblərinə tabe olmayaraq daha da aqressiv formada uca səslə ünvansız nalayiq ifadələr işlədərək ətraf kütlənin diqqətini öz üzərinə çəkməyə çalışdı. Həmin şəxs onlara əl-qol hərəkətləri edərək təkrar “Qazi” olduğunu heç bir yerə getməyəcəyini və onların başına oyun açacağını bildirirək həmin yerdən qaçaraq uzaaqlaşmaq istədi, lakin onlar həmin şəxsi tutaraq həmin əraziyə PPXB-nin əməkdaşlarını dəvət edərək şəxsin RPŞ-nə gətirilməsini təmin etmişlər. Məhkəmə iclasında zərərşəkmiş şəxs X12 eyni məzmunlu izahat verərək qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan sənədləri və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək belə qənaətə gəlir ki, Bərdə rayon X11 Təhlükəsizlik Bölməsinin sahə rəisi X4 tərəfindən tərtib edilmiş protokol qanuni və əsaslıdır. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 520 və 535-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi özünün etirafı, protokol tərtib etmiş sahə müvəkilinin izahatı, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş MN ******* nömrəli 21 sentyabr 2024-cü il il tarixli inzibati xəta haqqında protokolla və digər iş materialları ilə təsdiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən səmimi peşmançılığı və ikinci qrup əlil olması onun məsuliyyətini yüngülləşdirən haldır. İnzibati Xətalara Məcəlləsinin 30.2-ci maddəsi inzibati həbsə dair müəyyən edir ki, ikinci qrup əlil barəsində inzibati həbs tətbiq edilə bilməz. İXM-nin 31.4-1-ci maddəsinə istinadən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, hesab edirəm ki, Şəxs xırda xuliqanlıq inzibati xətanı törətməsi özünün etirafı, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatları və digər sübutlarla tam təsdiq olunduğundan o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Bundan başqa məhkəmə həmçinin onu da xüsusi olaraq qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas fəlsəfəsi onu yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq və ya onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Bərdə rayon İcra və probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surətindən təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Ziya Abdullayev
Məhkəmə qərarları › İş №3(021)-1104/2024
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1104/2024
21.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver