Məhkəmə qərarları › İş №3(021)-1105/2024

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1105/2024

02.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1105/2024 02.10.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi ilə, xx.xx.1988-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bərdə rayonu, Bala Qacar kəndində yaşayan Şəxs, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (Bundan sonra İXM) 327.8-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair DİN BDYPİ YPX-dan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: DİN BDYPİ YPX-dan daxil olmuş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallara əsasən Şəxs barəsində xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, xx.xx.2024-cü il tarixdə saat 08:45 radələrində Yevlax- Ağdam-Laçın yolunun Bərdə rayonu Əliyanlı kəndi ərazisindən keçən 32-ci kilometrliyində, sürücü xx.xx.1988-ci il təvəllüdlü, Bərdə rayonu Şirvanlı İƏD üzrə Balaqəcər kəndində yaşayan Şəxs idarə etdiyi “BMW X-5 minik” markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.1976-cı il təvəllüdlü, Bərdə rayonu Əliyanlı kəndində yaşayan X9 idarə etdiyi “Vaz 21074 minik” markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə “Vaz 21074 minik” markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti almışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində göstərilən inzibati xətaya yol vermişdir. Ona görə də BDYPİ YPX-nin Xİİİ Tağım polis kapitanı X7 tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və protokol tərtib edən şəxs və ya səlahiyyətli orqanın nümayəndəsi iştirak etməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolla və iş materialları ilə sübuta yetirilir. Belə ki, inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən Şəxs – xx.xx.1988-ci il tarixdə ünvan 1i ünvanında yaşayır. İş materiallarında olan DİN Baş İstintaq və Təhqiqat İdarəsinin YNH-ə dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsinin təhqiqatçısı, polis mayoru X4 tərəfindən qəbul edilmiş 07 sentyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən material üzrə Şəxs və X8 barəsində cinayət işinin başlanmasının rədd edilməsi, Vət.Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati tənbeh tədbirləri görülməsi və Vət.X12 barəsində İXM-in 327.2-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surətinin BDYPİ-nin YPX Alayına göndərilməsi, qərarın surətinin məlumat üçün maraqlı tərəflərə və rayon prokuroruna göndərilməsi qərara alınmışdır. İş materiallarında olan MTE və PA Birliyi PHŞ-in Bərdə rayon Şöbəsinin eksperti X5 tərəfindən X12 barəsində verilmiş xx.xx.2024-cü il tarixli 579 saylı X6 haqqında Ekspert Rəyinin nəticə hissəsindən görünür ki, Vət.X9 bədəni üzərində müəyyən edilmiş xəsarətlər sol gözyuvasıətrafı nahiyənin qançırı, sol qaş nahiyəsinin əzilmiş yarası küt əşyanın təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi zamanı sürücü kimi olmaqla törənə bilər, törənmə müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İşdə olan 08 avqust 2024-cü il tarixli X2 görünür ki, X9 VAZ-21074 Minik markalı ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilinə yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin ümumi dəyəri 4992 manat təşkil edir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 06 sentyabr 2024-cü il tarixli 8/2255 saylı yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizası rəyinin nəticə hissəsindən müəyyən edilir ki, BMW-X5 markalı ** BS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan DİN BDYPİ YPX polis kapitanı X7 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 08:45 radələrində ünvan 2i ünvanında yaşayan Şəxs tərəfindən İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktlarından görünür ki, X12 və Şəxs hadisənin baş verdiyi xx.xx.2024-cü il tarixdə alkoqol sərxoşluğu əlamətləri olmamışdır. Beləliklə, araşdırma zamanı müəyyən olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə saat 08:45 radələrində Yevlax-Ağdam-Laçın yolunun Bərdə rayonu Əliyanlı kəndi ərazisindən keçən 32-ci kilometrliyində, sürücü xx.xx.1988-ci il təvəllüdlü, Bərdə rayonu Şirvanlı İƏD üzrə Balaqəcər kəndində yaşayan Şəxs idarə etdiyi “BMW X-5 minik” markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.1976-cı il təvəllüdlü, Bərdə rayonu Əliyanlı kəndində yaşayan X9 idarə etdiyi “Vaz 21074 minik” markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə “Vaz 21074 minik” markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti almışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində göstərilən inzibati xətaya yol vermişdir. Azərbaycan Respublikası İXM-nin 327.8.ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törədən Şəxs əməlində onun məsuliyyətini yüngülləşdirən hal ilk dəfə inzibati xəta törətməsi, habelə hadisədən zərərçəkmiş şəxsin şikayətinin olmamasıdır. Məhkəmə tərəfindən inzibati xəta törədən Şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xəta törətmiş Şəxs şəxsiyyətini və hadisə nəticəsində xəsarət alan şəxsin şikayətinin olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 300 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, məhz bu yolla həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xətalara yol verilməsinin qarşısını almaq olar. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan RespublikasınınİXM-nin 327.8, 360, 362-365, 425, 430-432-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs İXM-in 327.8-ci mаddəsi ilə təqsirli bilinib bаrəsində 300 (üç yüz) manat məbləğində inzibаti cərimə tənbehi tətbiq edilsin. Qərаrın surəti inzibаti xətа törətmiş və protokol tərtib etmiş şəxsə göndərilsin. Qərаrın icrаsı Bərdə rаyоn İcra və Probasiya Şöbəsinə həvаlə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə və ya birbaşa Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar