Məhkəmə qərarları › İş №3(021)-1106/2023

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1106/2023

10.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1106/2023 10.07.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Barəsində inzibati icraat aparılan X3 iştirakları ilə, 04 iyul 1964-cü il tarixdə Bərdə rayonunda doğulmuş, ali təhsilli, “X7” Klinikasında həkimstomotoloq işləyən, evli, ünvan 1 ünvanında yaşayan barəsində inzibati icraat X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 22 may 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddələri ilə təqsirli bilinərək 5000 (beş min) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Barəsində inzibati iş üzrə icraata aparılan X4 məhkəməyə şikayət verərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 22 may 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X4 izahat verərək bildirmişdir ki, sözügedən qərar ləğv edilməlidir. Belə ki, ali təhsilli həkim-stomotoloqdur. Uzun illərdir ki fəaliyyət göstərir. Bundan başqa ünvan 2 ünvanında fəaliyyət göstərən “X7” klinikasında 2005-ci ildən çalışır. Klinika hüquqi şəxs kimi fəaliyyət göstərir və bu haqda lisenziyası var. Bu səbəbdən onunda əlavə lisenziya almağına zərurət olması barədə məlumatı olmamışdır. Həmin qərarı qanunsuz hesab edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əzaçılıqla məşğul olmasını nəzərdə tutur ki, o 2005-ci ildən “X7” klinikasında stomotoloq işləyir. Hesab edir ki, həmin maddədə nəzərdə tutulan məsuliyyət ona aid deyil. Odur ki, məhkəmədən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş 22 may 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Setifakatın vaxtını uzada bilməmiş, uşağının səhhəti ilə əlaqədar olaraq lisenziya ala bilməmişdir. Cəriməni ödəməyə isə imkanı yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə məlumat verilməsinə baxmayaraq müvafiq orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri ilə bağlı məhkəməyə heç bir məlumat verməmişdir. Sədrlik edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 22 may 2023cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 şəhəri, A.Əhmədov küçəsi 11 ünvanında fəaliyyət göstərən “X7” klinikasında lisenziya olmadan özəl tibb fəaliyyəti göstərməsi aşkar olunduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətdiyindən 5000 manat məbləğində cərimə edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, verilmiş şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən olunmalıdır. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə müəyyən olundu ki, barəsində inzibati icraat aparılan X4 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 22 may 2023-cü il tarixli, MN ******* saylı qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə əsasən lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə-fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, X4 tərəfindən 22 may 2023-cü il tarixli, MN ******* saylı qərardan verilmiş şikayət əsassızdır. Belə ki, iş materiallarından və inzibati xəta törədən şəxs X3 məhkəmə iclasında verdiyi izahatından da görünür ki, zəruri olan lisenziyaya barəsində inzibati icraat aparılan X1 olmamış, bundan başqa həkim stomotoloq vəzifəsində işləmək üçün verilmiş sertifikatın vaxtı da 2011-ci il də bitmişdir. Buna görə də barəsində düzgün olaraq inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Lakin, hazırki iş üzrə işin hallarının hərətəfli, tam və obyektiv araşdırılmasına maneəçilik törədəcək dərəcədə inzibati xətalar qanunvericiliyinin tələblərinin pozuntusu müəyyən olunmamışdır. Bundan başqa barəsində inzibati icraat aparılan şəxsin cəriməni ödəməyə imkanının olmaması inzibati tənbeh tətbiq etmək haqqında qərarın ləğv edilməsi üçün əsas deyildir. Belə olduğu halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 22 may 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır və verilmiş şikayət əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Şəxsin təqsirli olub-olmaması ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, ya da inzibati xətaya baxmağa səlahiyyəti olan orqanın müvafiq qərarı ilə müəyyən olunur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında olan qərardır. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-137-ci maddələrini rəhbər tutaraq QƏRARALDİ X3 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 22 may 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 22 may 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar