Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1106/2024 23.09.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X1 iclas kаtibliyi, icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Bərdə rayonu Nazırlı kəndində anadan olmuş,orta təhsilli, 3 övladı olan, Bərdə rayon Nazırlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs İXM-in 528.1-ci mаddəsi ilə nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinərək, barəsində Bərdə Rayon İcra və Probasiya Şöbəsi tərəfindən 23 sentyabr 2024cü il tarixdə MN ******* saylı inzibati xəta haqqında prоtоkоl tərtib оlunаrаq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 izahatında göstərdi ki, Bərdə rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(021)-1141/2023 saylı icra sənədi üzrə iddia qismən təmin edilərək cavabdeh Şəxs 7000 (yeddi min) manat məbləğində pul və ödənilmiş 95 manat dövlət rüsumu alınaraq iddiaçı X4 ödənilməsi qət edilmişdir. Cavabdeh borc pul məbləğini ödəyə bilmədiyindən cavabdehin 7095 manat məbləğində borcu yaranmışdır. Borcluya borcun ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu heç bir üzürlü səbəb olmadan icra sənədini icra etmədiyindən onun barəsində inzibati protokol tərtib edilmiş və məhkəməyə verilmişdir. O, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclаsındа inzibati xəta törətməkdə təqsirləndirilən Şəxs izahat verərək bildirdi ki, maddi imkanı yaxşı deyil. Əməlindən peşmandır. Təqaüd kartından savayı heç bir gəlir yeri yoxdur. Əvvəllər fəhlə işləyirmiş. Hal-hazırda heç bir yerdə işləmir. Maddi imkanı olandan sonra borc pul məbləğini hissə-hissə ödəyəcəkdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs İXM-in 528.1-ci mаddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibаti qаydаdа məsuliyyətə cəlb оlunmаlıdır. Belə ki, inzibati iş materiallarına əlavə olunmuş Bərdə rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-1141/2023 saylı icra vərəqəsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş. Cavabdeh Şəxs 7000(yeddi min) manat məbləğində pul və ödənilmiş 95 manat dövlət rüsumu alınaraq iddiaçı X4 ödənilməsi təmin edilmişdir. İnzibаti xəta haqqında iş mаteriаllarına əlаvə edilmiş Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 tərəfindən tərtib edilmiş 23 sentyabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Şəxs 7000 (yeddi min) manat məbləğində pul və ödənilmiş 95 manat dövlıət rüsumunun alınaraq iddiaçı X4 ödənilməsi qət edilmişdir. Nəticədə Şəxs 7095 manat məbləğində borcu yaranmışdır. İcradan yayınaraq Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. İnzibati iş materiallarına əlavə olunmuş tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Bərdə rayonu Nazırlı kənd sakini Şəxs Bərdə rayon məhkəməsinin xx.xx.2023cü il tarixli 2(021)-1141/2023 saylı icra sənədində göstərilən tələbin 10 gün müddətinə könüllü icra edilməsi bildirilmişdir. İnzibati iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli,xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və 18.307.2024-cü il tarixli xəbərdalıqlardan görünür ki, Şəxs borc pulun tələbkar Tural Məmmədova ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İnzibati iş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, icra və probasiya şöbəsinin icra məmurları Bərdə rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-1141/2023 saylı icra sənədi əsasında borclu Şəxs kirayə yaşadığı evə baxış keçirilmişlər. İş üzrə borclu Şəxs qərardan xəbəri olduğunu , lakin ailə vəziyyətini ağır olması səbəbindən borc pul məbləğini tam ödəyə bilmədiyini bildirdmişdir. Baxış keçirildən sonra gündəlik tələbat mallarından başqa əmlak aşkar edilmədiyindən, əmlak üzərinə həbs qoyması mümkün olmamışdır. Əlyazma aktı icra məmurları S.Həsənov, M.Qasımzadə, borclu Şəxs və icra şöbəsinin əməkdaşı R.Mehdiyev imzaları ilə təsdiq etmişlər. İnzibati iş materillarına əlavə olunmuş Azərbaycan Respublikasının İ-44509,İ-5936 nömrəli medal vəsiqələrindən görünür ki, Şəxs “vətən müharibəsi iştirakı” , “suqovuşanın azad olunmasına görə” medallarla təltif edilmişdir. İnzibati iş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixıli 1699 nömrəli arayışdan görünür ki, Şəxs həqiqətən xx.xx.2020-ci il tarixdə “Sol qasıq naiyyəsinin kor qəlpə yarası” diaqnozu ilə müraciət etmiş, tibbi yardım almış, hərbi hissəyə təxliyyə olunmuşdur. İnzibati iş materiallarına əlavə olunmuş vəsiqədən görünür ki, Şəxs Azərbaycan Respublikasının Müdafiə Nazirininin 0182t nömrəli 26.06.208-ci il tarixli Azərbaycan Ordusunun 100 illiyi(1918-2018) yubiley medalı verilmişdir. İXM-in 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin maddəyə görə, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olur. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-1141/2023 saylı icra sənədi üzrə borc pulu maddi imkanı yaxşı olmadığı üçün tam şəkildə ödəyə bilməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə, İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati iş materiallarında olan sənədlərdən görünür ki, inzibati xəta törədən şəxs Şəxs məhkəmənin icra sənədini icra etmək barədə icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 12.1-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Həmin Qanunun Аzərbаycаn Respublikаsı Qаnununun 3.1-ci mаddəsinin tələbinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qаnunun 3.2-ci mаddəsinin tələbinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İş materiallarından aydın olur ki, sözügedən icra sənədinin tələbləri yerinə yetirilmədiyindən icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, adı çəkilən Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». Göründüyü kimi, Şəxs icra sənəndi üzrə borc pulu tam ödəməmiş. Ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq onun icra sənədinin icrasından qəsdən yayınması və məhkəmənin icra sənədini vaxtında icra etməməsi, icraya maneə törətdiyini sübut edir. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаnın xаrаkterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini, təqaüd katından savayı başqa maddi gəlir mənbəyinin olmamasını, halhazırda heç bir yerdə işləməməsini, habelə vətən müharibəsi iştirakçısı olmasını və medallarla təltif olunmasını nəzərə alaraq, belə qənaətə gəlir ki, onun barəsində inzibati cərimə tənbehi tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Eyni zamanda məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində onun məsuliyyətini yüngülləşdirən hal əməlindən peşman olmasıdır, məhkəmə tərəfindən onun əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2, 12 və 35-ci maddələrinin mənası baxımından, şəxs həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə və digər orqanların qərarlarını icra etmədikdə (qərəzli olaraq icra etməmə istisna olmaqla), yenidən inzibati məsuliyyətə cəlb oluna bilər.( Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarı) Belə olan halda, məhkəmə hesab edir ki, inzibati xəta törədən Şəxs İXM-in 528.1-ci mаddəsi ilə təqsirli bilinib, barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilməsi yolu ilə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Göstərilənlərə əsаsən və İXM-in 112, 114, 128-130-cu mаddələrini rəhbər tutаrаq məhkəmə, Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci mаddəsi ilə təqsirli bilinib bаrəsində 500 (beş yüz) manat məbləğində inzibаti cərimə tənbehi tətbiq edilsin. Qərаrın surəti inzibаti xətа törətmiş şəxsə, protokol tərtib etmiş şəxsə və icra sənədi üzrə borcluya göndərilsin. Qərаrın icrаsı Bərdə rаyоn İcra və Probasiya şöbəsinə həvаlə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə və ya birbaşa Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hаkim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №3(021)-1106/2024
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1106/2024
23.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver