Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1107/2024 24.09.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Abdullayev Fərman Firidun oğlunun sədrliyi, X3 iclas katibliyi, protokol tərtib etmiş Bərdə RPŞ-nin sahə rəis polis mayoru X4, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi X5 iştirаkları ilə, xx.xx.1988-ci il tarixdə Yevlax rayon Tanrıqullar kəndində anadan olmuş, Yevlax rayon Tanrıqullar kəndində qeydiyyatda olmaqla Bərdə rayonu Şorəlli kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 157-ci mаddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Bərdə rayon Polis şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair 24 sentyabr 2024-cü il tarixli protokol tərtib edilərək baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs RPŞ İTB-nin polis sahə rəisi, polis mayoru X7 izahat verərək bildirdi ki, Bərdə rayonu Şorǝlli kəndində yaşayan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə Bərdə RPŞ-nə ərizə ilə müraciət edərək, həmin tarixdə yaşadığı evdə əri Şəxs onu döydüyünü bildirmişdir. Həmin məlumat RPŞ-nin “törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabı”-nın 3725-ci sırasında qeydə alınaraq raşdırma aparılmışdır. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Bərdə rayonu Şorəlli kəndində yaşayan Şəxs ilə yaşadığı evdə arvadı Zərərçəkmiş şəxs arasında ailədaxili münasibətlərdən yaranan mübahisə yaranmış, mübahisə zamanı Şəxs arvadı Zərərçəkmiş şəxs döyərək, sonuncuya küt əşyanın təsirindən törənmiş sol bazu, sol bud nahiyələrinin qançırları, sol said, sağ çiyinüstü nahiyələrinin sıyrıqları ilə müşayiət edilən dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Əməldə cinayət tərkibi olmadığına görə onun barəsində cinayət işi başlanması rədd edilmiş, lakin onların əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan barələrində inzibati qaydada tədbir görüllməsi üçün qəbul edilmiş qərarın surəti Bərdə RPŞ-nin X2 göndərilmişdir. Bundan sonra Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, Zərərçəkmiş şəxs onun arvadıdır. Atası öldüyü üçün anası X1 Yevlax rayonunda tək qalmaması üçün yaşadıqları evə gətirmiş və iki il anası Bahar onlarla birlikdə Bərdə rayonu Şorǝlli kəndində qalmışdır. Lakin anası Baharla arvadı Gülxar yaşadıqları evdə yola getmədiklərinə görə, anası təxminən 1 aydır ki, təzədən Yevlax rayonuna ata evlərinə qayıtmışdır. O, təxminən bir aya yaxın müddətdir ki, Kəlbəcər rayonuna İşləmək məqsədilə getmiş və orada qalmışdır. 12.09 2024-cü il tarixdə saat 23 radələrində Kəlbəcərdən yaşadığı eve gelmiş, xx.xx.2024-cü il tarixdə saat 12 radələrində o, anasıyla telefonla danışan zaman Zərərçəkmiş şəxs onun yanına gəlib, ondan anasıyla telefonla danışmamasını istəmiş, buna görə Gülxarla aralarında yaşadıqları evdə ailədaxili münasibətlərdən yaranan sözlə mübahisə olmuş, mübahisə zamanı Gülxar ona "ya ananı seçəssən ya onu" demiş, o, Gülxara anasını seçəcəyini demiş və Gülxardan paltarlarını hazırlamasını istəmişdir. Gülxar yenə evdə səs- küy yaratdığı üçün o, Gülxarın qolundan tutaraq sakit olmasını istəmiş, lakin Gülxar sakitləşmədiyi üçün, o, evdən çıxaraq Yevlax rayonuna anasının yanına getmişdir. Gülxarla aralarında mübahisə olan zaman yaşadıqları evdə kənar şəxs olmamışdır. Aralarında mübahisə təxminən 3-5 dəqiqə davam etmişdir. Arvadı Zərərçəkmiş şəxs ilə xx.xx.2024-cü il tarixdə yaşadıqları evdə mübahisə sözlə olmuşdur. O, mübahisə zamanı arvadı Gülxarı vurmamış və döyməmişdir. Həmçinin ərizə təqdim edərək bildirdi ki, hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır. İnzibati işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs bildirdi ki, hazırda ailə üzvlərilə birlikdə Bərdə rayonu Şorǝlli kəndində yaşayır. Şəxs ilə 2016- cı ildə rəsmi olaraq nikaha daxil olmuş, onların birgə nikahlarından iki övladları vardır. Əri Mehmanla xx.xx.2024-cü il tarixdə saat 12 radələrində yaşadıqları evdə aralarında ailədaxili münasibətlərdən yaranan mübahisə olmuş, mübahisə zamanı əri Mehman onun baş və bədəninə bir neçə dəfə vuraraq onu döymüş və onun ünvanına nalayiq sözlər işlədərək onu təhqir etmişdir. Daha sonra o, evdən çıxacağını bildirdikdə, Mehman özü çıxıb getmişdir. O, buna görə Bərdə RPŞ-nə gələrək ərizə ilə şikayət etmişdir. Mehmanla aralarında mübahisə olan zaman yaşadıqları evdə kənar şəxs olmamışdır. Aralarında mübahisə təxminən 3-5 dəqiqə davam etmişdir. Şəxs onu döyən zaman xəsarət almışdır. Həmçinin məhkəməyə ərizə verərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X8 tərəflərin barışdığını bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs barəsində İXM-in 157-ci mаddələri ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, inzibаti işin mаteriаllarına əlаvə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Bərdə rayon Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarın surətindən görünür ki; Bərdə rayonu Şorǝlli kəndində yaşayan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə Bərdə RPŞ-nə ərizə ilə müraciət edərək, həmin tarixdə yaşadığı evdə əri Şəxs onu döydüyünü bildirmişdir. Həmin məlumat RPŞ-nin “törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabı”-nın 3725-ci sırasında qeydə alınaraq raşdırma aparımışdır. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Bərdə rayonu Şorəlli kəndində yaşayan Şəxs ilə yaşadığı evdə arvadı Zərərçəkmiş şəxs arasında ailədaxili münasibətlərdən yaranan mübahisə yaranmış, mübahisə zamanı Şəxs arvadı Zərərçəkmiş şəxs döyərək, sonuncuya küt əşyanın təsirindən törənmiş sol bazu, sol bud nahiyələrinin qançırları, sol said, sağ çiyinüstü nahiyələrinin sıyrıqları ilə müşayət edilən dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Toplanmış materialda hər hansı bir cinayət əməlinin tərkibinin əlamətləri olmadığından cinayət işi başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Bərdə RPŞnin İTB-nə verilmişdir. Materiala əlavə edilmiş MTE və PA Birliyinin Bərdə rayonlarası Zona Mərkəzinin xx.xx.2024-cü l tarixli 734 nömrəli rəyindən görünür ki, Vət. Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - sol bazu, sol bud nahiyələrinin qançırları, sol said, sağ çiyinüstü nahiyələrinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Bərdə rayon Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “inzibati iş üzrə zərərçəkmiş şəxs kimi tanınma haqqında ” qərardan görünür ki, Zərərçəkmiş şəxs inzibati iş üzrə icraat materialı üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Bərdə RPŞ İTB-nin polis sahə rəisi, polis mayoru X7 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Bərdə rayonu Şorəlli kəndində Şəxs mübahisə zamanı Zərərçəkmiş şəxs döyrək ona fiziki ağrı yetirmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qızı ilə barışmışdır və ondan heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan ödənilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs döyərək bədənin müxtəlif yerlərinə sağlamlığa zərər vurmayan xəsarətlər yetirdiyinə görə onun barəsində İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsinə dair protokol tərtib olunmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs məhkəməyə ərizə verərək barışdıqlarını və ona dəymiş ziyanın ödənildiyini, ondan şikayət və tələbinin olmadığını bildirmiş, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İXM-in 39.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. İXM-in 53.1.9-cu maddəsinə əsasən, Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Beləliklə, məhkəmə iş materiallarını işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək öz daxili inamına əsasən qiymətləndirib hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxslə barışdığına görə iş üzrə icraata xitam verməlidir. Göstərilənlərə əsаsən və İXM-in 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157–ci mаddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərаrdan, qərarın surəti rəsmi qaydada аlındığı gündən 10 (оn) gün müddətində Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hаkim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №3(021)-1107/2024
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1107/2024
24.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver