Məhkəmə qərarları › İş №3(021)-1108/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1108/2021

06.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1108/2021 06.10.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Kərimov Əyyub Vaqif oğlunun sədrliyi, X4 iclas katibliyi, şikayətçi (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) X8 və protokolu tərtib edən şəxs Bərdə Rayon Polis X3 Bölməsinin sahə rəisi, polis mayoru X5 iştirаkları ilə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı törətdiyinə görə Bərdə RPŞ-nin rəis müavini polis polkovnikleytenantı Əflatun Məmmədov tərəfindən qəbul edilmiş 02.09.2021-ci il tarixli MN № ******* nömrəli inzibati tənbehvermə haqqında qərarından şikayətçi (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) X6 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bərdə Rayon Polis Şöbəsinin MN № ******* saylı, 02.09.2021-ci tarixli qərarı ilə X8 İXM-in 211.-ci maddəsi ilə təqsirli bilinib, 4000 (dörd min) manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X8 məhkəməyə şikayət verərək, Bərdə Rayon Polis Şöbəsinin (bundan sonra Bərdə RPŞ) 02.09.2021-ci il tarixli MN № ******* nömrəli qərarın ləğv olunması və onun əməlində inzibati xəta hadisəsi olmadığına görə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, həmin qərarda onun Bərdə rayonu Qaradağlı kəndi ərazisində yerləşən və ona özünə məxsus olan “Sakit Məkan” çayxanasında qəlyan verməsi əsas göstərilmişdir. Hesab edir ki, mənim barəsində qəbul olunmuş inzibati tənbehin tətbiq edilməsi haqqında qərar qanunsuz və əsassız olduğundan məhkəmə qaydasında ləğv edilməli və onun tərəfindən inzibati xəta hadisəsi törədilmədiyindən hazırkı iş üzrə icraata xitam verilməlidir.Belə ki, o həmin vaxt çayxanada bir nəfər şəxslə söhbət edən zaman, polis əməkdaşları ona yaxınlaşaraq onu polis şöbsinə dəvət etdilər. Polis şöbəsində ona bildirdilər ki, işlətdiyi çayxanada müştəriyə qəlyan hazırlayıb vermişdir. Bundan sonra ondan izahat alaraq barəsində protokol tərtib etdilər və bildirdilər ki, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyeniya ve karantin rejimlərinin pozulması ilə nəticələnən qanun pozuntusuna yol verdiyi üçün 4000 manat məbləğində cərimə olunmuşdur. Əlavə olaraq qeyd edir ki, işlətdiyi çayxanada ümumiyyətlə qəlyan olmamışdır, heç bir qəlyan hazırlayıb müştəriyə təklif etməmişdir. Barəsinmdə protokol tərtib edilərkən həmin çayxanada heç bir çəkiliş aparılmamış ve ya şahid dindirilməmişdir. Savadsız olduğumdan polis şöbəsində verdyi izahatın məsuliyyətini dərk etməmişdir.Bundan başqa qeyd edir ki, ailədə dörd nəfərik, ailədə yeganə qazanc gətirən şəxsəm, oğlu vətən müharbəsinin iştirakçısıdır, müharibə veteranıdır. Hazırda 4000 manat məbləğində cəriməni ödəməyə maddi imkanım yoxdur. O, hazırda fiziki şəxs kimi fəaliyyət göstərir, hesab edir ki, barəsində qəbul edilmiş inzibati qərar əsassızdır və ləğv edilməlidir. Odur ki, Bərdə RPŞ-nin rəis müavini polis polkovnik-leytenantı Əflatun Məmmədov tərəfindən qəbul edilmiş 02.09.2021-ci il tarixli MN № ******* nömrəli inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsi və onun əməlində inzibati xəta hadisəsi olmadığına görə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi barədə qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) X8 şikayətini müdafiə edərək bildirmişdir ki, ailəsini Bərdə rayonu Qaradağlı kəndi ərazisində yerləşən özünə məxsus “Sakit Məkan” çayxanasını işlətməklə dolandırır. 02.09.2021-ci il tarixdə çayxanasında oturub 1 nəfərlə söhbət edən zaman polis əməkdaşları çayxanaya daxil olaraq onu polis şöbsinə dəvət etdilər. Polis şöbəsində ona bildirdilər ki, işlətdiyi çayxanada müştəriyə qəlyan hazırlayıb vermişdir. Bundan sonra ondan izahat alaraq barəsində protokol tərtib etdilər və bildirdilər ki, 4000 manat məbləğində cərimə olunmuşdur. Bildirirəm ki, mən çayxana işlədən zaman qəlyan verməmişəm. Qanunlara hörmətlə yanaşmışam. Savadsız olduğu üçün bilməmişdir nəyə imza etdiyini. Məhkəmədən ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bərdə RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X9 çıxış edərək bildirmişdir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, 30.08.2021-ci il tarixdə Bərdə rayonu Qaradağlı kəndi ərazisində yerləşən X7 məxsus “Sakit Məkan” çayxanasında (kafedə) qəlyan satılmışdır. Bununla bağlı həmin kafenin sahibi İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 4000 manat məbləğində cərimə edilməsi barədə 02.09.2021-ci MN № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokol izahat və fakt əsasında yazılıb. Odur ki, X6 şikayətinin təmin edilməməsi barədə qərar qəbul edəsiniz. Məhkəmə tərəfləri dindirib, şikayəti keçirib, şikayətin dəlillərini iş materialları və əlavə təqdim edilmiş sənədlərlə əlaqəli şəkildə araşdırıb hesаb edir ki, şikayət əsaslı olduğundan təmin edilməməlidir. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AZE 17471154 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 05.04.1968-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır. Bərdə Rayon Polis Şöbəsinin sahə rəisi X9 tərəfindən qəbul edilən MN № ******* saylı, 02.09.2021-ci tarixli protokolun surətindən görünür ki, vət.: X8 30.08.2021-ci il tarixdə, saat 22:30-da Bərdə rayonu Qaradağlı kəndi ərazisində yerləşən özünə məxsus olan və işlətdiyi “Sakit Məkan” çayxanasında müştəriyə qəlyan vermişdir. Bərdə Rayon Polis Şöbəsinin rəis müavini polis polkovnik-leytenantı Əflatun Məmmədov tərəfindən qəbul edilmiş 02.09.2021-ci il tarixli MN № ******* nömrəli inzibati tənbehvermə haqqında qərarın surətindən görünür ki, vət.: X8 30.08.2021-ci il tarixdə, saat 22:30-da Bərdə rayonu Qaradağlı kəndi ərazisində yerləşən özünə məxsus olan və işlətdiyi “Sakit Məkan” çayxanasında müştəriyə qəlyan verdiyi üçün İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinib 4000 manat məbləğində cərimə edilmişdir. X6 02.09.2021-ci il tarixdə Bərdə RPŞ-ə verdiyi və imzası ilə təsdiq etdiyi izahatın (Bərdə RPŞ-nin 94 №-li arayışlar üçün möhürü ilə) təsdiq edilmiş surətindən görünür ki, o, iki ildir ki, özünə məxsus “Sakit Məkan” çayxanasını işlədir. 30.08.2021-ci il tarixdə çayxanasına gələn müştəriyə 6 manatın müqabilində qəlyan hazırlayıb vermişdir. Əlindən peşimandır. Bir daha karantin rejimini pozmayacaqdır. Bərdə RPŞ-ndə 02.09.2021-ci il tarixdə № ******* saylı protokolun (Bərdə RPŞ-nin 94 №-li arayışlar üçün möhürü ilə) surətindən görünür ki, vət.: X8 30.08.2021-ci il tarixdə, saat 22:30-da Bərdə rayonu Qaradağlı kəndi ərazisində yerləşən özünə məxsus olan və işlətdiyi “Sakit Məkan” çayxanasında müştəriyə qəlyan vermişdir. Bərdə RPŞ-ndə 02.09.2021-ci il tarixdə № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın (Bərdə RPŞ-nin 94 №-li arayışlar üçün möhürü ilə) surətindən görünür ki, X8 30.08.2021-ci il tarixdə, saat 22:30-da Bərdə rayonu Qaradağlı kəndi ərazisində yerləşən özünə məxsus olan və işlətdiyi “Sakit Məkan” çayxanasında müştəriyə qəlyan verdiyi üçün İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinib 4000 manat məbləğində cərimə edilmişdir. Bərdə RPŞ İTB-nin sahə rəisi X5 RPŞ-nin rəisinə yazdığı raportun (Bərdə RPŞ-nin 94 №-li arayışlar üçün möhürü ilə) surətindən görünür ki, Azərbaycan Respublikası DİN-də aparılan araşdırma zamanı Bərdə şəhəri, Nüşabə küçəsi ev 1-də yaşayan X6 Bərdə rayonu Qaradağlı kəndi ərazisində yerləşən özünə məxsus olan və işlətdiyi “Sakit Məkan” çayxanasında 30.08.2021-ci il tarixdə saat 10:30 radələrində epidemiya əlehinə rejim, sanitariya-gigiyeva və karantin rejimlərini pozaraq müştəriyə qəlyan hazırlayaraq təqdim etməsi müəyyən edilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, inzibati xəta haqqında 02.09.2021-ci il tarixli, MN № ******* saylı protokolu əsasında Bərdə Rayon Polis Şöbəsinin rəis müavini polis polkovnik-leytenantı Əflatun Məmmədov tərəfindən qəbul edilmiş 02.09.2021-ci il tarixli MN № ******* nömrəli inzibati tənbehvermə haqqında qərarına əsasən X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.-ci maddəsi ilə təqsirli bilinərək 4000 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Barəsində inzibati iş üzrə icraata aparılan X8 məhkəməyə şikayət verərək Bərdə RPŞnin 02.09.2021-ci il tarixli MN № ******* nömrəli qərarın ləğv olunması və onun əməlində inzibati xəta hadisəsi olmadığına görə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İXM-in 211.1-ci maddəsinə əsasən, Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə -fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsi”nə dair 2 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu Konstitusiya norması insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İşdən müəyyən edilir ki, X8 30.08.2021-ci il tarixdə, saat 22:30-da Bərdə rayonu Qaradağlı kəndi ərazisində yerləşən özünə məxsus olan və işlətdiyi “Sakit Məkan” çayxanasında müştəriyə qəlyan vermişdir. X1 İXM-in 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 4000 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, hazırki iş üzrə X2 rayonu Qaradağlı kəndi ərazisində yerləşən özünə məxsus olan və işlətdiyi “Sakit Məkan” çayxanasında müştəriyə qəlyan verməklə epidemiya əlehinə rejim, sanitariya-gigiyeva və karantin rejimlərini pozmuşdur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi, X2 rayonu Qaradağlı kəndi ərazisində yerləşən özünə məxsus olan və işlətdiyi “Sakit Məkan” çayxanasında müştəriyə qəlyan verməklə epidemiya əlehinə rejim, sanitariya-gigiyeva və karantin rejimlərini pozmaqla İXM-in 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol verdiyindən barəsində 4000 manat məbləğində inzibati qaydada cərimə edilməsi qərara alınmışdır. Belə olan halda X6 təqsirsiz olması barədə fikirlər əsassızdır. İXM-in 12-ci mаddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. Beləliklə, məhkəmə iş materiallarını işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək öz daxili inamına əsasən qiymətləndirib hesab edir ki, şikayət təmin edilməməli, Bərdə RPŞ-nin inzibati tənbeh vermə haqqında MN № ******* saylı, 02.09.2021-ci tarixli qərarı qüvvəsində saxlanılmalıdır. Göstərilənlərə əsаsən və İXM-in 133, 134, 136-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRАRА АLDİ: Şikayət təmin edilməsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar