Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-1108/2022 20.08.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi Əhmədov Elsun Məzahir oğlu, Bərdə Rayon Polis X1 Bölməsindən daxil olmuş oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə materiallara baxaraq, M ü ə y y ə n e t d i m: Bərdə Rayon Polis X1 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokolla Şəxs 24 iyun 2022-ci il tarixdə Bərdə rayonu Həsənqaya kənd ərazisində yerləşən,X6 məxsus avtomobilin ehtiyyat hissələri mağazasından 80-90 manat məbləğində ehtiyyat hissələrini oğurlamışdır. Bundan başqa, MN ******* saylı inzibati xəta haqqında protokol Şəxs 09 iyul 2022-ci il tarixdə X2 məxsus evdən 80 manat dəyərində metal əşyaları oğurlamışdır. Bundan başqa, MN ******* saylı inzibati xəta haqqında protokol Şəxs 17 iyul 2022-ci il tarixdə Bərdə rayon Alaçadırlı kəndində yaşayan X3 məxsus evin həyatyanı sahəsində yerləşən köməkçi tikilinin zirzəmisindən 01 ədə samovar oğurlamışdır. Bundan başqa, MN ******* saylı inzibati xəta haqqında protokol Şəxs 05 iyun 2022-ci il tarixdə Bərdə rayon Hacallı kəndində yaşayan X5 məxsus "Mercedes benz" markalı avtomobildən 01 ədəd 120-150 manat dəyərində akumlyator oğurlamışdır. İşə baxılması hakimin səlahiyyətinə aiddir. İşə baxılmasına istisna edən hallar mövcud deyildir. Protokollar və iş materialları Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun tərtib edilmişdir. İcraatı rədd edən hallar yoxdur, işə baxılması üçün kifayət qədər sübutlar mövcuddur. Vəsatət və etirazları yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə hesab edir ki, törədilmiş inzibati xətalar eyni şəxs tərəfindən törədildiyindən bir icraatda baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34, 106-109-ci maddələrini rəhbər tutaraq, Q ə r a r v e r d i m: Şəxsr oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 3(021)-1105/2022 saylı, 3(021)-1106/2022 saylı , 3(021)-1107/2022 saylı və 3(021)-1108/2022 saylı inzibati işlə bir icraatda baxılsın. İşə 20 avqust 2022-ci il tarixdə saat 11:40-da Bərdə Rayon Məhkəməsinin inzibati binasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4, inzibati xəta haqqında protokolu tərtib etmiş dövlət orqanının nümayəndəsinin və zərərçəkmiş şəxslərin iştirakları ilə baxılsın. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №3(021)-1108/2022
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-1108/2022
20.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver