Məhkəmə qərarları › İş №3(021)-1108/2023

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1108/2023

13.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1108/2023 13.06.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Bərdə rayon Yol Patrul Xidməti inspektoru X2 Barəsində inzibati icraat aparılan X3 iştirakları ilə, xx xxxxxx 1994-cü il tarixdə Bərdə rayonunda doğulmuş, orta təhsilli, su artezan idarəsində mantiyor işləyən, evli, Bərdə rayonu Kürdborakı kəndində yaşayan X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ X6 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci mаddələri ilə inzibаti xətа haqqında 12 iyun 2023-cü il tarixdə, İXP ******* saylı protokol tərtib edilmişdir ondan ötəri ki o, 11 iyun 2023-cü il saat 22:45 radələrində “Vaz 21063” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobili narkotik sərxoşluğu vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. Məhkəmə iclаsındа Bərdə rayon X8 Yol polisi bölməsinin Yol Patrul Xidməti inspektoru X7 izahatında bildirmişdir ki, 12 iyun 2023-cü il saat 19:45 radələrində “Vaz 21063” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil YPX əməkdaşları tərəfindən saxlanılmışdır. Ona yaxınlaşdıqdan sonra ondan spirtli içki qəbul edib-etməməsini soruşduqda o, spirtli içki qəbul etmədiyini demişdir. Bundan sonra X1 vəziyyətini müəyyən etmək üçün müayinədən keçirdik. Narkotik sərxoşluğu vəziyyətində olduğu məlum olmuşdur. Məhkəmədən qanunamüvafiq tədbir görülməsinin xahiş etdi. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 törətdiyi əməldə özünü təqsirli bilərək izahatında göstərdi ki, o, 11 iyun 2023-cü il tarixdə saat 22:45 radələrində etibarnamə ilə idarə etdiyi “Vaz 2106” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı Kürdborakı kənd yolu ilə hərəkətdə olan zaman YPX əməkdaşları tərəfindən saxla işarəsi vermişlər. X5 yaxınlaşaraq özlərini təqdim edib spirtli içki və ya narkotik vasitə qəbul edib etməməyini soruşmuşlar. Onun avtomobilinin salonundan narkotik vasitə olan marixuana tüstüsünün kəskin iyi gəldiyi üçün polis əməkdaşlarında şübhə yaranmışdır. O həmin vaxt əməlini səmimi etiraf edərək onlara bildirmişdir ki, təxminən 15-20 dəqiqə əvvəl narkotik vasitə olan marixuana qəbul edib avtomaşını idarə etmişdir. YPX əməkdaşları onu saxlayan zaman narkotikin təsiri altında olmuşdur. Səhv edib narkotik vasitə qəbul edərək avtomobili idarə etmişdir. O, hazırda əməlinin məsuliyyətini dərk edir və etdiyi əməldən peşmandır. Odur ki, məhkəmədən barəsində mümkün qədər yüngül tənbeh tədbirinin seçilməsini xahiş etdi. Məhkəmə hesаb edir ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci mаddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibаti qаydаdа məsuliyyətə cəlb оlunmаlıdır. İnzibаti işin mаteriаllarına əlаvə edilmiş 12 iyun 2023-cü il tarixli, № 998 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından müəyyən edilir ki, X6 hadisə baş verən zaman narkotik sərxoşluq vəziyyətində olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, X6 12 iyun 2023-cü il tarixdə, İXP ******* saylı protokol tərtib edilmişdir ondan ötəri ki o, 12 iyun 2023-cü il saat 19:45 radələrində “Vaz 21063” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobili narkotik sərxoşluğu vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir, beləliklə də, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. X5 hansı tənbeh növünün tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаnın xаrаkterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, o, təqsirli olduğu maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququndan məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157 - 188, 190, 191.1, 195.1, 196, 197, 204 - 208, 221, 227, 227-1, 229, 249, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 284.2, 286, 290.3, 296.2, 325.1, 326, 327.8, 332.4 - 332.7, 333, 334, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 339.2 - 339.5, 340.2, 341, 342.8, 342.9, 343, 349, 351, 353.5, 361, 363, 368 - 379, 381 - 383, 387-388-1, 394.0.5 (açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394-1, 395.1-1, 398, 399, 401 - 404, 406 - 409, 410.3, 411- 1.2, 412, 413, 428.7, 428.10, 431, 432.3, 438.2, 438.3, 441, 442, 443.1, 445-1, 448, 449, 450.1, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464 - 466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 479 - 481, 482.1, 496.2, 499.2, 502 - 504, 506 - 508, 510, 511, 513, 515 - 517, 517-1, 520, 523, 525 - 535, 537.1, 538-1, 544.1, 547, 549, 551 - 554, 558 - 561, 562.1, 562.2, 563.2, 567 - 569, 571, 573, 574, 590 - 592, 592-1, 594 - 596, 598 (monitorinqdə iştirak edən digər şəxslərə münasibətdə), 599-602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd edilən maddələrinin tələblərindən də göründüyü kimi şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xətanı törətdikdə əgər bu xətalar eyni orqanın səlahiyyətinə aiddirsə, ona daha ciddi inzibati tənbeh tətbiq edilə bilər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 5.1-ci bəndinə əsasən İnzibati Xətalar Məcəlləsinin 329.3 və 339.1-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Göründüyü kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsi ilə inzibati tənbeh tətbiq etmə səlahiyyəti rayon (şəhər) məhkəmələrinin deyil, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aiddir. Belə olan halda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin həmin maddəsi ilə məhkəmə tərəfindən inzibati tənbeh tətbiq edilməsi istisna edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan başqa məhkəmə həmçinin onu da xüsusi olaraq qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas fəlsəfəsi onu yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq və ya onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmçinin məhkəmədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32ci maddəsinə əsasən X3 məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilmədi. Həmçinin məhkəmədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33cü maddəsinə əsasən X3 məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Lakin buna baxmayaraq məhkəmə xüsusi olaraq onu da qeyd etmək istəyir ki, baş vermiş yol nəqliyyat hadisələrini ağır nəticələrə səbəb olma hallarının bir çoxu sürücülərin narkotik vasitə istifadə edərək nəqliyyat vasitələrini idarə etməsi səbəbindən baş verir. Bununla bağlı Azərbaycan Respublikasının Prezidentinin “Yol-nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında” 26 dekabr 2012-ci il tarixli Sərəncamında da xüsusi olaraq yol-nəqliyyat hadisələrinin sərxoş halda, nəqliyyat vasitəsini idarə etmə hüququ məhdudlaşdırılmış və ya belə hüququ olmayan şəxs tərəfindən törədilməsi ilə bağlı məsələlər ön plana çəkilmişdir. Belə olduğu halda X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci mаddəsi ilə təqsirli bilənərək barəsində nəqliyyat vasitəsinin idarə etmə hüququ məhdudlaşdırılması növündə tənbeh tədbirinin tətbiq edilməsi onun gələcəkdə bir də belə xətalara yol verməməsi və tətbiq edilən tənbeh tədbirinin preventiv funksiyasının lazımi məqsədlərə çatmasına xidmət etməsi məqsədi daşıyır. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, X5 İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitəsinin idarə etmə hüququ məhdudlaşdırılması tənbehinin tətbiq edilməsi onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Barəsində inzibati icraat aparılan X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi və tədbir görülməsi üçün qərarın surəti Bərdə rayon X11 Bölməsinə göndərilməlidir. Göstərilənlərə əsаsən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRARALDİ X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci mаddəsi ilə təqsirli bilinərək bаrəsində 06 (altı) ay müddətinə nəqliyyat vasitəsinin idarə etmə hüququ məhdudlaşdırılması tənbehi tətbiq edilsin. Qərarın icrası Azərbaycan Respublikası DİN-in BDYPİ-nin Yevlax 7 saylı RQİŞ-yə həvalə edilsin. Barəsində inzibati icraat aparılan X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi və tədbir görülməsi üçün qərarın surəti Bərdə rayon X11 Bölməsinə göndərilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar