Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1109/2023 22.06.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X5 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Goranboy rayonu, Məşədiqaralar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Goranboy rayonu, Məşədiqaralar kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (Bundan sonra İXM) 327.8-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Bərdə rayon polis şöbəsindən daxil olmuş İXP № ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, inzibati xəta haqqında protokol və əlavə edilmiş materiallara əsasən Şəxs barəsində İXP № ******* nömrəli, xx.xx.2023-cü il tarixli protokol tərtib olunmuşdur ona görə ki, xx.xx.2023-cü il tarixdə saat 13:00 radələrində Yevlax-Ağdam-Laçın yolunun Bərdə rayonu Kətǝlparaq kəndi ərazisindən keçən 36-cı kilometrliyində sürücü Şəxs idarə etdiyi "FİAT DUCATO" markalı **-JY-*** qeydiyyat nişanlı xüsusi təyinatlı avtomobillə sürücü X2 idarə etdiyi "MERCEDES BENZ C200CDİ" minik markalı **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə "MERCEDES BENZ C200CDİ" minik markalı avtomobildə olmuş sərnişinlər X3, X15 və X6 xəsarət alaraq Bərdə rayon mərkəzi xəstəxanasına müraciət etmişlər. Toplanmış materialda hər hansı bir cinayət əməlinin tərkib əlamətləri olmadığından cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tərkib əlaməti olduğuna görə onun barəsində inzibati qaydada tənbeh tədbiri seçilməsi üçün Bərdə rayon X14 X18 göndərilmişdir. Ona görə də Bərdə rayon DYPİ-nin YPX-nin inspektoru polis serjantı X8 tərəfindən Şəxs barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib edən şəxs və ya həmin orqanın nümayəndəsi iştirak etməmişdir. Məhkəmə işə protokol tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati icraat aparılan şəxs Şəxs öz izahatında göstərdi ki, işə tələsirmiş, ona görə təmir işləri aparılan yola daxil olmuşdur. Sonra da digər avtomobil qəfil onun yoluna çıxmışdır. Əməlindən peşmandır. Qarşı tərəfə dəymiş ziyanı ödəmişdir və onların şikayəti yoxdur. Odur ki, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta haqqına iş üzrə materiala əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AC 927001 nömrəli Azərbaycan Respublikası Sürücülük Vəsiqəsindən görünür ki, X4 BC kateqoriyalı sürücülük hüququ verilmişdir. İş materiallarında olan AZE seriyalı, 13744550 nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, X7 xx.xx.1988-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Şəxs xx.xx.1990-cı il tarixdə anadan olmuşdur. İnzibati materiala əlavə edilmiş AE 109393 nömrəli Azərbaycan Respublikası Sürücülük Vəsiqəsindən görünür ki, Şəxs BC kateqoriyalı sürücülük hüququ verilmişdir. İş materiallarında olan AZE seriyalı, 03002270 nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, X15 xx.xx.1950-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan AZE seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, X11 xx.xx.1949-cu il tarixdə anadan olmuşdur. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, X6 xx.xx.1984-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan YNH-ə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin baş müstəntiqi, polis mayoru Ceyhun Axundov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işinin başanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəxs tərəfindən törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində toplanmış HK-1/440 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində İXM-nin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Bərdə rayon Polis Şöbəsinin DYPB-nə görədilmişdir. Alkoqolun qəbulu və sərxoşluq vəziyyətinin təyini haqqında xx.xx.2023-cü il tarixli 449 nömrəli aktdan müəyyən edilmişdir ki, sürücü X7 ayıq vəziyyətdə olmuşdur. Alkoqolun qəbulu və sərxoşluq vəziyyətinin təyini haqqında xx.xx.2023-cü il tarixli 448 nömrəli aktdan müəyyən edilmişdir ki, sürücü Şəxs ayıq vəziyyətdə olmuşdur. Baş Dövlət Yol Polis İdarəsinin Gəncə RQİTBŞ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-13-16-3/2-3200/2023 nömrəli məktubdan müəyyən edilmişdir ki, sürücülər X2 və Şəxs sürücülük hüquqları məhdudlaşdırılmamışdır. Məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 317 nömrəli rəyindən məlum olmuşdur ki, X10 bədənində aşkar edilmiş xəsarət - sağ gözaltı nahiyənin hematoması, sağ qaşın bayır qurtaracağı nahiyəsinin əzilmiş cırılmış yarası, sağ saidin orta 1/3-nin arxa bayır səthinin, sol ǝl pəncəsinin arxa səthinin, sol saidin yuxarı 1/3-nin ön səthinin, sağ budun orta 1/3-in bayır səthinin, qarının aşağı 1/3- nin sol ön səthinin qançırları - küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir, yol nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir. Qeyd olunan xəsarətlər səhhətin qısa müddətə pozulmasına səbəb olmuş və bu əlamətlərə görə dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. Məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 319 nömrəli rəyindən məlum olmuşdur ki, X1 bədənində aşkar edilmiş xəsarətlər - sağ arxa təpə nahiyəsinin şişkinliyi və qançırı, sağ bazu oynağının arxa səthinin sıyrığı - küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir, yol nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. Məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli 8/1353 nömrəli rəyindən məlum olmuşdur ki, “FİAT DUCATO” markalı ** JY *** qeydiyyat nişanlı xüsusi təyinatlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.1 giriş qadağandır yol nişanının) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Şəxs maksimum hərəkət surəti 3.24 “maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 80-90 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı) tələblərinə uyğunsuzluq olmuşdur. Beləliklə, aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 13:00 radələrində Yevlax-Ağdam-Laçın yolunun Bərdə rayonu Kətǝlparaq kəndi ərazisindən keçən 36-cı kilometrliyində sürücü Şəxs idarə etdiyi "FİAT DUCATO" markalı **-JY-*** qeydiyyat nişanlı xüsusi təyinatlı avtomobillə sürücü X2 idarə etdiyi "MERCEDES BENZ C200CDİ" minik markalı **-GV-*** qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə "MERCEDES BENZ C200CDİ" minik markalı avtomobildə olmuş sərnişinlər X3, X15 və X6 xəsarət alaraq Bərdə rayon mərkəzi xəstəxanasına müraciət etmişlər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli İXP № ******* nömrəli protokolla və iş materialları ilə sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 327.8.ci maddəsinə əsasən nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törədən Şəxs əməlində onun məsuliyyətini yüngülləşdirən hal əməlindən səmimi peşmançılıq hissi keçirməsi və ilk dəfə inzibati xəta törətməsidir. Məhkəmə tərəfindən inzibati xəta törədən Şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xəta törətmiş Şəxs şəxsiyyətini, əməlindən peşimançılıq hissi keçirməsini və hadisə nəticəsində xəsarət alan şəxslərin şikayətinin olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 200 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan RespublikasınınİXM-nin 327.8, 360, 362-365, 425, 430-432-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs İXM-in 327.8-ci mаddəsi ilə təqsirli bilinib bаrəsində 200 (iki yüz) manat məbləğində inzibаti cərimə tənbehi tətbiq edilsin. Qərаrın surəti inzibаti xətа törətmiş və protokol tərtib etmiş şəxsə göndərilsin. Qərаrın icrаsı Bərdə rаyоn İcra və Probasiya Şöbəsinə həvаlə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə və ya birbaşa Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №3(021)-1109/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1109/2023
22.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver