Məhkəmə qərarları › İş №3(021)-111/2025

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-111/2025

28.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-111/2025 28.02.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Abdullayev Fərman Firidun oğlunun sədrliyi, X1 iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bərdə Rayon Polis X2 Bölməsinin polis sahə rəisi X4, zərərçəkmiş şəxslər X5, X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirаkları ilə, xx.xx.1982-ci il tarixdə Bərdə rayonunda anаdаn оlmuş, Bərdə rayon Alaçadırlı kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510 və 535.1-ci maddələrində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Bərdə rayon Polis Şöbəsində xx.xx.2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Bərdə RPŞ-nin sahə rəisi X6 bildirdi ki, xx.xx.2025-ci il tarixdə Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində Bərdə RPŞ-nin CAB-nin ə/müvəkkili, polis kiçik leytenantı Elvin Baxışov ilə polis baş leytenantı Pərvin Əhmədov xidmətdə olan zaman bir nəfər şəxsin qeyri-adekvat hərəkətlər edərək özünü şübhəli şəxs kimi apardığı aşkar edilmişdir. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim edib həmin şəxsə şəxsiyyətini müəyyən etmək üçün ad, soyad və atasının adını soruşduqda o, aqressiv formada danışaraq ictimai yerdə uca səslə ünvansız nalayiq ifadələr işlətməyə başlamışdır. Polis əməkdaşları həmin şəxsi nizam-intizama dəvət edərək ictimai yerdə olduğunu və nizam-intizamlı olmağını bildirdikdə həmin şəxs təkrar nalayiq ifadələr işlətdiyi üçün İXM-nin 510-cu maddəsinin tələblərini pozduğunu bildirirək rayon polis şöbəsinə dəvət etmişdirlər. Həmin şəxs polisin qanuni tələbinə qəsdən tabe olmayaraq heç bir yerə getməyəcəyini bildirərək həmin ərazidən qaçmaq istəmiş və ətraf kütlənin diqqətini cəlb etməyə çalışmışdır. Polis əməkdaşları həmin şəxsi RPŞ-nə gətirilməsini təmin edən zaman həmin şəxs onlara qarşı əl-qol hərəkətləri etmişdir. Sonradan RPŞ-də məlum olmuşdir ki, həmin şəxs Şəxsdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, Kolxoz bazarı deyilən yerdən qatıq alıb yaşadığı Alaçadırlı kəndinə getmək istəyərkən polis əməkdaşları onu Ü.Hacıbəyov küçəsində Nar market tərəfdə saxlamışdırlar. Ona onlarla şöbəyə getməli olduğunu bildirmişdirlər. Səbəbini sorşduqda şöbədə deyəcəklərini bildirmişdirlər. Onların tələblərinə tabe olmuşdur. Heç bir tabesizlik göstərməmişdir. İctimai qaydanı pozmamışdır. Nar marketin üzərində kamera var həmin görüntülərə baxılsa hadisənin necə olduğu görünər. Məhkəmə iclasında zərərçəkmiş şəxs Bərdə RPŞ-nin CAB-nin ə/müvəkkili, polis kiçik leytenantı X8 bildirdi ki, xx.xx.2025-ci il tarixdə Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində Bərdə RPŞ-nin CAB-nin ǝ/müvəkkili, polis baş leytenantı Pərvin Həmidov ilə xidmətdə olan zaman bir nəfər şəxsin qeyri adekvat hərəkətlər edərək özünü şübhəli şəxs kimi apardığı tərəflərindən aşkar edilmişdir. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim edib həmin şəxsə şəxsiyyətini müəyyən etmək üçün ad, soyad və atasının adını soruşduqda o, aqressiv formada danışaraq ictimai yerdə uca səslə ünvansız nalayiq ifadələr işlətməyə başlamışdır. Onlar həmin şəxsi nizam-intizama dəvət edərək ictimai yerdə olduğunu və nizam-intizamlı olmağını bildirdikdə həmin şəxs təkrar nalayiq ifadələr işlətdiyi üçün İXMnin 510-cu maddəsinin tələblərini pozduğunu bildirirək rayon polis şöbəsinə dəvət etmişdirlər. Həmin şəxs onların qanuni tələbinə qəsdən tabe olmayaraq heç bir yerə getməyəcəyini bildirərək həmin ərazidən qaçmaq istəmiş və ətraf kütlənin diqqətini cəlb etməyə çalışmışdır. Onlar həmin şəxsi RPŞ-nə gətirilməsini təmin edən zaman həmin şəxs onlara qarşı əl-qol hərəkətləri etmişdir. Sonradan RPŞ-də məlum olmuşdir ki, həmin şəxs Şəxsdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs Bərdə RPŞ-nin CAB-nin ə/müvəkkili, polis baş leytenantı X7 bildirdi ki, xx.xx.2025-ci il tarixdə Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində Bərdə RPŞ-nin CAB-nin ə/müvəkkili, polis kiçik leytenantı Elvin Baxışov ilə xidmətdə olan zaman bir nəfər şəxsin qeyri adekvat hərəkətlər edərək özünü şübhəli şəxs kimi apardığı tərəflərindən aşkar edilmişdir. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim edib həmin şəxsə şəxsiyyətini müəyyən etmək üçün ad, soyad və atasının adını soruşduqda o, aqressiv formada danışaraq ictimai yerdə uca səslə ünvansız nalayiq ifadələr işlətməyə başlamışdır. Onlar həmin şəxsi nizam-intizama dəvət edərək ictimai yerdə olduğunu və nizam-intizamlı olmağını bildirdikdə həmin şəxs təkrar nalayiq ifadələr işlətdiyi üçün İXMnin 510-cu maddəsinin tələblərini pozduğunu bildirirək rayon polis şöbəsinə dəvət etmişdirlər. Həmin şəxs onların qanuni tələbinə qəsdən tabe olmayaraq heç bir yerə getməyəcəyini bildirərək həmin ərazidən qaçmaq istəmiş və ətraf kütlənin diqqətini cəlb etməyə çalışmışdır. Onlar həmin şəxsi RPŞ-nə gətirilməsini təmin edən zaman həmin şəxs onlara qarşı əl-qol hərəkətləri etmişdir. Sonradan RPŞ-də məlum olmuşdir ki, həmin şəxs Şəxsdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını və inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin tərkib əlamətləri olmadığından icraata xitam verilməlidir. Belə ki, Şəxs əməlində İXM-nin 510 və 535.1-ci maddələrinin tərkib əlamətinin olması sübut olunmur. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclası zamanı xırda xuliqanlıq inzibati xətasının törədilməsi təsdiq edən sübutlar müəyyən edilməmişdir. Beləliklə, onun xırda xuliqanlıq hərəkətlərinin törətməsi öz təsdiqini tapmır. 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 28 fevral 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda Şəxs 28 fevral 2025-ci il tarixdə uca səslə nalayiq ifadələr işlədərək polisin qanuni tələblərinə tabe olmaması qeyd olunsa da, onun polisin qanuni tələblərinə hansı qaydada qəsdən tabe olmaması əsaslandırılmamış, Şəxs bunu etiraf etməmiş, polis əməkdaşları isə həmin halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişlər. İXM-in 53-cü maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər-hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-in (bundan sonra-İXM) 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar