Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1110/2023 20.06.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin 12 iyun 2023-cü il tarixli EQ 15051252 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barəsində inzibati qərar qəbul edilmiş şəxs X4 tərəfindən verilmiş şikayətə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ X2 barəsində Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin 12 iyun 2023-cü il tarixli EQ 15051252 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət Bərdə Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, Bərdə rayon X7 EQ 15051252 nömrəli qərarı ilə X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. X4 inzibati qaydada nəzərdə tutulan 100 manat 4 bal inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Qərar 12 iyun 2023-cü il tarixdə qeydə alınmşdır. Belə ki, Bərdə rayon X7 EQ 15051252 12 iyun 2023-cü il tarixli Elektron qərarı əsassızdır,ona görə ki, həmin ərazidə heç bir yolun nişanlama xətti yoxdur, X10 X1 əks istiqamətə çıxmağını inzibati xəta kimi qiymətləndirmişdir. Bir tərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə görə inzibati cərimə tətbiq olunmuşdur. Magistral yolda isə heç bir nişanlama xəttindən söhbət gedə bilməz. X3 yazılan cərimə onun keçmiş DYP əməkdaşı kimi hüquqlarını pozur və heç bir əsası yoxdur. Keçmiş X7 əməkdaşı olmuş X4 ona yazılmış əsassız inzibati cərimənin silinməsində köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X4 məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsada məhkəmə iclasında iştirak etməmiş, bunun üzrlü səbəbləri ilə bağlı məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Bərdə rayon Polis Şöbəsinə məlumat verilməsinə baxmayaraq müvafiq orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri ilə bağlı məhkəməyə heç bir məlumat verməmişdir. Sədrlik edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə şikayətçi X2 və Bərdə rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, verilmiş şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 12 iyun 2023-cü il tarixli EQ 15051252 saylı qərardan görünür ki, X4 12 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1 maddəsi ilə 20 (iyirmi) manat cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin portal çıxarışından görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bundan başqa məhkəmə onuda qeyd edir ki, X4 şikayətində inzibati xətanın baş verdiyi yeri, yəni Bərdə şəhəri İsmət Qayıbov küçəsi ilə H.Əliyev prospektinin kəsişməsinə qədər olan yol nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş hissəni bir tərəfli yol adlandırsa da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin portal çıxarışında olan foto şəkildən də aydın görünür ki, həmin yol iki tərəfli yoldur. Bundan başqa X4 şikayətində keçmiş DYP işçisi olduğunu bildirmişdir. Lakin bu hal onun qanuna zidd davranışlarına haqq qazandırmır və qeyd edilən hal qanun pozuntusu üçün əsas deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Şəxsin təqsirli olub-olmaması ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, ya da inzibati xətaya baxmağa səlahiyyəti olan orqanın müvafiq qərarı ilə müəyyən olunur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Belə olduğu halda barəsində inzibati icraat aparılan X4 tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında olan qərardır. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-137-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Barəsində inzibati icraat aparılan X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində işə baxan bərdə Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(021)-1110/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1110/2023
20.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver