Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1113/2023 03.07.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Ağdam rayonunda anadan olmuşdur, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, Bərdə şəhəri, Bakı küçəsi, pambıqçılıq texnikomunun binasında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (Bundan sonra İXM) 327.8-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Bərdə rayon polis şöbəsindən daxil olmuş İXP № ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, inzibati xəta haqqında protokol və əlavə edilmiş materiallara əsasən Şəxs barəsində İXP № ******* nömrəli, xx.xx.2023-cü il tarixli protokol tərtib olunmuşdur ona görə ki, xx.xx.2023-cü il tarixdə saat 22:30 radələrində Bərdə Müalicə və Diaqnostika Mərkəzindən RPŞ-nin NH-nə məlumat verilərək, Bərdə şəhəri Təbriz küçəsində yaşayan X2 yol-nəqliyyat hadisəsi nəticəsində sol ayaq nahiyyəsindən xəsarət alaraq Bərdə Müalicə və Diaqnostika Mərkəzinə daxil olması bildirilmişdir. Həmin məlumat tərəfindən raportla məruzə edilərək, RPŞ-nin "törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatına dair kitabı"nın 1652-ci sırasında qeydiyyata alınaraq icrası ona həvalə edilmişdir. Hadisə yerinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, hadisə Bərdə şəhəri Natavan küçəsində Bərdə şəhəri İ.Qayıbov küçəsi istiqamətində baş verib, həmin ərazi yaşayış məntəqəsi hesab olunur, hadisə yerində yol asfalt örtüklü olmaqla quru, hamardır. Bununla əlaqədar olaraq fotocədvəl və sxem tərtib olunaraq materiala əlavə olunmuşdur. Toplanmış materialda hər hansı bir cinayət əməlinin tərkib əlamətləri olmadığından cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tərkib əlaməti olduğuna görə onun barəsində inzibati qaydada tənbeh tədbiri seçilməsi üçün Bərdə rayon X8 X12 göndərilmişdir. Ona görə də Bərdə rayon DYPİ-nin YPX-nin baş inspektoru X3 tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib edən şəxs və ya səlahiyyətli orqanın nümayəndəsi iştirak etməmişdir. Məhkəmə işə protokol tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərdi ki, ailə üzvləri ilə birlikdə Bərdə şəhəri Bakı küçəsində Pambıqçılıq texnikomunun binasında məskunlaşaraq yaşayır. **-SS-*** dövlət qeydiyyat nişanlı "Vaz 21074" minik markalı avtomobil ona məxsusdur. Həmin avtomobili təxminən 7 aydırki, almış, lakin, avtomobil texniki pasportla X6 adınadır. Onun isə həmin avtomobili sürmək üçün etibarnaməsi vardır. xx.xx.2023-cü il tarixdə saat 21 radələrində həmin avtomobili idarə edərək, Bərdə şəhəri Gəncə küçəsindən Bərdə şəhəri Natəvan küçəsi istiqamətində gedərkən qəfləti olaraq yolun sağ hissəsində hərəkət edən piyada yolun hərəkət hissəsinə keçmiş, o, isə avtomobili saxlaya bilmədiyindən idarə etdiyi avtomobillə həmin şəxsi vurmuşdur. Həmin vaxtı piyada olan sonradan adını bildiyi X7 avtomobilinin ön şüşəsinə çırpılaraq yerə düşmüşdür. O, idarə etdiyi avtomobili saxlayaraq həmin şəxsi avtomobilinə götürərək, Bərdə rayon Müalicə və diaqnostika mərkəzinə aparmış və X5 tibbi yardım göstərilmişdir. xx.xx.2023-cü il tarixdə saat 21 radələrində avtomobili idarə edərkən tək olmuşdur. Baş vermiş hadisə zamanı o, təxminən saatda 40 km sürətlə hərəkət etmişdir. Avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi vardır, avtomobili idarə edərkən, ayıq vəziyyətdə olmuşdur. Diqqətsizlik etdiyinə görə əməlindən peşmandır. Hadisə nəticəsində zərərçəkmiş şəxs X2 şikayəti yoxdur. Odur ki, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AE 905808 nömrəli Azərbaycan Respublikası Sürücülük Vəsiqəsindən görünür ki, Şəxs BC kateqoriyalı sürücülük hüququ verilmişdir. İş materiallarında olan Bərdə RPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru Eşqin Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəxs tərəfindən törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində toplanmış HK-1/1652 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində İXM-nin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Bərdə rayon Polis Şöbəsinin DYPB-nə görədilmişdir. İş materiallarında olan Bərdə RPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru Eşqin Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işinin başanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE vǝ PA ETT Birliyinin Bərdə rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 304 saylı ekspert rəyində qeyd olunur ki, X2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər-alının sol yarısının, sol dirsək oynağının arxa səthinin, sol ayağın bayır-topuq nahiyyəsinin azilmiş yarası və sıyrıqları küt əşyanın təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi zamanı piyadanı minik avtomobili vurması zamanı törənə bilər, törənmə müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Beləliklə, aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, Şəxs Elburus oğlu xx.xx.2023-cü il tarixdə, saat 21 radələrində idarə etdiyi "Vaz 2107" markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə şəhəri Natavan küçəsi ilə Bərdə şəhəri İ.Qayıbov küçəsi istiqamətində hərəkət edərəkən, həmin yolda piyada X4 vuraraq sonuncuya alının sol yarısının, sol dirsək oynağının arxa səthinin, sol ayağın bayır-topuq nahiyyəsinin azilmiş yarası və sıyrıqları ilə müşayət edilən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli İXP № ******* nömrəli protokolla və iş materialları ilə sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 327.8.ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törədən Şəxs əməlində onun məsuliyyətini yüngülləşdirən hal əməlindən səmimi peşmançılıq hissi keçirməsi və ilk dəfə inzibati xəta törətməsi, habelə hadisədən zərərçəkmiş şəxsin şikayətinin olmamasıdır. Məhkəmə tərəfindən inzibati xəta törədən Şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xəta törətmiş Şəxs şəxsiyyətini, əməlindən peşimançılıq hissi keçirməsini və hadisə nəticəsində xəsarət alan şəxsin şikayətinin olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 200 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan RespublikasınınİXM-nin 327.8, 360, 362-365, 425, 430-432-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs İXM-in 327.8-ci mаddəsi ilə təqsirli bilinib bаrəsində 200 (iki yüz) manat məbləğində inzibаti cərimə tənbehi tətbiq edilsin. Qərаrın surəti inzibаti xətа törətmiş və protokol tərtib etmiş şəxsə göndərilsin. Qərаrın icrаsı Bərdə rаyоn İcra və Probasiya Şöbəsinə həvаlə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə və ya birbaşa Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №3(021)-1113/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1113/2023
03.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver